ABŞ-ın sensasiyalı QARABAĞ PLANI, 30 il öncəki KABUS… – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

ABŞ-ın sensasiyalı QARABAĞ PLANI, 30 il öncəki KABUS… – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. KTMT-nin növbəti sammiti Ermənistan üçün fiasko ilə nəticələndi. Qətərin “Əl-Cəzirə” telekanalı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülən Camal Qaşıqçı barədə şok iddia irəli sürüb. ABŞ İrana qarşı sanksiyaların növbəti hissəsini qəbul edib. ABŞ Rusiyanın 3 fiziki şəxsinə və 9 şirkətinə sanksiya tətbiq edib. ABŞ Konqresinə aralıq seçkilər keçirilib. Ukrayna Prezidenti Kiyev Andriyivsk Kilsəsinin Konstantinopol Patriarxlığının sərəncamına verilməsini təsdiq edən sənədi imzalayıb. KXDR ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə bu həftə keçirilməsi planlaşdırılan yüksək səviyyəli danışıqları ləğv edib.

Azərbaycan, Dağlıq Qarabağ

"Bu gün Azərbaycan hərbi baxımdan nəinki Ermənistanla müqayisədə, dünya miqyasında güclü dövlətlər sırasındadır. Biz hərbi qüdrətimizi bundan sonra da artıracağıq və hesab edirəm ki, bu, danışıqlar üçün ən vacib amillərdən biridir". Bunu noyabrın 5-də Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı bu gün beynəlxalq hüquq normalarının tamamilə kənara qoyulduğunu qeyd edib:

"Əfsuslar olsun, beynəlxalq hüququn normaları tamamilə kənara qoyulur. Biz istədiyimizə nail olacağıq. Biz ədalət tələb edirik. Biz tələb edirik ki, tarixi torpaqlarımız işğalçılardan azad edilsin və ediləcəkdir. Azərbaycan dövləti bu müqəddəs məqsədə çatmaq üçün bundan sonra da bütün lazımi tədbirləri görəcək. Ümid edirəm ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək, öz işğalçı qüvvələrini tezliklə bizim torpaqlarımızdan geri çağıracaqdır. Əks təqdirdə, istənilən variant mümkündür və biz istənilən varianta hazırıq".

“Ermənistanın yeni rəhbərliyinə münaqişənin həlli prosesinin hərtərəfli öyrənilməsi üçün yəqin ki, zaman lazımdır”. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qarabağ separatçılarının rəhbəri Bako Saakyan və Ermənistan baş nazir əvəzi Nikol Paşinyan erməni qoşunlarının Azərbaycan ordusuyla təmas xəttinə gəliblər. Həm Saakyan, həm də Paşinyan burada erməni hərbçilərinin fəaliyyəti ilə tanış olublar. Onları qondarma qurumun “müdafiə naziri” Levon Mnatsakanyan və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan müşayiət edib.

Paşinyan əsgərlərlə çəkdirdiyi şelfini Feysbuk səhifəsində “Bizim adımız Ermənistan ordusudur” statusu ilə paylaşıb.

Bununla da Paşinyan Ermənistanın illərdir irəli sürdüyü “Qarabağda özünü müdafiə ordusu döyüşür” iddialarını alt-üst edib və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini etiraf edib.

Avrasiya İttifaqı İnstitutunun baş direktoru Vladimir Lepexin bildirib ki, seçki öncəsi Paşinyanın məşhurluğu pik həddinə çatıb və böyük ehtimala o, dağıdıcı qələbəni qazanacaq: “Lakin Ermənistanda əhalinin emiosiyalarında sınmalar başlanıb. Suallar verilir ki, Paşinyan niyə indiyə qədər iqtisadi islahatlar həyata keçirmir. Əslində bu sualların ortaya çıxmasından sonra Paşinyan parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi qərarını sürətlə qəbul etdi. Onun Qarabağa gedərək, populist çıxışlar etməsi də buna hesablanıb”.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonayanın açıqlamasına cavab verib. Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Ermənistan Müdafiə Nazirliyi arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil: "Düşənbədə əldə olunmuş razılığa əsasən, cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib və bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil".

Xatırladaq ki, Ermənistan müdafiə naziri David Tonoyan bu gün bəyanatla çıxış edib. D.Tonoyan Azərbaycan və Ermənistan müdafiə nazirlikləri arasında birbaşa telefon əlaqəsinin yaradıldığını açıqlayıb.

“ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İrəvana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz düsturunu təklif edib. Bu düstur belədir ki, işğal edilmiş Azərbaycan ərazilərində İrana hücum üçün ABŞ hərbi bazası yerləşdirilsin”. Bu iddia ilə Rusiya Xəzər Əməkdaşlıq İnstitutunun direktoru Sergey Mixeyev çıxış edib.

Onun sözlərinə görə, ABŞ-ın İran strategiyasında bir məsələ var.

“Bu Ermənistandır. Bu məsələ hələlik bizdə müzakirə olunmur, lakin olduqca təhlükəlidir. Amerikalılar İranla döyüşməkdən qorxurlar, bu şübhəsizdir, lakin prinsip etibarilə ona qarşı təzyiqlər hazırlayırlar. Ermənistanda hakimiyyət dəyişikliyi oldu və heç kim deyə bilməz ki, onlar amerikalılarla bağlı deyillər. Əslində Ermənistandakı hakimiyyət ABŞ-ın əlaltısıdır. ABŞ indi erməni hakimiyyətinə Qarabağ məsələsini həll etmək sözü verir. Onların təklifi belədir: rayonları verin, biz ora ABŞ qoşunlarının kontingentini daxil edəcəyik və İrana şimaldan təzyiq üçün baza yaradacağıq. Vaşinqtonun Cənubi Qafqazda reallaşdırmaq istədiyi variantlardan biri budur”, - deyə Mixiyev iddialarını davam etdirib.

ABŞ Qarabağda müharibə başladaraq, Rusiyanı vurmağı planlaşdırır”. Bu iddia ilə Ermənistan parlamentinin Respublika Partiyasından olan deputatı Artaşes Qeqamyan çıxış edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində separatçılar hərbi təlimlərə başlayıb. Bu gün başlayan hərbi təlimlər 10 noyabr tarixinə qədər davam edəcək.

Bu təlimlərin Nikol Paşinyanın Qarabağa gəlməsi və təmas xəttində erməni əsgərlərə təlimatlar verməsindən sonra başlanması xüsusi diqqət çəkir. Məlumdur ki, Azərbaycan torpaqlarına yerləşdirilən qoşunlar Ermənistan ordusunun bölmələridir. Nikol Paşinyan Qarabağa son gəlişində də əsgərlərlə çəkdirdiyi şelfini “Adımız Ermənistan ordusudur” sözləri ilə sosial şəbəkə hesabında paylaşmışdı. Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsi də İrəvanın illərdir “Qarabağ özünümüdafiə qüvvələri” iddialarının absurd olduğunu göstərir. Bu baxımdan, təlimlərin məhz Paşinyanın göstərişinə əsasən keçirildiyi şübhəsizdir. Bu hadisələr fonunda Ermənistanın gizli şəkildə müharibəyə hazırlaşdığı ehtimalları da gündəmdədir.

Ermənistan

Ermənistan Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkliatının (KTMT) növbəti sammitinində uğursuzluğa düçar oldu. Astanada toplanan liderlər KTMT-nin yeni baş katibinin təyinatı məsələsində razılığa gələ bilmədilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

KTMT ölkələri Hava Hücumundan və Raketdən Vahid Müdafiə Sisteminin yaradılması planı barədə razılığa gələ bilməyiblər. Bunu jurnalistlərə açıqlamasında KTMT-nin baş katibi səlahiyyətlərinin müvəqqəti icraçısı Valeri Semerikov deyib. Onun sözlərinə görə, tərəflərin razılığı olmadığına görə bu məsələ hələlik KTMT-nin gündəliyindən çıxarılıb.

Ermənistan Rusiyadan alınan qazın qiymətinin endirilməsiylə bağlı danışıqlar aparır. Bunu jurnalistlərə açıqlamasında Ermənistanın Təbii Sərvətlər naziri Qaregin Baqramyan deyib. O, danışıqların həm “Qazprom”, həm də Rusiya Energetika Nazirliyi ilə aparıldığını bildirib.

Qeyd edək ki, hazırda Rusiya Ermənistana qazı 150 dollara satır. Ermənistan hazırda qazın qiymətinin 140 dollara endirməyə çalışır.

Türkiyə, İran, Yaxın Şərq

Şərqi Aralıq dənizində gərginliyin artdığı bir vaxtda Ankaradan strateji addımlar gəlir. Türkiyənin Dəniz Qüvvələri Komandirliyi şaquli enib qalxa bilən “F-35B” beşinci nəsil qırıcılarının alınması üçün tələbnamə hazırlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Münbiç hadisələrində ABŞ daha əvvəl PKK-nın və ya YPG-nin bölgədəki varlığına icazə verilməyəcəyini demişdi. Məsələnin həlli yolu isə bir sonrakı aya, ilə təxirə salınmışdı. Lakin Türkiyənin artıq bu problemləri təxirə salmağa səbri və dözümü qalmayıb”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuad Oqtay mətbuata açıqlamasında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“ABŞ prezidenti Donald Trampın kürəkəni Cerard Kuşner İsrail və Səudiyyə Ərəbistanı koalisiyasına başçılıq edir”. Bu sözləri türkiyəli köşə yazarı Taha Dağlı öz məqaləsində qeyd edib.

Məqalədə İsrailin baş naziri Benyamin Netanyahunun səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı “yaşananalar qorxuncdur, amma Səudiyyə Ərəbistanın sabitliyi daha önəmlidir” açıqlaması təhlil edilib və baş nazirin bu açıqlamanı vermə səbəbi ilə bağlı şok iddialar ortaya atılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Jurnalist Camal Qaşıqçının oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülməsindən tam 9 gün sonra səudiyyəlilər Qaşıqçının cəsədindən xilas olmaq və dəlilləri yox etmək üçün İstanbula bir kimyaçı və bir toksikoloji mütəxəssis göndərib. Bu haqda Türkiyənin “Sabah” qəzetinin əməkdaşı Abdurrahman Şimşək yazıb.

Onun sözlərinə görə, oktyabrın 11-də Türkiyəyə gələn 11 nəfərlik qrupun içində kimyaçı Əhməd Əbdüləziz Aljanobi və toksikoloji mütəxəssisi Xalid Yəhya Al-Zahrani də olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə səudiyyəli jurnalist Camal Qaşıqçının bədəninin turşuda əridilməsi barədə informasiyanı araşdırır. Bu haqda Türkiyə vitse-prezidenti Fuad Oqtay bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qətərin “Əl-Cəzirə” telekanalı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülən Camal Qaşıqçı barədə şok iddia irəli sürüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Noyabrın 5-də səhər saat 09:00-da ABŞ-la İran arasında iqtisadi müharibə başlandı. ABŞ İrana qarşı sanksiyaların ikinci mərhələsinə bu gün start verib. Bu sanksiyalar İranın enerji resurslarına qarşıdır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp may ayında Vaşinqtonun nüvə proqramı üzrə İranla razılaşmadan çıxdığını elan edib. O həmçinin İrana qarşı bütün sanksiyaların bərpa olunacağını açıqlayıb. ABŞ avqustun 7-də İrana qarşı sanksiyaların bir hissəsini tətbiq edib.

ABŞ İrana qarşı sanksiyalarda Türkiyə ilə yanaşı Yaponiya, Cənubi Koreya, Hindistan, Tayvan, Yunanıstan, İtaliya və Çinə güzəştə gedib.

İran ABŞ-ın sanksiyalarını qıracaq və neft satmağa davam edəcək. Bu barədə İran prezidenti Həsən Ruhani ABŞ-ın bu gün tətbiq etdiyi sanksiyalara cavab olaraq deyib.

“Birlikdə və müştərək səylərlə biz sanksiyalardan yayınacağıq. Biz ABŞ-ı peşman olmağa məcbur edəcəyik. Biz ölkəyə xarici investisiyalar cəlb edib, iqtisadi çiçəklənmə yolunu yeniləyəcəyik”, – deyə o bildirib.

Amerika sanksiyaları İrana şəxsi iqtisadiyyatın sərbəstliyini təmin etməyə icazə verdi. Bu haqda ABŞ-ın İrana qarşı sanksiyalarının yeni paketinin qəbulunu şərh edən İranın ali dini lideri ayətullah Əli Xamenei bildirib.

1979-cu ildə İslam inqilabı zamanı İranda Amerika girovlarının tutulmasının ildönümünə həsr edilən mitinqdə çıxış edən dini lideri 40 illik qarşıdurmada ABŞ-ın uduzduğunu deyib.

“Amerika sanksiyalarının hədəfi İran iqtisadiyyatını şikəst etmək idi, amma əslində onlar ölkəni sərbəstliyə itələdilər”, - o deyib.

Xameneinin sözlərinə görə, Vaşinqton sanksiyalarla İran üzərində hökmranlığa nail olmağa çalışır.

“ABŞ əmindir ki, İran noyabrın 5-də ona qarşı sanksiyaların tətbiqinə baxmayaraq, öz nüvə proqramını yeniləməyəcək”. Bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo “Fox News” telekanalına bildirib.

“Biz əminik ki, onlar bunu etməyəcəklər”, - Pompeo deyib.

Mayk Pompeo bildirib ki, rəsmi Vaşinqton Avropa İttifaqından olan şirkətlərə ABŞ-la və eyni zamanda İranla bizneslə məşğul olmağa icazə verməyəcək. ABŞ rəsmisi bununla da bəzi Avropa şirkətlərinin İran sanksiyalarına görə ABŞ-la əməkdaşlığı dayandırıb-dayandırmayacağı barədə suala cavab verib.

"Avropa şirkətlərinə ABŞ-la və İranla eyni vaxtda bizneslə məşğul olmağa icazə verilməyəcək", - deyə Pompeo bildirib.

Analitiklər Vaşinqtonun məqsədinin İran neftinin ixracını məhdudlaşdırmaq və bu ölkədə iqtisadi böhran yaradaraq, hakimiyyətə qarşı narazılığı körükləmək olduğunu düşünürlər. ABŞ Dövlət Departamentindən mətbuata sızan məlumatlara görə sanksiyalar belə tətbiq ediləcək:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Böyük Britaniya İranla nüvə sazişinin şərtlərinə tərəfdar olmağa davam edəcək və ABŞ-ın yeni sanksiyalarından sonra İranla ticarət əlaqələrini dayandırmayacaq. Bu haqda Britaniyanın baş nazirinin rəsmi nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Çin kimi çətin ki, 2025-2035-ci illərdə ABŞ üçün təhdid yaradacaq. Bu sözləri ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford Dyuk Universitetində (ABŞ-ın Şimali Karolina ştatının Darem şəhərində yerləşən özəl tədqiqatlar universiteti –red.) çıxışında deyib.

Onun sözlərinə görə, Rusiya öz potensialını cari səviyyədə saxlaya bilməyəcək.

“Biz 2025-2035-cu illərdə əsas funksiyalarımızı yerinə yetirmək qabiliyyətimizi qiymətləndiririk. Biz o illərdə Çindən daha böyük imkanlara nail olacağıq. Rusiya çətin ki, indiki səviyyəni saxlaya biləcək. Orada demoqrafik və iqtisadi göstəricilər enir. Və mən düşünmürəm ki, Rusiya 2025-2035-ci illərdə Çin kimi əhəmiyyətli təhdid yaradacaq”, - o deyib.

Danfordun fikrincə, Çində öz potensialını artırması üçün imkanlar daha çoxdur.

Fransa prezidenti Emmanuel Makron müstəqil ümumavropa ordusunu yaratmağı təklif edib. Prezident bu haqda “Europe 1” radiostansiyasının efirində bildirib.

“Əgər ümumavropa ordusunu yaratmaq barədə qərar verməsək, biz avropalıları qoruya bilməyəcəyik. Avropa özünü Birləşmiş Ştatlarsız müdafiə etməlidir”, - o deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İran banklarının SWIFT (Ümumdünya Banklararası Telekommunikasiya Birliyi, beynəlxalq ödənişləri həyata keçirir – red.) sistemindən kənarlaşdırılması Avropa İttifaqını hərəkətə keçirdi. Avropa İttifaqının sözçüsü Maya Kosiyançiçin sözlərinə görə, qurum İranla sazişlərin saxlanılması üçün mexanizmin yaradılması üzrə işi sürətləndirib.

“Biz İran banklarının SWIFT sistemindən çıxarılması barədə qərarı təəssüflə qarşıladıq. Çünki, bu, beynəlxalq maliyyə sisteminin bütövlüyünə təsir edə bilər. Xüsusi Məqsədli Mexanizmə gəlincə, iş davam edir və indi o sürətləndirilib. Bu, Avropa biznesinin İranla qanuni ticarətinin davam etdirilməsini təmin etmək üçün edilir”, - o brifinqdə jurnalistlərə bildirib.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyaların ikinci paketinin tətbiq edilməsindən sonra SWIFT dünya miqyasında banklar arasında elektron transferi təmin edən SWIFT ABŞ-ın sanksiyalarına riayət edəcəyini və bəzi İran banklarının sistemə daxil olmasını təxirə saldıqlarını açıqlayıb.

ABŞ-da noyabrın 6-da keçirilmiş aralıq seçkilərində ilkin nəticələrə görə, Demokratlar Partiyası Nümayəndələr Palatasında əksəriyyəti respublikaçılardan aldı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Prezidenti Vladimir Putin noyabrın 11-də Parisdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşməyəcək. Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, bundan öncə Netanyahu ilə Putinin Parisdə görüşünün baş tutacağı haqqında məlumat yayılmışdı. İsrail tərəfi görüşün ən azından ayaqüstü baş tutacağını bildirmişdi.

Avropa Parlamentinin 100 deputatı Almaniya kansleri Angela Merkelə müraciət edərək, ondan “Şimal axını 2” kəmərinin tikintisini dayandırmağını xahiş ediblər. Merkel müraciət edən deputatlar arasında sağ mərkəzçilər, sosialistlər, liberal demokratlar yer alıb.

Məktubda deputatlar Almaniyanın bu qaz kəməriylə bağlı mövqeyinin Avropanın maraqlarına zidd olduğunu bildiriblər. Onlar Rusiyanın bununla AB-yə təsir üçün əlavə rıçaqlar əldə etdiyini vurğulayıblar.

Qeyd edək ki, Avropa Parlamentində ümumilikdə 750 deputat var.

ABŞ Prezidenti Donald Tramp ölkənin Baş prokuroru Cef Seşnsın istefa verdiyini açıqlayıb. Ağ Ev rəhbəri bu barədə Tvitter hesabında açıqlama yayıb.

“Ədliyyə Nazirliyinin Baş aparat rəhbəri Metyu Uitakerin ABŞ-ın baş prokuroru vəzifəsinin yenicə icrasına başlamasından dolayı şadıq”, - deyə Tramp bildirib.

Əgər yaxın və orta mənzilli raketlərin ləğvi müqaviləsiylə bağlı qətiyyətli mövqe sərgilənməsə, Avropa onu 30 il bundan öncə izləyən kabuslarla toqquşmağa başlayacaq. Bunu jurnalistlərə açıqlamasında Rusiyanın Avropa Birliyindəki Daimi Nümayəndəliyinin rəhbəri Vladimir Çijov deyib.

Qeyd edək ki, bundan öncə ABŞ yaxın və orta mənzilli raketlərin ləğviylə bağlı müqavilədən çıxacağını bildirib. Rusiya ABŞ-ın bu addımını kəskin şəkildə tənqid edib.

Vaşinqton belə addım atmasına əsas səbəb kimi Rusiyanın bu müqavilənin şərtlərinə əməl etməməsini göstərib.

Rusiya və ABŞ arasında potensial müharibə adi silahların istifadəsi ilə başlaya, bir neçə gündən bir aya və ya bir neçə günədək olan müddətdə nüvə silahlarının tətbiqinə keçə bilər. Bu haqda hərbi sənayeçi, hərbi elmlər doktoru Konstantin Sivkov “Hərbi-Sənaye Kuryeri” nəşrində yazıb.

Onun fikrincə, ABŞ-ın səfirləri və diplomatik missiyaların nümayəndələrini geri çağırması onun zərbəyə hazır olduğunun bilavasitə əlaməti olacaq. Həmçinin, Sivkovun sözlərinə görə, Rusiya sərhədlərində təlimlər bəhanəsi ilə qoşunları yerləşdirə və ölkə ərazisinə zərbələri vurmağa icazə verən rayonlarda Hərbi Dəniz Qüvvələrinin zərbə qruplaşmalarını yarada bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın silahlanmasında olan avtomatik cavab nüvə zərbəsini idarə edən kompleks - “Perimetr” çətin ki, ABŞ-la qlobal münaqişə halında effektiv olacaq. Bu haqda nüvə arsenallarının ixtisarı haqqında ABŞ-la danışıqlarda iştirak etmiş general-polkovnik, Raket strateji təyinatlı qüvvələrinin Baş ştabının keçmiş müdiri (1994 - 1996) Viktor Yevsin “Ulduz” həftəliyinə müsahibəsində bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Böyük Britaniya Avropa İttifaqını Rusiya kəşfiyyatının rəhbərliyinə qarşı sanksiyaları tətbiq etməyə çağırıb. Bu haqda şəxsi mənbələrinə istinadən “The Times” qəzeti bildirib.

Qəzet yazır ki, sanksiyalar Avropa İttifaqının kimyəvi silahdan istifadə ilə mübarizəyə yönəldilmiş yeni məhdudlaşdırıcı ölçüləri çərçivəsində tətbiq edilə bilər. Diplomatik mənbələrin sözlərinə görə, Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbərliyində yer alan şəxslərin adları qaralama siyahıya daxil edilib.

Gözlənilir ki, sanksiyalar altına düşmüş adamların siyahısı dekabrda dərc ediləcək.

ABŞ-ın Krıma görə Rusiyaya tətbiq etdiyi sanksiyalara siyasi müstəvidə eyni şəkildə cavab veriləcək. Bu açıqlama ilə rusiyalı senator Konstantin Kosaçev çıxış edib.

Kosaçev Rusiyanın maraqlarına qarşı olmayacaq iqtisadi tədbirlərin də həyata keçiriləcəyini istisna etməyib.

Qeyd edək ki, ABŞ Krımla əlaqədar və Donbasdakı vəziyyətdən dolayı Rusiyanın 3 fiziki şəxsinə və 9 şirkətinə sanksiya tətbiq edib.

Ukrayna

Ukrayna Prezidenti Pyotr Poroşenko Kiyev Andriyivsk Kilsəsinin Konstantinopol Patriarxlığının sərəncamına verilməsini təsdiq edən sənədi imzalayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya böhranı

Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə bu həftə keçirilməsi planlaşdırılan yüksək səviyyəli danışıqları ləğv edib. Bu haqda Cənubi Koreyanın xarici işlər naziri Kan Kyun-hva bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm