İki il əvvəl verilən SÖZ, Dağlıq Qarabağda müharibə BAŞLAYACAQSA… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

İki il əvvəl verilən SÖZ, Dağlıq Qarabağda müharibə BAŞLAYACAQSA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edib. İran prezidenti Həsən Ruhani ölkəsinin neft ixracını davam etdirəcəyini açıqlayıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının məhkəmə komitəsinin sədr postu uğrunda mübarizə qızışır. Ukraynanın NATO Parlament Assambleyasındakı daimi nümayəndə heyəti Rusiyanın islam terror təşkilatları ilə əlaqəsi haqqında məruzəni təqdim edib. Fransa prezidenti Emmanuel Makron növbəti səs-küy gətirəcək bəyanatla çıxış edib.

Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Noyabrın 19-da geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Dağlıq Qarabağ zonasında müharibə başlayacaqsa və hərbi hərəkətlər Ermənistan ərazisinə keçməyəcəksə, Rusiya bu prosesə qarışmayacaq”. Bu barədə rusiyalı hərbi ekspert Aleksandr Xramçik deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyəyə səfər edən Rusiya prezidenti Vladimir Putinlə prezident Rəcəb Tayyip Ərdoğan görüşüb. Putinlə Ərdoğan “Türk axını” layihəsinin dəniz hissəsinin tamamlanması mərasimində iştirak ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Səudiyyəli jurnalist Camal Qaşıqçının öldürüldüyü an, sonrası və əvvəlinə aid səs yazıları bu gündən etibarən dərc olunmağa başlanılacaq. Bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşrində siyasi şərhçi, yazar İbrahim Karagül yazıb.

Onun sözlərinə görə, bu vəhşi cinayətin törədilməsi, təşkil edilməsi, hazırlanması və təlimatın verilməsi ilə bağlı beynəlxalq müzakirələr “yeni sübutlar”ın ortaya qoyulmasını zəruri edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədar İranın bu ölkəyə xalça ixracı tamamilə dayandı. Bu haqda İran Əl Toxuma Xalça Kooperativ Dərnəyinin başçısı Abdullahi Behrami bildirib.

“Xalça ixracatının 35 faizini ABŞ-a həyata keçirirdik. Sanksiyalar səbəbiylə 6 noyabr tarixindən sonra bu ölkəyə xalça ixrac edə bilmədik”, - o deyib.

ABŞ bazarını itirdiklərini deyən dərnək rəhbəri Rusiya, Çin və Cənubi Afrika bazarları ilə bu itkini doldurmağa çalışacaqlarını söyləyib.

İran Sənaye, Mədən və Ticarət Nazirliyinin məlumatlarına görə, 2 milyon 500 min adamın çalışdığı bu sektorda ildə 400 ton əl xalçası toxunur və bunun 80 faizi dünyanın müxtəlif ölkələrinə ixrac edilir. ABŞ-a isə təxminən 120 milyon dollarlıq malın ixrac edildiyi bildirilir.

İran neft ixracına davam edəcək və ABŞ-ın iqtisadi müharibəsinə müqavimət göstərəcək. Bunu İran prezidenti Həsən Ruhani Xoy şəhərində etdiyi və dövlət televiziyası ilə canlı yayımlanan çıxışında bildirib.

İran prezidentinin sözlərinə görə, ABŞ-ın İrana qarşı sanksiyaları Tehrana qarşı aparılan psixoloji müharibənin bir hissəsidir.

“Amerika Yəməndən İraqa qədər bölgədəki uğursuzluqlarına görə bizi günahlandırır. İrana qarşı aparılan psixoloji müharibənin bir parçası olan təzyiqə boyun əyməyəcəyik. Neft ixracımızı dayandıra bilmədilər. Neft ixrac etməyə davam edəcəyik”, - prezident deyib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının məhkəmə komitəsinin sədr postu uğrunda mübarizə qızışır. Komitə demokratlar tərəfindən ABŞ prezidenti Donald Trampın impiçmenti, həmçinin yeni araşdırma dalğasını başlada bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Avropa böyük dövlətlər tərəfindən gələn təhlükələrə müqavimət göstərmək üçün güclü olmalıdır. Bunu Fransa prezidenti Emmanuel Makron bundestaqda çıxışı zamanı deyib.

"Avropa və ona daxil olan Fransa-Almaniya ittifaqı dünyanın xaosa bürünməsinə mane olmağa borcludur…Məhz buna görə Avropa daha güclü və daha müstəqil olmalıdır", - deyə o bildirib.

Makronun sözlərinə görə, Avropa böyük dövlətlərin əlində oyuncaq olarsa və dünya arenasında ikinci dərəcəli rol oynayarsa, öz rolunu oynaya bilməz".

Polşa baş nazirinin “Şimal axını 2” ilə bağlı bəyanatı çox uğursuzdur. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, bu layihə Avropa üçün faydalıdır.

“Bu, uğursuz bəyanatdır. “Şimal axını 2” sərfəli və iqtisadi əsaslandırılmış layihədir. O, iqtisadi baxımdan təkcə tədarükçü üçün yox, həm də Avropada bu qazı alanlar, xüsusilə də Almaniya üçün sərfəlidir”.

Qeyd edək ki, bundan öncə Polşa Baş naziri Mateuş Moravetski Rusiyanın “Şimal axını 2” layihəsini hazır edən kimi Ukraynaya hücum edəcəyini bəyan edib.

Ukraynanın NATO Parlament Assambleyasındakı daimi nümayəndə heyəti Rusiyanın islam terror təşkilatları ilə əlaqəsi haqqında məruzəni təqdim edib. Bu haqda nümayəndə heyətinin sədri İrina Friz iclasın nəticəsinə görə danışıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm