ABŞ-dan yeni Qarabağ PLANI - “Amerika qırğısı” Bakıya çantasında NƏ GƏTİRİR?
Bizi izləyin

Nida Təhlil

ABŞ-dan yeni Qarabağ PLANI - “Amerika qırğısı” Bakıya çantasında NƏ GƏTİRİR?

“ABŞ Gürcüstan və NATO arasındakı ittifaq münasibətlərindən istifadə edərək hərbi gəmilərini Qara dənizdə yerləşdirməyə çalışır. Vaşinqton həmçinin, Şərqi Anadoluda öz bazalarını yaratmağa çalışacaq. Bunun üçün Türkiyədə bir sıra limanları tələb edə bilər. Bununla yanaşı, Bakıya da yeni təkliflər verilə bilər”.

Publika.az
xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markedonov deyib.

Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı prinsipial olaraq Cənubi Qafqazda da vəziyyəti dəyişdirə bilər.

“ABŞ bölgədə faktiki olaraq təsir imkanlarını itirir. Azərbaycan Vaşinqtonla əməkdaşlıq edir, özünün qlobal enerji layihələrini reallaşdıraraq, Avropanın enerji təhlükəsizliyinin zamini kimi çıxış edir. ABŞ prezidentinin müşaviri Con Bolton Bakıya səfərində Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni ideyalar təqdim edə bilər. ABŞ anlayır ki, Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından tezliklə çıxarmaq alınmayacaq, buna görə də Bakıya tərəf əyilir”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm