Avropa marginallarının Qarabağ səfəri və ya erməni diasporunun çarəsizliyi
Bizi izləyin

Nida Təhlil

Avropa marginallarının Qarabağ səfəri və ya erməni diasporunun çarəsizliyi

Belçika parlamentinin üzvü Jan Jak Flaon Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib.

Ekspertlər Ermənistan mediasının Flaonun səfərini “Avropadan növbəti siyasətçinin separatçı rejimi tanıması və ya separatçı rejimin beynəlxalq aləmə açılması” kimi təqdim etməsinin xülyaçı və hər hansı əsası olmayan görüntü yaratmaqdan başqa bir şey olmadığını bildirirlər.

İstər erməni lobbisinin nünayəndəsi Kaspar Karampetyanın, istərsə də erməni lobbisinin nökərinə çevrilən Fransua Roşbluan kimilərinin müşayiəti ilə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edənlərin kimə, nəyə, hansı amala xidmət etdikləri heç bir şübhə doğurmur.

Karampetyanın qondarma separatçı rejimin təbliği üçün Avropa siyasətçilərini, daha doğrusu sağlam düşüncəli Avropalı siyasətçiləri, bu əraziyə aparmaq səyləri hər dəfəsində Brüsseldəki erməni lobbisinin rəhbərinin çarəsizliyini açıq şəkildə nümayiş etdirir.

Bir müddət öncə həmin Karampetyan Avropa Parlamentinin deputatı qismində yalnız bir nəfərdən ibarət siyasi partiyanın rəhbəri, siyasi təlxək Martin Sonnebornu ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə aparmış, indi isə o, homoseksual evlilik qurmuş ilk Belçikalı deputat-mer kimi tarixə düşmüş Jan Jak Flaonu müşayiət edir. Maraqlıdır, növbədə daha hansı “nüfuzlu” Avropa siyasətçisi var?

Karampetyan kimilərinin əlacsız səyləri, əslində dövlətlərin “biz, Dağlıq Qarabağ Respublikası adlı qurumu tanımırıq” kimi birmənalı rəsmi mövqeyinin təkrarən səsləndirilməsi və daha çox insanın Ermənistanın işğalçı siyasəti barədə həqiqətlərdən xəbərdar olmasına şərait yaradır.

Bu səfəri şərh edən "Bakı Xəbər" qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev bildirib ki, Erməni lobbiçilərinin Avropanın künc-bucaqlarından marginallaşmış adamları guya ən mötəbər diplomat və siyasətçilər adı altında toparlayaraq onların Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil etməsinin saxta mahiyyəti getdikcə daha çox üzə çıxır və ifşa olunur.

Onun sözlərinə görə, illərdən bəri erməni lobbisinin apardığı bu işlər nəinki istənilən effekti vermir, hətta daha da qeyri-ciddi şəkil almağa başlayır:

"Ermənilər işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimi müstəqil subyekt kimi tanıda biləcəklərinə çox ümidli idilər. Lakin bir tərəfdən Azərbaycan diplomatiyasının izahat işləri, digər tərəfdən isə ümumi erməni iddialarının saxta mahiyyətinin üzə çıxması nəticəsində erməni lobbiçilərinin Qarabağa emissarlar gətirmək taktikası indi onların özlərinə qarşı işləməyə başlayıb. Hər səfərdən sonra mötəbər təşkilatlar qondarma rejimi tanımadıqları barədə birmənalı bəyanatlar verməklə lobbiçilərin oyunlarının saxtalığını bütün dünyaya göstərirlər. Bundan başqa, erməni lobbiçilərinin aldadaraq və ya şirnikləndirərək Qarabağa apardıqları insanların da sayı sürətlə azalır, artıq Avropadakı ciddi dairələrin təmsilçiləri, deputatlar bu səfərlərə o qədər də həvəslə baxmırlar".

Ekspertin sözlərinə görə, iş o həddə gəlib çatıb ki, ermənilərin Qarabağa apardığı qonaqların arasında qeyri-ənənəvi oriyentasiyalı, öz ölkəsində ən pis imicə malik hər cür təsadüfi adamlar peyda olmağa başlayıb:

"Bu günlərdə işğal olunmuş ərazilərimizə aparılmış şəxslərin siyahısına baxmaq kifayətdir. Ermənistanın son ümid yerinə çevrilmiş və sadəcə "cib siyasətçiləri" imicinə malik bu şəxslərin fəallığı bir daha sübut edir ki, Ermənistan rəhbərliyi Qarabağ uğrunda diplomatiyanı prinsipial olaraq uduzduğunu çox yaxşı anlayır və xaricdən Qarabağa gətirilən tör-töküntülər dəstəsinin kölgəsi altında öz böyük məğlubiyyətini ört-basdır etmək istəyir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm