Qarabağ üzrə GİZLİ PLAN, ABŞ-ın HƏLL VARİANTI… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağ üzrə GİZLİ PLAN, ABŞ-ın HƏLL VARİANTI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ-ın Ermənistandakı səfəri Riçard Mills Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu göstərib. Ermənistan sərhədini keçən Türkiyə vətəndaşı tutulub. Ermənistanın baş naziri Nikol Paşinyan bu gün istefa verəcək. Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda yoxa çıxan səudiyyəli jurnalist ətrafında qalmaqal davam edir. İran yeni gəmi əleyhinə ballistik raket yaratmağı bacarıb.

Ermənistan prezidenti Armen Sarkisyan ötən həftə gizli şəkildə Moskva səfərindən sonra oktyabrın 14-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəldi. Sarkisyanın Qarabağa gələnə qədərki səfər trafiki diqqət çəkir. Erməni prezident əvvəlcə Nyu-Yorka (ABŞ), sonra Parisə (Fransa), daha sonra Moskvaya (Rusiya) səfər etdi, ardında işğal altındakı Qarabağ bölgəsinə gəldi. Onun getdiyi ölkələrin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri olduğunu nəzərə alsaq, Ermənistanın münaqişə ilə bağlı nələrsə hazırladığı ehtimalı önə çıxır.

Ekspertlər Ermənistan prezidentinin Minsk qrupunun həmsədr ölkələrinin paytaxtlarında Qarabağ münaqişə ətrafında gizli “qayıq diplomatiyası” apardığını hesab edirlər.

Rusiyalı politoloq Aleksey Martınov hesab edir ki, erməni prezident münaqişənin həlli ilə bağlı aktivləşir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Dağlıq Qarabağ münaqişəsinin istənilən variantda nizama salınması işğal edilmiş ərazilərin müəyyən hissəsinin qaytarılmasını tələb edəcək”. Bu barədə ABŞ-ın Ermənistandakı səfəri Riçard Mills deyib.

Amerikalı diplomat bildirib ki, o ilk dəfə Ermənistana gələndə ermənilərin böyük qisminin işğal edilmiş ərazilərin qaytarılması ilə nəticələnəcək bütün danışıqlara qarşı çıxırdı: “O fakt məni təəccübləndirir ki, Ermənistanda mümkün qərarlar və mümkün güzəştlər haqqında müzakirə praktiki olaraq yoxdur. İllər boyunca mənim hökumətim belə anlayırdı ki, bu ərazilər gələcəkdə “sülhə əvəz olaraq” zəbt edilib. Mən bu variantın heç kim tərəfindən dəstəklənmədiyini görəndə həqiqətən çox təəccüblənmişdim”.

R.Mills əlavə edib ki, istənilən nizamasalma variantında işğalı edilmiş ərazilərin müəyyən hissəsinin qaytarılması amansız reallıqdır.

Ermənistan sərhədini keçən Türkiyə vətəndaşı tutulub. Bu haqda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd idarəsinin mətbuat xidməti bildirib.

Türkiyə vətəndaşı Gümrü sərhəd dəstəsi tərəfindən saxlanılıb.

“Sərhədi pozan ərazini diqqətlə müşahidə edir və gizlicə hərəkət etməyə çalışırdı”, - xəbərdə qeyd edilir.

Onun Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verildiyi bildirilir.

Xatırladaq ki, daha əvvəl - iyul ayında Türkiyə vətəndaşı Umut Ali Özmen səhvən Ermənistan sərhədini keçmişdi. Erməni əsgərləri onu “Azərbaycan casusu” adı altında həbs etmişdilər. 16 yaşlı yeniyetmənin azad edilməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Nikol Paşinyana zəng etmiş və Paşinyan Ərdoğanın tələbinə müsbət cavablandırmışdı.

Özmen sentyabrın 25-də azad olunmuşdu.

ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün nə vaxt keçiriləcəyi məlum deyil. Bunu Ermənistana səfər edən ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin köməkçisi Corc Kent deyib.

Diplomat əlavə edib: “Əminəm ki, nə vaxtsa belə bir görüş olacaq, amma nə vaxt olacaq, bunu deyə bilmərəm”.

Qeyd edək ki, Amerika prezidenti bundan əvvəl Ermənistanın baş naziri ilə görüşdən imtina etmişdi.

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Ermənistan vaxtı ilə sat 20:00-da istefa verəcək. Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Arman Yeqoyan deyib.

Növbədənkənar parlament seçkilərinə hazırlaşan Ermənistanda prosedur qaydalarına görə, əvvəlcə baş nazir istefa verməli, sonra parlament buraxılmalı və daha sonra yeni seçkilər keçirilməlidir.

Türkiyə ilə Ərəb dünyasını qarşı-qarşıya gətirməyə yönəlik bir plan həyata keçirilir. Ərəb küçələrində “Türkiyə düşmənliyi” tezisi işlənilir. Bu plan bizim coğrafiyamız üçün böyük bir yıxılma layihəsidir. Bunu Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazarı İbrahim Karagül jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda yox çıxması və bundan sonra baş verən hadisələri şərh edərkən deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

CNN telekanalının iddiasına görə, Səudiyyə Ərəbistanı itkin jurnalist Camal Qaşıqçının sorğu zamanı yanlışlıqla öldüyünü etiraf etməyə və məsuliyyəti üzərinə götürməyə hazırlaşır. Telekanalın adı açıqlanmayan mənbəyə istinadla yaydığı məlumatda səudiyyəli rəsmilərin Qaşıqçının ölümündə sorğuda iştirak edən əməkdaşları məsuliyyətə cəlb edəcəyi bildirilir.

Xatırladaq ki, müxalifətçi ərəb jurnalist Camal Qaşıqçı oktyabrın 2-də rəsmi prosedurlarla əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gedib və bir daha ondan xəbər almaq mümkün olmayıb.

Müxalif səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülməsi ilə bağlı dəlil tapılıb. Bu barədə “Assoşeyited Press” Türkiyə rəsmilərinə istinadən məlumat yayıb. Lakin “Haber7”-nin təhlükəsizlik mənbələri xəbəri təsdiqləməyiblər.

İran yeni gəmi əleyhinə ballistik raket yaratmağı bacarıb. Bu haqda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı, general Əmir Əli Hacızadə bildirib.

Generalın sözlərinə görə, raket sahildən 700 kilometr məsafədə olan gəmiləri qadirdir. Ancaq general raketin adını və başqa təfərrüatları açıqlamayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm