Səfər bir daha göstərdi ki... - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

Səfər bir daha göstərdi ki... - DEPUTAT

“Azərbaycanla Türkmənistan arasındakı münasibətlər ildən-ilə möhkəmlənir. Hər iki ölkə liderinin qonşu dövlətləri yaxın müttəfiq etmək siyasəti öz töhfəsini verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana səfəri sadəcə diplomatik səfər deyil, bu əlaqələrin daha dərinləşdirilməsinə xidmət edir. Səfər bu iki dövlətin yaxın müttəfiq, qonşu və dost münasibətlərdə olmasının sübutudur”.

Bu sözləri Publika.az-a açıqlamasında miləy vəkili Aydın Mirzəzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana səfərinin əhəmiyyətindən danışarkən deyib.

Millət vəkili bildirib ki, səfər çərçivəsində dövlət başçıları arasında 21 sənədin imzalanması təsadüfi deyil:

“Bu sənədlər praktik olaraq, dövlətlərarası münasibətlərin bütün sahələrini əhatə edir. Müqavilələr hər iki dövlətin birgə iqtisadi layihələrdə iştirak etməsinə, humanitar səhədə əlaqələrin genişləndirilməsinə, dövlət quruculuğunda, eyni zamanda, iqtisadi-sosial problemlərin həllində bir-birinin təcrübəsinə yararlanmağa imkan verəcək. Səfər bir daha göstərdi ki, türkdilli dövlətlərin münasibəti həmişə dostluq və qardaşlıq prinsipləri ilə möhkəmləndirilir.

Prezidentlər bu ilin avqustunda “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanmasının əhəmiyyətini də vurğuladılar və bu fundamental sənədin Xəzər dənizində qarşılıqlı münasibətlərin arxitekturasının möhkəm bünövrəsini təşkil edəcəyini, həmçinin regionda sabitlik və təhlükəsizliyin bundan sonra da möhkəmləndirilməsinə köməklik göstərəcəyini qeyd etdilər.

Dövlət başçıları Azərbaycan Respublikasının və Türkmənistanın tranzit yüklərinin, həmçinin ixrac-idxal yüklərinin daşınması məsələlərinin operativ həll edilməsi üçün nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılmasını dəstəklədilər. Türkmənistan və Azərbaycan Asiya ilə Avropanın birləşdirilməsində əhəmiyyətli rol oynayırlar. Onların öz nəqliyyat qovşaqlarını birləşdirmək istəyi Asiyadan Avropaya gedən yüklərin qısa zamanda və ucuz qiymətə çatdırılmasına kömək edir. Bu məsələdə hər iki ölkənin iqtisadi maraqları var. Azərbaycanın bu sahədə uğurları böyükdür və ölkəmiz bu təcrübəsini, imkanlarını dost Türkmənistana təqdim etməyə, eyni zamanda, müvafiq strukturların Türkmənistan ərazisində yaradılmasında iştirak etməyə də maraqlıdır. Türkmənistan-Azərbaycan nəqliyyat qovşaqlarını vahid bir sistemin tərkib hissəsinə çevirmək kifayət qədər böyük layihədir. Xəzərin statusu haqqında hüquqi konvensiyanın imzalanması Xəzərin hövzəsindən hər iki ölkənin əməkdaşlığı çərçivəsində istifadə etməsinə şərait yaradır. Hesab edirəm ki, atılan bu addımlar hələ başlanğıcdır. Gələcəkdə bu sahədəki əməkdaşlıq daha yüksək mövqelərə gəlib çatacaq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm