Pul qarşılığında QARABAĞ, son 20 il ƏRZİNDƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Pul qarşılığında QARABAĞ, son 20 il ƏRZİNDƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan Respublika Partiyasının sədrinin birinci müavini Vigen Sarkisyan Dağlıq Qarabağ məsələsində güzəştsiz olacaqlarını bildirib. Ermənistanda növbədənkənar parlament seçkisində 2 blok və 9 partiya iştirak edəcək. Səudiyyə Ərəbistanının Baş Prokurorluğu “Vaşinqton Post” qəzetinin müxbiri Camal Qaşıqçı cinayəti ilə bağlı şok detalları açıqlayıb. ABŞ-ın Milli Müdafiə üzrə Yeni Strategiyası Rusiya və Çin üzərində qələbəni təmin etmir. ABŞ-ın son 20 il ərzində hərbi əməliyyatların aparılmasına xərclədiyi vəsait açıqlanıb. Ukraynanın Donbas bölgəsində vəziyyət yenidən gərginləşib.

Ermənistan Respublika Partiyası Dağlıq Qarabağ məsələsində güzəştsiz olacaq. Bu haqda feysbuk səhifəsində partiya sədrinin birinci müavini Vigen Sarkisyan yazıb.

“Biz konstruktiv müxalifət olacağıq və dialoqa həmişə hazırıq. Amma elə məsələlər var ki, biz güzəştsiz olacağıq. Hər şeydən əvvəl, bu, Dağlıq Qarabağ probleminə aiddir. Problem yalnız öz müqəddəratını təyin etmə hüququ ilə məhdudlaşdırılmır. Bu, bütün bizim ölkəmiz üçün ən əhəmiyyətli təhlükəsizlik məsələsidir”, - o bildirib.

Qeyd edək ki, Ermənistanda dekabrın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Bütün siyasi qüvvələr kimi, keçmiş prezident Serj Sarkisyanın lideri olduğu Respublika Partiyası seçkilər öncəsi təbliğat kampaniyasında Dağlıq Qarabağ kartını işə salaraq sərsən bəyanatlarla çıxış edirlər.

“Ermənistanın mövcud hakimiyyəti Qarabağ məsələsində köhnə hakimiyyətin siyasətini davam etdirir”. Bu barədə “Yerkir” partiyasının lideri Zaruhi Postanjyan deyib.

2016-cı ildə “aprel müharibəsi”ni xatırladan Postanjyan Azərbaycan Ordusunun 800 hektar (əslində 2 min hektar) ərazini azad etdiyini bildirib.

“Ermənistanın mövcud hakimiyyəti də iqtidara gəldiyi dövr ərzində köhnə rəhbərliyin siyasətini davam etdirir. Nə xarici, nə də daxili siyasətdə heç bir şey dəyişməyib. Hazırki rəhbərlik bəzi maliyyə imtiyazları qarşılığında əraziləri qaytarmağa hazırdır”, - deyə o bildirib.

Ermənistanda növbədənkənar parlament seçkisində 2 blok və 9 partiya iştirak edəcək. Bunu jurnalistlərə açıqlamasında Ermənistan Mərkəzi Seçki Komissiyasının rəhbəri Armen Smbatyan deyib.

Dünən Ermənistanın Dövlət Gəlirləri Komitəsi "Qazprom Ermənistan" şirkətini böyük ölçülərdə vergi öhdəliklərinin yerinə yetirilməməsində ittiham edən hesabat yaydı. Bəyanata görə, Rusiyanın "Qazprom" şirkətinin ölkə ərazisindəki törəmə strukturları ilə əlaqədar olaraq ölkədə yoxlamalardan sonra Dövlət Gəlirləri Komitəsi şirkətə qarşı iş başladıb.

"Qazprom Ermənistan"da aparılan audit yoxlamalarının nəticələrinə görə, şirkət böyük məbləğdə vergi ödənilməsindən yayınıb və bir sıra pozuntu hallarına yol verib" – deyə komitənin məlumatında bildirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin ittihamları ucbatından Ermənistan vətəndaşlarının xeyrinə olan sərfəli razılaşma məhv ola bilər. Bunu jurnalistlərə açıqlamasında “Qazprom Ermənistan”ın baş direktoru Qrant Tadevosyan deyib.

“Hazırda “Qazprom Ermənistan” Rusiya banklarından biriylə illik 6,5%-lik güzəştli kredit barədə danışıqlar aparır. Bu pullarla şirkət erməni banklarına yüksək faizlə olan köhnə kredit borclarını ödəyəcək. Bu şirkətin xərclərinin 2,4 milyon dollar azaltmasına gətirib çıxaracaq. Bizim tərəfdaşlar Ermənistanın Dövlət Gəlirləri Komitəsinin bəyanatına reaksiya veriblər. Bizə ciddi narahatlıqlarını söylədilər. İndi biz belə zəngləri digər tərəfdaşlarımızdan da alırıq”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsi “Qazprom Ermənistan”ı milyardlarla dramlıq vergi borcunu ödəməməkdə ittiham edib və araşdırmalara başlayıb.

Səudiyyə Ərəbistanının Baş Prokurorluğu “Vaşinqton Post” qəzetinin müxbiri Camal Qaşıqçı cinayəti ilə bağlı şok detalları açıqlayıb. Məhkəmə Qaşıqçının cəsədinin parçalanaraq İstanbuldakı Baş konsulluqdan çıxarılıdığını etiraf edib.

Jurnalistin öldürülməsi üçün qrup qurmaq əmrinin isə kəşfiyyat təşkilatının sədrinin keçmiş köməkçisi tərəfindən verildiyi bildirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın son 20 il ərzində hərbi əməliyyatların aparılmasına xərclədiyi vəsait açıqlanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Milli Müdafiə üzrə Yeni Strategiyası Rusiya və Çin üzərində qələbəni təmin etmir. Bu haqda Birləşmiş Ştatların müdafiə strategiyası qiymətləndirilməsi üzrə komissiyanın ekspertləri hesab edirlər.

“Donald Tramp administrasiyasının Milli Müdafiə üzrə Yeni Strategiyası az resurslarla təmin edilib. Strategiya ABŞ-ın Çin və ya Rusiya qarşısında hərbi məğlubiyyət riskini yaradır”, - Konqres tərəfindən səlahiyyət verilmiş ekspertlərin məruzəsində deyilir.

Komissiya belə nəticəyə 2020-ci il maliyyə ilində hərbi büdcənin 700 milyard dollara qədər azaldılacağı barədə xəbərlərdən sonra gəlib. ABŞ-ın 2019-cu il maliyyə ilində hərbi büdcəsi təxminən 716 milyard dollar olacaq.

Ekspertlər xəbərdarlıq edirlər ki, Amerika hərbçiləri Çin və Rusiya ilə müharibədə qəbuledilməz yüksək itkilərlə üzləşə, hətta müharibəni uduza bilər.

“ABŞ üçün xüsusi risk vəziyyəti yaranır. Hərbçilər eyni zamanda iki və ya daha çox cəbhədə vuruşmalı olacaq”, - məruzədə deyilir.

Ukraynanın Donbas bölgəsində vəziyyət yenidən gərginləşib. Birləşmiş güclərin əməliyyat mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, döyüş əməliyyatları nəticəsində 3 separatçı öldürülüb, 3-ü yaralanıb.

Bir Ukrayna hərbçisinin isə yaralandığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm