Nida Təhlil
Paşinyanın seçki qərarının arxasındakı ŞOK QARABAĞ SİRRİ - Sarkisyan GİZLİNLƏRİ AÇDI
“Dekabr ayında Ermənistanda növbədənkənar parlament
seçkiləri keçiriləcək. Nikol Paşinyanın gözlənilməz seçki qərarı
dolayısı ilə Dağlıq Qarabağ münaqişəsinə bağlıdır”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq
Armen Sarkisyan deyib.
Erməni politoloq Düşənbədə Azərbaycan prezidenti və Ermənistanın
baş nazirinin görüşünü xatırladıb və qeyd edib ki, Bakı Paşinyanın
“danışıqlarda Dağlıq Qarabağın iştirakı” iddiasından əl çəkməsi
qarşılığında bu razılaşmaya getdi: “Paşinyan Düşənbədən qayıdandan
sonra təcili şəkildə parlament seçkilərinin keçirilməsi ilə bağlı
qərar qəbul etdi. Bu fakt onu deməyə əsas verir ki, növbədənkənar
parlament seçkilərinin keçirilməsi haqqında tələsik qərar Qarabağ
problemi üzərində hansısa planla bağlıdır. Bu, Azərbaycanın
istəyinə uyğun kimi görünür. Azərbaycan Xarici İşlər Nazirliyi
bəyanat yayaraq bildirdi ki, “Ermənistanda növbədənkənar parlament
seçkilərindən sonra yeni hökumətin işğal altındakı ərazilərdən
erməni hərbi birləşmələrinin çıxarılması ehtiyacını anlayacağına
ümid edirik”. Digər tərəfdən, son zamanlar Qarabağ münaqişəsinin
nizama salınması ilə bağlı müəyyən intriqa nəzərə çarpır.
Birincisi, ABŞ prezidenti Donald Tramp müstəqillik günü ilə bağlı
Ermənistanın baş nazirinə göndərdiyi təbrik məktubunda qeyd etdi
ki, “qarşıdakı aylarda Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması üçün yeni imkanlar yaranacaq”. İkincisi, bu günlərdə ABŞ
dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Corc
Kentin Bakıda bəyan etdi ki, “Nyu Yorkda Azərbaycan və Ermənistan
XİN rəhbərlərinin, həmçinin, Düşənbədə Azərbaycan prezidenti və
Ermənistanın baş nazirinin görüşü son zamanlar Dağlıq Qarabağ
münaqişəsinin nizama salınması istiqamətində irəliləyişlərin
olduğuna işarədir”. Kentin əlavə etdi ki, ABŞ münaqişənin Madrid
prinsipləri üzrə nizama salınmasında öz öhdəliklərinə sadiqdir.
Göründüyü kimi, bu bəyanatlar ABŞ-ın regionda aktivləşməsinin
sübutudur. Buna paralel olaraq, Rusiya KİV-i postsovet məkanında
münaqişələrin nizama salınması mövzusunu aktuallaşdırdı. Hətta
Rusiya müdafiə naziri Sergey Şoyqunun münaqişələrin nizama
salınması ilə maraqlandığı haqqında xəbərlər çıxdı. Məhz Şoyqu
Azərbaycan və Ermənistanı barışdırmaq niyyətindədir”.
M.Sarkisyan hesab edir ki, ABŞ-ın Cənubi Qafqaz, xüsusilə Dağlıq
Qarabağ münaqişəsi üzrə siyasəti yaxı gələcəkdə özünü açıq şəkildə
ifadə edəcək.
“ABŞ hələ ki “Ərazilərin müəyyən hissəsinin azad edilməsi olmadan
münaqişənin həll edilməsi mümkün deyil” tezisi üzərindən çıxış
edir. Mümkündür ki, Ermənistanda növbədənkənar parlament
seçkilərindən sonra planlar ortaya çıxacaq”, - deyə o bildirib.
Asif
-
Rəsmi xronika17:22Buraxılış imtahanının nəticələri elan olundu
-
Dünya17:02İran Hörmüz boğazını açdı - Əraqçi elan etdi
-
Hadisə15:42NASA alimləri və generallar bir-bir yoxa çıxır - Nə baş verir?
-
Sosial15:00Baş nazir yeni qərar imzaladı
-
Hadisə14:25Bakıda Xalq artistinin qardaşı qızının meyiti tapıldı - VİDEO/FOTO
-
Cənubi Qafqaz13:30Avropa anti-Azərbaycan missiyasından sonra İrəvana nə göndərir? - Detallar
-
Nida Xəbər 11:05Əli Əsədov sərəncam imzaladı
-
Nida Xəbər 10:06196 ölkədə axtarılan İnqilab Babayev belə ələ keçirildi - VİDEO
























.webp)















