Bakının PLANI, 30 il öncəki KABUS… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Bakının PLANI, 30 il öncəki KABUS… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan Rusiyadan alınan qazın qiymətinin endirilməsiylə bağlı danışıqlar aparır. Bu gün KTMT-nin Şura iclası öz işinə başlayıb. Qətərin “Əl-Cəzirə” telekanalı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülən Camal Qaşıqçı barədə şok iddia irəli sürüb. ABŞ-ın Baş prokuroru Cef Seşns istefa verib. ABŞ-ın Kaliforniya ştatının Sauzend-Oaks şəhərində barda atışma baş verib. Ukrayna Prezidenti Kiyev Andriyivsk Kilsəsinin Konstantinopol Patriarxlığının sərəncamına verilməsini təsdiq edən sənədi imzalayıb. KXDR ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə bu həftə keçirilməsi planlaşdırılan yüksək səviyyəli danışıqları ləğv edib.

Bu gün Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Şura iclası öz işinə başlayır. İki gün davam edəcək iclasda KTMT-nin yeni baş katibinin seçilməsi gözlənilir. Ermənistanın nümayəndəsi olan baş katib Yuri Xaçaturov prosedura görə 3 il – 2020-ci ilə qədər bu postda olmalı idi. Lakin Paşinyan hakimiyyətə gələndən sonra 1 mart işi üzrə açılan cinayət işinə Xaçaturovun da cəlb edilməsi hadisələrin gedişatını dəyişdirdi.

Gözləntilərə görə, əlifba sırasına uyğun olaraq baş katib postunda Xaçaturovu Belarus nümayəndəsi Stanislav Zas əvəz etməlidir. Lakin Ermənistan Xaçaturovu öz nümayəndəsi ilə əvəz etmək niyyətindədir. Artıq Xaçaturovu əvəz etmək üçün namizədliyi irəli sürüləcək erməninin adı da məlumdur: keçmiş müdafiə naziri, general Mikael Arütyunyan.

Nikol Paşinyanın da iştirak edəcəyi iclasda İrəvanın istəyinin baş tutacağı çətin görünür.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov KTMT-nin baş katibi məsələsində üç ssenarinin ola biləcəyini açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

KTMT ölkələri Hava Hücumundan və Raketdən Vahid Müdafiə Sisteminin yaradılması planı barədə razılığa gələ bilməyiblər. Bunu jurnalistlərə açıqlamasında KTMT-nin baş katibi səlahiyyətlərinin müvəqqəti icraçısı Valeri Semerikov deyib. Onun sözlərinə görə, tərəflərin razılığı olmadığına görə bu məsələ hələlik KTMT-nin gündəliyindən çıxarılıb.

Ermənistan Rusiyadan alınan qazın qiymətinin endirilməsiylə bağlı danışıqlar aparır. Bunu jurnalistlərə açıqlamasında Ermənistanın Təbii Sərvətlər naziri Qaregin Baqramyan deyib. O, danışıqların həm “Qazprom”, həm də Rusiya Energetika Nazirliyi ilə aparıldığını bildirib.

Qeyd edək ki, hazırda Rusiya Ermənistana qazı 150 dollara satır. Ermənistan hazırda qazın qiymətinin 140 dollara endirməyə çalışır.

Qətərin “Əl-Cəzirə” telekanalı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülən Camal Qaşıqçı barədə şok iddia irəli sürüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Prezidenti Donald Tramp ölkənin Baş prokuroru Cef Seşnsın istefa verdiyini açıqlayıb. Ağ Ev rəhbəri bu barədə Tvitter hesabında açıqlama yayıb.

“Ədliyyə Nazirliyinin Baş aparat rəhbəri Metyu Uitakerin ABŞ-ın baş prokuroru vəzifəsinin yenicə icrasına başlamasından dolayı şadıq”, - deyə Tramp bildirib.

Əgər yaxın və orta mənzilli raketlərin ləğvi müqaviləsiylə bağlı qətiyyətli mövqe sərgilənməsə, Avropa onu 30 il bundan öncə izləyən kabuslarla toqquşmağa başlayacaq. Bunu jurnalistlərə açıqlamasında Rusiyanın Avropa Birliyindəki Daimi Nümayəndəliyinin rəhbəri Vladimir Çijov deyib.

Qeyd edək ki, bundan öncə ABŞ yaxın və orta mənzilli raketlərin ləğviylə bağlı müqavilədən çıxacağını bildirib. Rusiya ABŞ-ın bu addımını kəskin şəkildə tənqid edib.

Vaşinqton belə addım atmasına əsas səbəb kimi Rusiyanın bu müqavilənin şərtlərinə əməl etməməsini göstərib.

Rusiya və ABŞ arasında potensial müharibə adi silahların istifadəsi ilə başlaya, bir neçə gündən bir aya və ya bir neçə günədək olan müddətdə nüvə silahlarının tətbiqinə keçə bilər. Bu haqda hərbi sənayeçi, hərbi elmlər doktoru Konstantin Sivkov “Hərbi-Sənaye Kuryeri” nəşrində yazıb.

Onun fikrincə, ABŞ-ın səfirləri və diplomatik missiyaların nümayəndələrini geri çağırması onun zərbəyə hazır olduğunun bilavasitə əlaməti olacaq. Həmçinin, Sivkovun sözlərinə görə, Rusiya sərhədlərində təlimlər bəhanəsi ilə qoşunları yerləşdirə və ölkə ərazisinə zərbələri vurmağa icazə verən rayonlarda Hərbi Dəniz Qüvvələrinin zərbə qruplaşmalarını yarada bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Kaliforniya ştatının Sauzend-Oaks şəhərində barda atışma baş verib. Atışmada 13 nəfər həlak olub. Yerli polis şefi Ceff Dinin sözlərinə görə, təxminən 10-12 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Qeyd edilir ki, naməlum silahlı “Borderline Bar and Grill” barına daxil olaraq oradakı insanlara təxminən 30 atəş açıb. Cinayətkar daha sonra gizlənib. Hadisə vaxtı barda yüzə qədər insan olub. Məlumata görə, orada tələbələrin əyləncə gecəsi keçirilirdi.

Ukrayna Prezidenti Pyotr Poroşenko Kiyev Andriyivsk Kilsəsinin Konstantinopol Patriarxlığının sərəncamına verilməsini təsdiq edən sənədi imzalayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə bu həftə keçirilməsi planlaşdırılan yüksək səviyyəli danışıqları ləğv edib. Bu haqda Cənubi Koreyanın xarici işlər naziri Kan Kyun-hva bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm