Nida Təhlil
Əraziləri qaytarmağa hazırıq... - Paşinyandan Azərbaycanla bağlı SENSASİYALI SÖZLƏR
Ermənistanda baş nazir səlahiyyətlərini müvəqqəti icra
edən Nikol Paşinyan hakimiyyətə gələn kimi Azərbaycanın işğal
edilmiş torpaqlarında işğalçılıq siyasətinə pafosla haqq
qazandırmasına, hətta separatçıların danışıqlar masasına
əyləşməsini tələb etməsinə baxmayaraq, vaxtilə erməni hərbi
birləşmələrinin Qarabağdan çıxarılmasının qızğın tərəfdarı kimi
çıxış edirdi.
Publika.az xəbər verir ki, Paşinyanın Qarabağda erməni
işğalını pisləyən mövqeyini görmək üçün onun bu il Ermənistanda
bestseller olan “Torpağın əks tərəfi” adlı bioqrafik romanına
baxmaq kifayətdir.
“Biz əraziləri sülh naminə qaytarmağa hazırıq”
ifadəsi qırmızı xətlə keçən romanda Paşinyan yazır: “Ermənistanda
üfüq yoxdur, Ermənistanda düzənlik yoxdur, Ermənistanda nəzərlərini
uzada bilmirsən, Ermənistanda sənin gördüklərin sənən kifayət qədər
görünür, bir haldaki hansı tərəfə baxacaqsansa, nəsə görəcəksən.
Ermənistanda baxışlarını uzaqlara dikmək üçün yalnız bir istiqamət
var – yuxarı, səmaya doğru, lakin bu sənə hədsiz görünmür, çünki
sən ona tərəf gedə bilmir, hədsizliyin hara qədər uzandığını
yoxlaya bilmirsən. Hədsizlik hissi yalnız o vaxt olur ki, sən bunun
təxminən harada qurtardığını bilirsən.
Və mən Ağdamı xatırlayıram. Mənim uşaqlarım dağıdılmış evlərin
arasında qaçışırdılar və biz həyat yoldaşımla birlikdə təpənin
üzərində şərqə tərəf baxırdıq. Bu adət edilməmiş hiss idi: erməni
döyüşçüsünün sahib olduğu torpaqda dururuq və bu torpaq düzənlikdir
və buradan hədsiz görünür. Biz şərqə baxırıq və mənə elə gəlir ki,
baxışlarım Pamir dağlarına söykənir. Mən doğma həmyerlilərimin
arasında dayanıram, burada erməni qanunları hərəkət edir, bu
düzənlikdir və baxışlarım Pamir dağlarına söykənir. Və mən utanıram
ki, bu mühribədə iştirak etmişik. Biz həyat yodaşımla eyni şeyi
düşünür, lakin bunu dilə gətirmirik. Sonda o daha cəsarətli olur və
deyir:
- Bu əraziləri Azərbaycana necə qaytarmaq
olar?
Biz qəzetimizdə bu mövqenin tərəfdarlarını tənqid edirik və
deyirik: bir qarış torpağı düşmənə verməməliyik. Bu nədir? Yalan?
Ehtimal ki, ürəklə ağılın qarşıdurmasıdır. Ürək arzulayır ki,
düzənlik olsun və mənim baxışlarım Pamir dağlarını parçalasın.
Lakin ağıl deyir ki, “bu əraziləri sülh naminə qaytarmağa hazırıq”
sözlərini bərkdən demək və bir hissə görə özünü təhlükəyə atmaq
lazım deyil. Və biz qayıdırıq: düzənlik qurtarır, deməli Ermənistan
başlanır.
Qırmızı avtobus hər səhər saat 7-də bazarın yanında Qazaxa yola
düşürdü. Bazar günləri biz atamla Qazax su anbarına balıq tutmağa
gedirdik. Bax burada Sovet Ermənistanı qurtarır və Sovet
Azərbaycanı başlanır. Və mən anlaya bilmirəm, təbiət necə
insanların qoyduğu sərhədlərə uyğunlaşa bilər? Necə sərhədin bu
tərəfində bir təbiət ola bilər, o biri tərəfində başqa? Axı
sərhədləri insanlar qurur, təbiət sərhədləri tanımır. Sonra kənd
sakinləri ilə söhbətdə anlayıram ki, təbiət sərhədə uyğunlaşmadı,
biz təbiətə uyğunlaşdıq. “Kim bizi hədələyirdi, biz dərhal bu
dağlara çıxırdıq”, – deyə kəndin qoca sakinləri danışır. Bunu çox
sakit edirlər, sanki belə də olmalı idi. Faktiki olaraq, Ermənistan
– deyil vətən, gizlənmək, örtünmək üçün yerdir. Buna görə də
insanlar burada gizli yaşayırlar, örtünürlər, lakin evdə başqa cür
danışırlar.
Amma Ağdam? Ağdamda bu necə alındı? Bu sualın cavabı tamamilə aydın
görünür: Ermənistanda insanlar evlərindən çıxdılar, hansı ki, bir
neçə ilə qədər onlar gizlənirdi və budur onların baxışı
dəyişdi.
1 martda səhər mən Azadlıq meydanından qaçdım. Azadlıq meydanı mənə
Ağdam kimi görünürdü. Baqramyan prospektində düzənlik başa çatır və
dağlara qalxma başlanır. Və kimsə hədələdi, biz yenidən qaçırıq,
dağlara qaçırıq.
Problem ermənidə, yaxud türkdə deyil, Allah özü kömək olsun.
Problem hüquqdadır, qanunsuzluğun kobud gücü qarşısında geri
çəkilmədədir problem, sırtıqlıqdır, qalxmaqdadır problem, problem
öldürmək və öldürülmüş olmaqdadır.
1 martda biz qayıtdıq və qalxdıq. Nə qədər mümkün idi, o qədər
qalxdın, bizim qalxa biləcəyimizi sübut etmək üçün. 1 martda erməni
xalqı qaçmadı. Əksinə, çıxan yad idi, ama düşmən deyildi. 1 martda
bizə qarşı çıxan özgə deyildi, lakin onu bizi öldürməyə məcbur edən
düşüncə idi. 1 martda düşmən gizli idi, bu düşmən bizdən idi və biz
düşmənə qalib gələ bildik.
Mən indi oxuyuram və təəccüblənirəm: Amerika bizi yönləndirirdi,
Avropa bizi yönləndirirdi, bizi masonlar yönləndirirdi, Soros...
Oxuyuram... və əlimdəki stəkanı divara tullayıram”.
Qeyd edək ki, tərcümə zamanı üslubu qorumağa çalışmışıq.
Asif
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub