İki həftəlik İLDIRIMSÜRƏTLİ MÜHARİBƏ, Ermənistanın Sərsəng PLANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

İki həftəlik İLDIRIMSÜRƏTLİ MÜHARİBƏ, Ermənistanın Sərsəng PLANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Prezidenti İlham Əliyev Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçlə görüşüb. Avropalı investorlar Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarına 100 milyon kapital qoyacaqlar. ABŞ Konqresi Türkiyəni hədəfə alan sanksiyaların təsirlərini aradan qaldırmaq üçün səy göstərir. İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib. ABŞ NATO-nu zəiflədən istənilən addıma qarşı olduğunu açıqlayıb.

Əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hər hansı bir problemi varsa, o da Ermənistandır və onun yaratdığı problemlərdir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçlə görüşündə deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın bu ilin dekabr ayında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşü barədə mətbuatda yayılan məlumat münasibət açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva bildirib ki, rəsmi Bakı Ermənistan xarici işlər naziri ilə nəinki beynəlxalq tədbir çərçivəsində, həm də kənar formatda substantiv və nəticəyə yönəlik danışıqlar üçün görüşməyə razı olduğunu hər zaman bildirib: "ATƏT-in Minsk Qrupunun həmsədrləri bu görüşlərin təşkili istiqamətində müvafiq iş aparırlar. Azərbaycan tərəfi həmsədrlərin sülh danışıqlarını irəli aparmaq və Ermənistanı danışıqlarda konstruktiv mövqeyə gətirmək təklifini dəstəkləyir".

Avropalı investorlar Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarına 100 milyon kapital qoyacaqlar. Bu barədə Azərbaycan torpaqlarında işğalçı Ermənistan tərəfindən yaradılmış qondarma rejimin rəhbərinin məsləhətçisi Araik Artünyan deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində Sərsəng su anbarının sağ sahilində yeni su anbarı inşa ediləcək.

“Tikinti işləri bir neçə il davam edəcək. Yeni anbarın inşası suyun Ağdərə rayonunun mərkəzinə çatdırılmasına imkan yaradacaq. Bu, Qarabağda ən böyük xarici layihələrdən biri olacaq”, - deyə o bildirib.

Qeyd edək ki, 2016-cı ildə AŞPA-da Sərsəng su anbarı ilə bağlı “Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə qəbul edilib. Qətnamədə Ermənistanın işğalçı olduğu təsdiq edilir.

ABŞ Konqresi Türkiyəni hədəfə alan sanksiyaların təsirlərini aradan qaldırmaq üçün səy göstərir. Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.

“ABŞ-la münasibətlərimiz, NATO üzvlüyümüz və Avropa Birliyinə üzvlük prosesimiz xarici siyasətimiz baxımından əsas və strateji prioritetlərimiz arasındadır. ABŞ-la münasibətlərimizi 2019-cu ildə normal vəziyyətə qaytarmaq iradəsinə sahibik. Tutarlı mövqeyimizdə qarşılıq görəcəyi ölçüdə irəliləyiş əldə edəcəyik”, - Çavuşoğlu bildirib.

ABŞ HƏMAS-ın Siyasi Bürosunun üzvü, İzzəddin əl Qəssam briqadasının lideri Saleh Aruri, Hizbullah liderləri Yusif Mahmud Xarba və Haytam Əli Tabatabai haqqında veriləcək hər hansı informasiyaya görə 5 milyon dollar mükafat təyin edib. Məlumatı ABŞ Dövlət Departamenti yayıb. Vaşinqtonun iddiasına görə, Aruri HƏMAS-ın İordan çayının qərb sahilindəki fəaliyyətlərini maliyyələşdirib və hərbi əməliyyatlarına rəhbərlik edib.

Yusif Mahmud Xarba Hizbullah lideri Həsən Nəsrullahın müşaviridir. Amerikalıların fikrincə, o, Hizbullahın Fələstindəki və bir sıra Yaxın Şərq ölkələrindəki hərbi əməliyyatlarına nəzarət edib.

Tabatabai isə Hizbullahın hərbi liderlərindən biri sayılır. Belə ki, o, təşkilatınn Suriya və Yəməndəki xüsusi təyinatlılarına rəhbərlik edib.

İsrailin müdafiə naziri Aviqdor Liberman istefaya getdiyini bəyan edib. Liberman bu haqda xüsusi mətbuat konfransında deyib.

Onun istefa qərarı Qəzza sektorunda Fələstin döyüşçülərinə qarşı döyüş hərəkətlərinin dayandırılması ilə razılaşmamasıyla bağlıdır.

“Bizim evimiz İsrail” partiyasının liderinin istefa verməsi baş nazir Benyamin Netanyahu hökumətini parlament əksəriyyətinin dəstəyindən məhrum etmir, amma İsraili idarə edən koalisiyaya məxsus mandat sayını 120 yerlik Knessetdə 61 mandata qədər azaldır. Bu isə növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını yüksəldir.

Xatırladaq ki, ötən gün Qəzza bölgəsində atəşkəs elan edilib. Aviqdor Liberman bu qərara qarşı çıxaraq HƏMAS-a sərt zərbəni vurmağa çağırıb.

İsrailin bu gün istefa verən müdafiə naziri Aviqdor Liberman tezliklə ölkədə növbədənkənar parlament seçkisi keçirilməsinə çağırış edib. O, seçkinin keçirilməsi üçün konkret tarixin müəyyən edilməsi gərəkdiyini bildirib.

Liberman həmçinin partiyasının hakim koalisiyasından da çıxdığını deyib.

Qəzza sektorunda Fələstin döyüşçüləri İsrailin atəşə tutulması üçün Kremlin ən yaxın müttəfiqlərindən biri – Suriya prezidenti Bəşər Əsəddən alınmış Rusiya raketlərindən - “Kornet”dən istifadə etdi. Bu haqda “Oboz TV”nin efirində beynəlxalq məsələlər üzrə ekspert Andrey Karakus danışıb.

O, Qəzza ilə sərhəddə İsrail avtobusuna Rusiya raketinin düşməsi hadisəsini şərh edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ NATO-nu zəiflədən istənilən addıma qarşıdır. Bunu Avropa ordusunun yaradılması ideyasını şərh edən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib.

“Bu, NATO, ABŞ hökuməti və digər bir çox dövlətlər üçün çox vacibdir. Biz hesab edirik ki, heç bir səbəb NATO-nu öz fəaliyyət prinsiplərindən uzaqlaşdırmamalıdır. NATO dayanıqlı təşkilatdır. ABŞ və digər dövlətlər uzun illərdir onu dəstəkləyiblər, ona görə də zəifləməyini istəmirik.

Bizim fikrimizcə, NATO bütün üzvlərinin üzərinə böyük məsuliyyət götürəcəyi halda güclü olacaq”, – deyə o bildirib.

Amerika ordusu bir neçə il ərzində yüksəldilmiş gücü olan lazer silahları alacaq. Bu haqda ABŞ-ın müdafiə nazirinin müavini Maykl Qriffin Vaşinqtonda Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində çıxışı zamanı bildirib.

Qriffin vurğulayıb ki, belə silahın yaradılması ABŞ-dan indiki vəziyyətlə müqayisədə maliyyə xərclərini 3-4 dəfə artırılmasını tələb edəcək. Onun sözlərinə görə, Amerika hərbçiləri həmçinin, potensial rəqibin pilotsuz təyyarələrini sıradan çıxarmağa imkan verən hərbi texnikanın yaradılması üçün güclü mikrodalğalı şüadan istifadə etmək niyyətindədir.

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskvanın alınması üçün Kiyevin blitskriq (ildırımsürətli müharibə) başlatmalı olduğunu bildirən Ukrayna Ali Radasının sabiq deputatı və keçmiş prezident Viktor Yanukoviçin seçki qərargahının rəhbəri Taras Çernovola cavab verib. Siyasətçi sabiq deputata bunu edərkən artıq belə təcrübəyə malik olan Almaniya ilə məsləhətləşməyi təklif edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm