​​​​​​​Ermənistanı qorxuya SALAN PLAN, ikiqat ZƏRBƏNİN TARİXİ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

​​​​​​​Ermənistanı qorxuya SALAN PLAN, ikiqat ZƏRBƏNİN TARİXİ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri vəzifələrini yerinə yetirən Nikol Paşinyanın Parisdəki çıxışını şərh edib. ABŞ-da Azərbaycana silah satışına qadağa qoyan 907-ci düzəlişin ləğv edilməsi ilə bağlı təkliflərin gündəmə gəlməsi Ermənistanda narahatlıq yaradıb. Qəzza sektorunda vəziyyət yenidən gərginləşib. ABŞ İran hökumətinə təzyiqlərini davam etdirəcəyini açıqlayıb. ABŞ NATO-nu zəiflədən istənilən addıma qarşı olduğunu bəyan edib. Səudiyyə Ərəbistanının Baş Prokurorluğu “Vaşinqton Post” qəzetinin müxbiri Camal Qaşıqçı cinayəti ilə bağlı şok detalları açıqlayıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 100 ədəd “F-35” tipli qırıcı təyyarələrin Türkiyəyə təhvil verilməsi ilə bağlı hesabatını Konqresə təqdim edib.

Azərbaycan, Dağlıq Qarabağ

Əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hər hansı bir problemi varsa, o da Ermənistandır və onun yaratdığı problemlərdir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçlə görüşündə deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ümid edirik ki, Ermənistanın Baş naziri vəzifələrini yerinə yetirən Nikol Paşinyan anlayır ki, Paris Sülh Forumunda etdiyi çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddiyyət təşkil edir”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva Ermənistanın Baş naziri vəzifələrini yerinə yetirən Nikol Paşinyanın çıxışını şərh edərkən deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanda dekabrın 9-da keçiriləcək parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni proseslərin başlayacağı ehtimalı zaman-zaman müzakirə olunur. Ehtimallara görə, həmsədr ölkələr, elə Düşənbə görüşünə razı olan Bakı da Paşinyana seçkidən sonra danışıqlar masasına konstruktiv mövqedə qayıtmaq üçün zaman tanıyıb. Əsas sual budur: “Ermənistanda seçkilərdən sonra Qarabağda nə gözlənilir?”.

“Sputnik Ermənistan” bu sual ətrafında erməni ekspertlərin fikrilərini öyrənib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-da Azərbaycana silah satışına qadağa qoyan 907-ci düzəlişin ləğv edilməsi ilə bağlı təkliflərin gündəmə gəlməsi Ermənistanda narahatlıq yaradıb. ABŞ-da erməni diasporunun ən böyük təşkilatı olan “Ay Data” rəhbəri Aram Qambaryan Tramp Administrasiyasının 907-ci düzəlişi ləğv etmək istədiyini deyib.

Onun sözlərinə görə, Tramp Administrasiyası bu qətnaməni ləğv etməyi bacarmasa belə, onu donduracaq.

“Məsələ ondadır ki, bu qətnamə aradan qalxsa və ABŞ silah satmağa başlasa, bu Ermənistanın marağına uyğun deyil. Doğrudur, ABŞ münaqişənin hər iki tərəfinə, yəni Azərbaycana və Ermənistana silah satmalı olacaq. Çünki tərəflərdən birinə silah satmaq qətnamənin pozulması deməkdir. Laki burada hansı ökənin nə qədər silah ala bilmək potensialı əsas rol oynayır. Azərbaycanın daha çox silah almaq imkanı var. Digər tərəfdən, mövcud potensiala görə, Azərbaycanın alacağı hər silah bu ölkənin ordusunun gücünü daha da artacaq. Biz bundan narahatıq və qətnamənin qüvvədə qalması üçün əlimizdən gələni edəcəyik”, - deyə erməni diaspor rəhbəri bildirib.

Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın bu ilin dekabr ayında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşü barədə mətbuatda yayılan məlumat münasibət açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva bildirib ki, rəsmi Bakı Ermənistan xarici işlər naziri ilə nəinki beynəlxalq tədbir çərçivəsində, həm də kənar formatda substantiv və nəticəyə yönəlik danışıqlar üçün görüşməyə razı olduğunu hər zaman bildirib.

Ermənistan Respublika Partiyası Dağlıq Qarabağ məsələsində güzəştsiz olacaq. Bu haqda feysbuk səhifəsində partiya sədrinin birinci müavini Vigen Sarkisyan yazıb.

“Biz konstruktiv müxalifət olacağıq və dialoqa həmişə hazırıq. Amma elə məsələlər var ki, biz güzəştsiz olacağıq. Hər şeydən əvvəl, bu, Dağlıq Qarabağ probleminə aiddir. Problem yalnız öz müqəddəratını təyin etmə hüququ ilə məhdudlaşdırılmır. Bu, bütün bizim ölkəmiz üçün ən əhəmiyyətli təhlükəsizlik məsələsidir”, - o bildirib.

Qeyd edək ki, Ermənistanda dekabrın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək.

“Ermənistanın mövcud hakimiyyəti Qarabağ məsələsində köhnə hakimiyyətin siyasətini davam etdirir”. Bu barədə “Yerkir” partiyasının lideri Zaruhi Postanjyan deyib.

2016-cı ildə “aprel müharibəsi”ni xatırladan Postanjyan Azərbaycan Ordusunun 800 hektar (əslində 2 min hektar) ərazini azad etdiyini bildirib.

“Ermənistanın mövcud hakimiyyəti də iqtidara gəldiyi dövr ərzində köhnə rəhbərliyin siyasətini davam etdirir. Nə xarici, nə də daxili siyasətdə heç bir şey dəyişməyib. Hazırki rəhbərlik bəzi maliyyə imtiyazları qarşılığında əraziləri qaytarmağa hazırdır”, - deyə o bildirib.

Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərində yaratdığı qondarma rejimlə “müstəqil respublika” kimi hərbi ittifaq yarada bilər. Bu barədə separatçı rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan “aravot” qəzetinə müsahibəsində bildirib.

Balanyan bildirib ki, “Ermənistanla Qarabağ arasında hərbi ittifaqın bağlanması məsələsi gündəmdədir”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan

Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna üç namizədə malikdir. Bu haqda Belarus lideri bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında yaranan vəziyyətin bu təşkilatın üzvü olmayan ölkə - Azərbaycanla müzakirəsinə görə Belarus prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən izahat tələb edəcək. Bu haqda noyabrın 16-da Nikol Paşinyan jurnalistlərlə söhbət zamanı bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Belarus Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri əvəzi Nikol Paşinyanın Belarus prezidenti Aleksandr Lukaşenkonun ünvanına səsləndirdiyi bəyanatlara cavab verib. İdarənin mətbuat katibi rəsmi nümayəndəsi Anatoli Qlaz Paşinyanın bəyanatlarını qəbuledilməz adlandırıb.

“Yəqin, cənab Paşinyan hələ başa düşməyib ki, “küçə demokratiyası”nın qaydaları böyük siyasətdə qəbuledilməzdir. Təəssüf edirik. Ümid edirik ki, bu, zamanla qaydaya düşəcək", - Anatoli Qlaz deyib.

Belarus XİN-in nümayəndəsi əlavə edib ki, görünür, Paşinyan özünü cəzalandırmaq və ya əfv etmək səlahiyyəti olan beynəlxalq prokuror kimi təsəvvür edir.

“Amma dövlətlərarası münasibətlərdə protokolun və etiketin tamamilə dəqiq normaları mövcuddur”, - Anatoli Qlaz vurğulayıb.

Erməni Milli Konqresi” Partiyası (AMK) növbədənkənar parlament seçkilərində iştirakdan imtina edib. Bu barədə “Jamanak” qəzeti yazıb.

Məlumata görə, dünən AMK rəhbərliyinin toplantısı keçirilib. Toplantıda dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməməklə bağlı qərar qəbul edilib.

Ermənistanda növbədənkənar parlament seçkisində 2 blok və 9 partiya iştirak edəcək. Bunu jurnalistlərə açıqlamasında Ermənistan Mərkəzi Seçki Komissiyasının rəhbəri Armen Smbatyan deyib.

Ermənistanın Dövlət Gəlirləri Komitəsi "Qazprom Ermənistan" şirkətini böyük ölçülərdə vergi öhdəliklərinin yerinə yetirilməməsində ittiham edən hesabat yaydı. Bəyanata görə, Rusiyanın "Qazprom" şirkətinin ölkə ərazisindəki törəmə strukturları ilə əlaqədar olaraq ölkədə yoxlamalardan sonra Dövlət Gəlirləri Komitəsi şirkətə qarşı iş başladıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin ittihamları ucbatından Ermənistan vətəndaşlarının xeyrinə olan sərfəli razılaşma məhv ola bilər. Bunu jurnalistlərə açıqlamasında “Qazprom Ermənistan”ın baş direktoru Qrant Tadevosyan deyib.

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan və müdafiə naziri David Tonoyan bu gün hərbi hissələrdən birində başlanmış taktik hücum təlimlərini müşahidə ediblər. Bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan bildirib.

Məlumata görə, təlimdə, xüsusilə çətin coğrafi və iqlim şəraitində qoşunların yeni taktika və xüsusi texniki vasitələr tətbiq edərək yeni yüksəklikləri ələ keçirmək fəaliyyətləri məşq edilib.

Türkiyə, İran, Yaxın Şərq

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 100 ədəd “F-35” tipli qırıcı təyyarələrin Türkiyəyə təhvil verilməsi ilə bağlı hesabatını Konqresə təqdim edib. “F-35”lərin Türkiyəyə göndərilməsi bu hesabatın Konqresə təqdim edilməsinə qədər təxirə salınmışdı. Pentaqon hesabatının Konqresə təqdim olunması “F-35”-lərin Türkiyəyə təslimatı üçün irəliyə doğru atılmış bir addım anlamına gəlir.

ABŞ Konqresi Türkiyəni hədəfə alan sanksiyaların təsirlərini aradan qaldırmaq üçün səy göstərir. Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.

Vaşinqtonun 3 PKK liderinin başına mükafat qoymasını PKK ilə PYD-nin fərqli təşkilatlar olması iddiasını qanuniləşdirmək üçün ortaya atılmış bir oyun kimi qəbul edirik. Bu oyuna gəlmərik. Bu sözləri Fransa səfərindən geri qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Trampla görüşündə PYD-YPG, FETÖ, Suriya və “Xalkbank” məsələlərini müzakirə etdiyini qeyd edib.

“YPG ilə bağlı bəzi mövzularda əlaqəsizlik var. Bu mövzuda istər Mövlud bəyin, istərsə də müdafiə nazirimizin əlaqədar şəxslərlə görəcəkləri işlər bizi rahatladacaqdır”, - Ərdoğan bildirib.

ABŞ-ın “Nyu-York Tayms” qəzeti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Camal Qaşıqçı cinayəti ilə bağlı bəzi ölkələrə verdiyini dəlillərlə bağlı yeni bir iddianı ortaya atıb. Xəbərə görə, Qaşıqçını öldürmək üçün İstanbula gələn 15 nəfərlik sui-qəsd qrupunda yer alan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanın əhəmiyyətli xarici səfərlərində iştirak edən təhlükəsizlik səlahiyyətlisi Mahir Əbdüləziz Mutreb cinayətdən qısa müddət sonra bir nəfərə zəng edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Səudiyyə Ərəbistanının Baş Prokurorluğu “Vaşinqton Post” qəzetinin müxbiri Camal Qaşıqçı cinayəti ilə bağlı şok detalları açıqlayıb. Məhkəmə Qaşıqçının cəsədinin parçalanaraq İstanbuldakı Baş konsulluqdan çıxarılıdığını etiraf edib.

Jurnalistin öldürülməsi üçün qrup qurmaq əmrinin isə kəşfiyyat təşkilatının sədrinin keçmiş köməkçisi tərəfindən verildiyi bildirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Maliyyə Nazirliyi Camal Qaşıqçı cinayəti ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanının 17 vətəndaşına sanksiya tətbiq edib. Sanksiya siyahısının tərkibi tam açıqlanmır. Amma siyahıda vəliəhdin keçmiş müşaviri Səud Kahtani və Səudiyyənin İstanbuldakı konsulu Məhəmməd Uteybinin olduğu bildirilir.

ABŞ Senatı ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlə yetirilməsinə görə Səudiyyə Ərəbistanına silah satışının dayandırılması da daxil olmaqla, bir neçə sanksiya tətbiq etmək üçün qanun layihəsi hazırlayır. Qanun layihəsi Nyu Cersi ştatının senatoru Bob Menendez ilə İndiana senatoru Todd Yunqun başçılığı ilə hazırlanır.

Layihə ilə bağlı açıqlama verən B.Menendez ABŞ hökumətinin Qaşıqçı cinayəti ilə bağlı 17 səudiyyəli şəxsə tətbiq etdiyi sanksiyanın kifayət etmədiyini bildirib: “Qaşıqçı cinayəti il bağlı şəffaf və qəbul edilə biləcək bir istintaq aparılmalıdır. Bu layihə ilə Konqres insan haqlarına olan hörmətini və dəyərini ortaya qoyacaq”.

Adıçəkilən qanun layihəsi ABŞ-ın Səudiyyə Ərəbistanına satdığı hücum məqsədli bütün silahların satışını dayandıracaq. Bu silahlara bombalar, raketlər, qırıcılar, tanklar və silahlı avtomobillər daxildir.

İran ordusu mövcud təhlükələri nəzərə alaraq, ölkənin neft tankerlərinin təhlükəsizliyini təmin etməyə hazırdır. Bu haqda İran İslam Respublikası ordusunun Dəniz Qoşunları komandanının müavini, kontr-admiral Seyid Mahmud Musəvi deyib.

“İranın silahlı qüvvələri mövcud təhlükələri nəzərə alaraq, bizim ticarət donanmamız və neft tankerləri müdafiə etməyə hazırdır. Biz maraqlarımızın təminatı üçün dəniz qüvvələrimizdən istifadə edəcəyik”, - agentlik Musəvinin sözlərini sitat gətirib.

Qeyd edək ki, noyabrın əvvəlində ABŞ İranın nəqliyyat və neft sektorlarına qarşı tammiqyaslı sanksiyaları tətbiq edib. Sanksiyalara İran İslam Respublikası Gəmiçilik Şirkəti (IRISL), İran Milli Tanker Şirkəti (NITC) və onun nəzarətindəki 211 gəmi də məruz qalıb.

Beynəlxalq banklararası informasiyaların ötürülməsini və ödənişlərin keçirilməsini həyata keçirən SVİFT ABŞ-ın sanksiyalar siyahısına daxil olan İranın Mərkəzi Bankının və digər təşkilatların öz sistemindən kənarlaşdırması barədə Vaşinqtonu məlumatlandırıb. Bu barədə ABŞ-ın maliyyə nazirinin müavini Siqal Mandelker bildirib.

O, xəbərdarlıq edib ki, Amerika İslam Respublikasına qarşı öz sanksiyalarını ciddi şəkildə həyata keçirmək niyyətindədir və İrana qarşı təzyiq üçün əlavə tədbirlər görəcək.

ABŞ rəsmisinin sözlərinə görə, xeyli sayda Avropa şirkəti İranı tərk edir. Nazir müavini qeyd edib ki, Avropa İttifaqının (Aİ) İranla xarici ticarə hesablaşmaları üzrə xüsusi mexanizmin yaradılması təşəbbüsü ABŞ-ı narahat etmir. O, hesab edir ki, Aİ və ABŞ birgə işləmək üçün əlavə mexanizmlər yarada bilər.

"İranla bağlı daha çox şeylərin qəbul ediləcəyini görəcəksiniz", - deyə Mandelker əlavə edib.

İran əmin deyil ki, Vaşinqtonla yeni nüvə razılaşması imzalayacağı halda ABŞ buna əməl edəcək. Bunu EFE agentliyinə müsahibəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Əgər biz ABŞ-ın indiki administrasiyası ilə razılığa gəlsək, növbəti administrasiya 2 il və ya altı ay sonra buna əməl edəcəkmi? Tramp ABŞ-ın heç bir administrasiyasına güvənilməməsi gərəkdiyi ilə bağlı pis mesaj verir. ABŞ sanksiyaları heç vaxt İranı siyasətini dəyişməyə məcbur edə bilməyib. İran yenidən çətin zamanları geridə qoyacaq. İranlılar bir sıra çətinliklərə hazırdırlar, amma ABŞ-ın hökmranlığını qəbul etməyə hazır deyillər”, – deyə o bildirib.

ABŞ İran hökumətinə təzyiqlərini davam etdirəcək. Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.

“Biz ehtimal edirik ki, İran hakimiyyəti böyük təzyiq hiss edir. Onlara çox güclü təzyiq etmək fikrindəyik. ABŞ sanksiyalar rejiminin icra edilməsi üzərində nəzarətini gücləndirəcək”, – deyə o bildirib.

Fələstin döyüşçüləri İsrailin cənubunda yerləşən ən böyük şəhərləri - Aşdod və Beer-Şevanı raket atəşləri ilə hədələyiblər. Bu haqda HƏMAS-ın hərbi qanadı olan “İzzəddin al-Kassam Briqadası”nın mətbuat katibi Abu Ubeydinin adından yayılmış bəyanatda deyilir.

Bildirilir ki, israillilər Qəzza sektorunda mülki binaları bombalamağa davam edərsə, HƏMAS raket atəşlərini İsrailin cənubunda yerləşən ən böyük şəhərlərə keçirəcək.

Noyabrın 14-də İsrailin müdafiə naziri Aviqdor Liberman istefaya getdiyini bəyan edib. Liberman bu haqda xüsusi mətbuat konfransında deyib.

Onun istefa qərarı Qəzza sektorunda Fələstin döyüşçülərinə qarşı döyüş hərəkətlərinin dayandırılması ilə razılaşmamasıyla bağlıdır.

“Bizim evimiz İsrail” partiyasının liderinin istefa verməsi baş nazir Benyamin Netanyahu hökumətini parlament əksəriyyətinin dəstəyindən məhrum etmir, amma İsraili idarə edən koalisiyaya məxsus mandat sayını 120 yerlik Knessetdə 61 mandata qədər azaldır. Bu isə növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalını yüksəldir.

Xatırladaq ki, noyabrın 13-də Qəzza bölgəsində atəşkəs elan edilib. Aviqdor Liberman bu qərara qarşı çıxaraq HƏMAS-a sərt zərbəni vurmağa çağırıb.

İstefa verən İsrailin müdafiə naziri Aviqdor Liberman tezliklə ölkədə növbədənkənar parlament seçkisi keçirilməsinə çağırış edib. O, seçkinin keçirilməsi üçün konkret tarixin müəyyən edilməsi gərəkdiyini bildirib.

Liberman həmçinin partiyasının hakim koalisiyasından da çıxdığını deyib.

Netanyahunun HƏMAS-la qeyri-rəsmi atəşkəsi qəbul etməsi terrorizm qarşısında kapitulyasiyadır. Bunu jurnalistlərə açıqlamasında İsrailin iki gün öncə istefa verən müdafiə naziri Aviqdor Liberman deyib. O, atəşkəsin yerinə Qəzza sektoruna aviazərbələr endirilməsi gərəkdiyini bildirib.

ABŞ HƏMAS-ın Siyasi Bürosunun üzvü, İzzəddin əl Qəssam briqadasının lideri Saleh Aruri, Hizbullah liderləri Yusif Mahmud Xarba və Haytam Əli Tabatabai haqqında veriləcək hər hansı informasiyaya görə 5 milyon dollar mükafat təyin edib. Məlumatı ABŞ Dövlət Departamenti yayıb. Vaşinqtonun iddiasına görə, Aruri HƏMAS-ın İordan çayının qərb sahilindəki fəaliyyətlərini maliyyələşdirib və hərbi əməliyyatlarına rəhbərlik edib.

Yusif Mahmud Xarba Hizbullah lideri Həsən Nəsrullahın müşaviridir. Amerikalıların fikrincə, o, Hizbullahın Fələstindəki və bir sıra Yaxın Şərq ölkələrindəki hərbi əməliyyatlarına nəzarət edib.

Tabatabai isə Hizbullahın hərbi liderlərindən biri sayılır. Belə ki, o, təşkilatınn Suriya və Yəməndəki xüsusi təyinatlılarına rəhbərlik edib.

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

Avropanı ABŞ və Çinə bənzər imperiya etmək vaxtı çatıb. Bunu Almaniyanın “Handelsblatt” qəzetinə müsahibəsində Fransa Maliyyə naziri Bruno Le Meyr deyib. Onun sözlərinə görə, bu imperiya hüquqi dövlət prinsiplərinə əsaslanan sülhsevər ölkə olmalıdır.

O, Avropa Birliyinin ABŞ-ın İrana sanksiyalarından qorunması gərəkdiyini bildirib.

Birinci Dünya müharibəsinin başa çatmasının 100-cü ildönümü ilə əlaqədar Fransanın paytaxtı Parisdə keçirilən tədbirlərdə iştirak edən ABŞ prezidenti Donald Tramp ölkəsinə qayıtdıqdan sonra sosial şəbəkə üzərindən digər ölkələri təhdid edib.

Amerika lideri ABŞ-ın başqa ölkələrin müdafiəsi üçün yüz milyardlarla dollar xərclədiyini bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın əsl maliyyə təcridi başlandı: əgər qanuni mənşəyi sübut edilmirsə, hesablar bloklanır, qərb şirkətləri və bankları kredit xətlərini bağlayır. Böyük investisiyalar bloklanır. Qərblə ticarət üçün yaradılmış alətlər tədricən məhv edilir. Bunu Rusiyanın müxalifət siyasətçisi Konstantin Borovoy “Obozrevatel” nəşrinə bildirib.

Onun sözlərinə Rusiyanın özündə çox ciddi proseslər başlanıb, Qafqaz qaynayır, Uzaq Şərq hakimiyyətin sərt xarakterinə reaksiya verir.

“Hakimiyyətin saxlanılması üçün bu vəziyyətdə ən ağıllı hərəkət geri çəkilməyə başlamaq olardı. Amma Putin, özü düşünür ki, hakimiyyətin saxlanılması üçün geri çəkilmək olmaz. Deməli, o, dövlətin dağılmasını yaxınlaşdırır. Əgər bu, on il əvvəl cəfəngiyat görünürdüsə, indi Rusiyanın hissələrə ayrılması məsələləri açıq müzakirə edilir”, - siyasətçi əlavə edib.

Qərb Balkan regionunu inadla Rusiyaya qarşı daha bir müharibə meydanına çevirmək cəhdlərinə təşəbbüs edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “Serb teleqrafı” qəzetinə müsahibəsində bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Birləşmiş Ştatlarda “Şimal axını-2” layihəsinin reallaşdırılmasına maneə olmaq üçün alətlər var. Bu haqda ABŞ-ın Avropa İttifaqındakı səfiri Qordon Sondlend bildirib.

Sondlend hesab edir ki, “Şimal axını-2” geosiyasi layihədir və Avropanı, deməli, ABŞ-ı zəif vəziyyətə qoyur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ NATO-nu zəiflədən istənilən addıma qarşıdır. Bunu Avropa ordusunun yaradılması ideyasını şərh edən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib.

“Bu, NATO, ABŞ hökuməti və digər bir çox dövlətlər üçün çox vacibdir. Biz hesab edirik ki, heç bir səbəb NATO-nu öz fəaliyyət prinsiplərindən uzaqlaşdırmamalıdır. NATO dayanıqlı təşkilatdır. ABŞ və digər dövlətlər uzun illərdir onu dəstəkləyiblər, ona görə də zəifləməyini istəmirik.

Bizim fikrimizcə, NATO bütün üzvlərinin üzərinə böyük məsuliyyət götürəcəyi halda güclü olacaq”, – deyə o bildirib.

Amerika ordusu bir neçə il ərzində yüksəldilmiş gücü olan lazer silahları alacaq. Bu haqda ABŞ-ın müdafiə nazirinin müavini Maykl Qriffin Vaşinqtonda Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində çıxışı zamanı bildirib.

Qriffin vurğulayıb ki, belə silahın yaradılması ABŞ-dan indiki vəziyyətlə müqayisədə maliyyə xərclərini 3-4 dəfə artırılmasını tələb edəcək. Onun sözlərinə görə, Amerika hərbçiləri həmçinin, potensial rəqibin pilotsuz təyyarələrini sıradan çıxarmağa imkan verən hərbi texnikanın yaradılması üçün güclü mikrodalğalı şüadan istifadə etmək niyyətindədir.

ABŞ-ın son 20 il ərzində hərbi əməliyyatların aparılmasına xərclədiyi vəsait açıqlanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskvanın alınması üçün Kiyevin blitskriq (ildırımsürətli müharibə) başlatmalı olduğunu bildirən Ukrayna Ali Radasının sabiq deputatı və keçmiş prezident Viktor Yanukoviçin seçki qərargahının rəhbəri Taras Çernovola cavab verib. Siyasətçi sabiq deputata bunu edərkən artıq belə təcrübəyə malik olan Almaniya ilə məsləhətləşməyi təklif edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Kosmik güclərin yaradılması ABŞ-a 5-10 milyard dollara başa gələ bilər. Bu haqda ABŞ-ın müdafiə nazirinin müavini Patrik Şenaxan bildirib.

Qeyd edək ki, iyunda ABŞ prezidenti Donald Tramp silahlı qüvvələrin yeni növü kimi kosmik güclərin yaradılması barədə sərəncam verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yaponiyanın baş naziri Sindzo Abe Rusiya prezidenti Vladimir Putinə Kuril adalarının cənub hissəsinin Tokioya qaytarılması halında, bu ərazidə ABŞ-ın hərbi bazalarının yerləşdirilməyəcəyinə dair söz verib. Bu haqda yapon hökumətindəki mənbələrə istinadən “Asahi” nəşri bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna

Ukraynanın şərqində yaradılan “Luqansk Xalq Respublikası” separatçı rejimin başçısı vəzifəsinə keçirilən “seçkilər”də Leonid Paseçnik qalib gəlib. Paseçnik seçicilərin 68,3 faiz səsini yığıb.

“Respublikanın başçısı”nın postuna dörd namizəd iddia edirdi.

“Donetsk Xalq Respublikası” separatçı qurumun başçısı postuna keçirilən “seçkilər”də isə Denis Puşilin seçicilərin 60,9 faiz səsini toplayaraq qalib gəlib.

Qeyd edək ki, “seçkilər” noyabrın 11-də keçirilib. Kiyev “seçkilər”i tanımadığını açıqlayıb. Kremldən isə bildiriblər ki, proses Minsk razılaşmalarına zidd deyil.

Ukraynanın Donbas bölgəsində vəziyyət yenidən gərginləşib. Birləşmiş güclərin əməliyyat mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, döyüş əməliyyatları nəticəsində 3 separatçı öldürülüb, 3-ü yaralanıb.

Bir Ukrayna hərbçisinin isə yaralandığı bildirilir.

Kremldə müəyyən ümidlər var ki, Ukraynada prezident seçkilərindən (2019-cu ilin may ayında keçirilməsi –red.) sonra ciddi siyasi dəyişikliklər olacaq və buna görə də Rusiya ən yaxın yarım ildə heç bir hərbi hərəkətə təşəbbüs etməyəcək. Bu fikri Rusiya hərbi müşahidəçisi Pavel Felqenqauer “Apostrof” nəşrinə müsahibəsində söyləyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya böhranı

Şimali Koreyanın 20-yə yaxın gizli raket bazasından 13-ünün yeri təsbit edilib. Bu barədə Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan hesabatda deyilir. Mərkəz kommersiya peyk görüntülərindən istifadə edərək, Şimali Koreyada raket və digər texnologiyaların istehsalında istifadə olunan 13 gizli obyektin yerini müəyyən edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm