Ağır artilleriya düşmənin üzərinə yeriyir – Əməliyyat hər an BAŞLAYA BİLƏR
Bizi izləyin

Nida Təhlil

Ağır artilleriya düşmənin üzərinə yeriyir – Əməliyyat hər an BAŞLAYA BİLƏR

Türkiyə ağır artilleriyanı Suriyada nəzarət etdiyi ərazilərə daşıyacaq.

Publika.az
xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzeti yazıb.

Bu həmlə topların atış mənzilini daha da qısaldacaq və terrorçulara daha dəqiq zərbələr endirilməsi ilə nəticələnəcək.

Qəzet yazır ki, topların Suriyada yerləşdirilməsi bölgədə yeni dövrün başlanmasına da işarədir.

Türkiyə ordusu son günlər Fəratın şərqində PKK/PYD terrorçularının mövqelərini top atəşinə tutur. Terrorçulara ağır zərbələr endirilib.

Türkiyəli ekspert Turan Oğuz hesab edir ki, böyük əməliyyatdan öncə ilk yoxlama addımları atılır.

“Burada Fəratın şərqində əməliyyat keçiriləcəksə, ABŞ-ın göstərəcəyi reaksiyası da yoxlanılır. Müxtəlif koordinatlarda müxtəlif zərbələr endirilir, beləliklə, reaksiyalar yoxlanılır və bu reaksiyalar hərbi mütəxəssislər tərəfindən qərargahda analiz edilir. Bu baxımdan, Türkiyənin Fəratın şərqinə atdığı hər bir mərminin məqsədi var. Türkiyə Silahlı Qüvvələri hər atışdan sonra sahədəki dəyişikliyi izləyir və baş verənləri qeydə alır. Bölgədəki baş verənlər haqqında məlumat əldə etmək üçün Milli İstihbarat Təşkilatı ilə bərabər şəkildə işləyirlər”, - deyə o bildirib.

Türkiyəli ekspert qeyd edib ki Fəratın şərqini bombalayan “Fırtına” və digər artilleriyalar Suriya ərazisinə daşınacaq: “Mümkün quru əməliyyatı zamanı artilleriya birlikləri də hərəkətə keçəcək”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm