Paşinyanın Qarabağla bağlı ÖHDƏLİKLƏRİ, müharibə ELANI … - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Paşinyanın Qarabağla bağlı ÖHDƏLİKLƏRİ, müharibə ELANI … - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri vəzifələrini yerinə yetirən Nikol Paşinyanın Parisdəki çıxışını şərh edib. Belarus KTMT-nin baş katibi postuna üç namizədinin olduğunu açıqlayıb. İran ordusu mövcud təhlükələri nəzərə alaraq, ölkənin neft tankerlərinin təhlükəsizliyini təmin etməyə hazır olduğunu bəyan edib. ABŞ prezidenti Donald Tramp ölkəsinə qayıtdıqdan sonra sosial şəbəkə üzərindən digər ölkələri təhdid edib. Ukraynanın şərqində separatçı rejimlərin keçirdiyi “seçkilər”in nəticələri məlum olub.

“Ümid edirik ki, Ermənistanın Baş naziri vəzifələrini yerinə yetirən Nikol Paşinyan anlayır ki, Paris Sülh Forumunda etdiyi çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddiyyət təşkil edir. Məhz Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal edib və tarixən Dağlıq Qarabağda yaşayan yüz minlərlə Azərbaycanlını öz evlərində yaşamaq fundamental hüququndan məhrum edib”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva Ermənistanın Baş naziri vəzifələrini yerinə yetirən Nikol Paşinyanın çıxışını şərh edərkən deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanda dekabrın 9-da keçiriləcək parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni proseslərin başlayacağı ehtimalı zaman-zaman müzakirə olunur. Ehtimallara görə, həmsədr ölkələr, elə Düşənbə görüşünə razı olan Bakı da Paşinyana seçkidən sonra danışıqlar masasına konstruktiv mövqedə qayıtmaq üçün zaman tanıyıb. Ekspertlər Paşinyanın danışıqlar masasına qayıdacağını hesab etsələr də, onun Qarabağ kartını sona qədər istifadə etməsi üçün yeni təxribatlara əl ata biləcəyi də istisna deyil.

Əsas sual budur: “Ermənistanda seçkilərdən sonra Qarabağda nə gözlənilir?”.

“Sputnik Ermənistan” bu sual ətrafında erməni ekspertlərin fikrilərini öyrənib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna üç namizədə malikdir. Bu haqda Belarus lideri bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İran ordusu mövcud təhlükələri nəzərə alaraq, ölkənin neft tankerlərinin təhlükəsizliyini təmin etməyə hazırdır. Bu haqda İran İslam Respublikası ordusunun Dəniz Qoşunları komandanının müavini, kontr-admiral Seyid Mahmud Musəvi deyib.

“İranın silahlı qüvvələri mövcud təhlükələri nəzərə alaraq, bizim ticarət donanmamız və neft tankerləri müdafiə etməyə hazırdır. Biz maraqlarımızın təminatı üçün dəniz qüvvələrimizdən istifadə edəcəyik”, - agentlik Musəvinin sözlərini sitat gətirib.

Qeyd edək ki, noyabrın əvvəlində ABŞ İranın nəqliyyat və neft sektorlarına qarşı tammiqyaslı sanksiyaları tətbiq edib. Sanksiyalara İran İslam Respublikası Gəmiçilik Şirkəti (IRISL), İran Milli Tanker Şirkəti (NITC) və onun nəzarətindəki 211 gəmi də məruz qalıb.

Avropanı ABŞ və Çinə bənzər imperiya etmək vaxtı çatıb. Bunu Almaniyanın “Handelsblatt” qəzetinə müsahibəsində Fransa Maliyyə naziri Bruno Le Meyr deyib. Onun sözlərinə görə, bu imperiya hüquqi dövlət prinsiplərinə əsaslanan sülhsevər ölkə olmalıdır.

O, Avropa Birliyinin ABŞ-ın İrana sanksiyalarından qorunması gərəkdiyini bildirib.

Birinci Dünya müharibəsinin başa çatmasının 100-cü ildönümü ilə əlaqədar Fransanın paytaxtı Parisdə keçirilən tədbirlərdə iştirak edən ABŞ prezidenti Donald Tramp ölkəsinə qayıtdıqdan sonra sosial şəbəkə üzərindən digər ölkələri təhdid edib.

Amerika lideri ABŞ-ın başqa ölkələrin müdafiəsi üçün yüz milyardlarla dollar xərclədiyini bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukraynanın şərqində yaradılan “Luqansk Xalq Respublikası” separatçı rejimin başçısı vəzifəsinə keçirilən “seçkilər”də Leonid Paseçnik qalib gəlib. Paseçnik seçicilərin 68,3 faiz səsini yığıb.

“Respublikanın başçısı”nın postuna dörd namizəd iddia edirdi.

“Donetsk Xalq Respublikası” separatçı qurumun başçısı postuna keçirilən “seçkilər”də isə Denis Puşilin seçicilərin 60,9 faiz səsini toplayaraq qalib gəlib.

Qeyd edək ki, “seçkilər” noyabrın 11-də keçirilib. Kiyev “seçkilər”i tanımadığını açıqlayıb. Kremldən isə bildiriblər ki, proses Minsk razılaşmalarına zidd deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm