20 sənədin imzalanması onu göstərir ki... - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

20 sənədin imzalanması onu göstərir ki... - ŞƏRH

“Səfər Azərbaycanın xarici siyasətdə çoxdiktorluq siyasi addımlarının göstəricisidir. Bunun nəticəsidir ki, dövlət başçımız Belarusdan sonra Türkmənistana getdi. Türkmənistan bizə tarixi baxımdan yaxındır. Eyni dinə mənsub xalqlarıq. Eyni zamanda, geosiyasi baxımdan hər ikimiz Xəzəryanı dövlətik”.

Publika.az xəbər verir ki, bu fikirləri politoloq Fikrət Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, xüsusilə, Xəzərin statusu ilə bağlı konvensiyanın imzalanmasından sonra iki dövlət arasındakı bir çox mübahisəli məsələlər arxa plana keçib:

“İki dövlət arasında bir sıra sənədlərin imzalanmasından sonra dövlətlərarası münasibətlər daha yüksək müstəviyə daşınacaq. Ona diqqət yetirmək kifayətdir ki, dövlət başçısını səfərdə müşayiət edən şəxslər bir sıra müxtəlif sahələrin nümayəndələridir. Azərbaycanın Yüksək Texnologiya, Rabitə, Ekologiya, İqtisadiyyat Nazirliklərinin ali nümayəndələri türkmənistanlı həmkarları ilə sazişlər imzalayıb. Bu da ona işarə edir ki, həm enerji, həm humanitar, həm iqtisadi, həm də ekologiya məsələsində münasibətlərimiz, mövqeyimiz ya yaxındır, ya da üst-üstə düşür. Və bu fikir görüş zamanı xüsusi vurğulanıb.

İki ölkənin müxtəlif beynəlxalq təşkilatlarda da mövqeləri üst-üstə düşür. Onu da qeyd etmək lazımdır ki, biz beynəlxalq terrorizm və ekstremizmə qarşı birgə əməkdaşlığı davam etdiririk. Hər iki Xəzəryanı dövlət Xəzərdə bir sıra məsələlərin həllinə nail olmasını çox istəyirdi və bu istiqamətdə fəaliyyət genişləndiriləcək.

Görüş zamanı 20 sənədin imzalanması təsadüfi hal deyil. Bu, onu göstərir ki, bu illər ərzində münasibətlərimiz dərinləşib. Belə sazişlərin imzalanması ona işarə edir ki, biz münasibətləri daha da dərinləşdirəcəyik. Türkmənistan Azərbaycanın xidmətlərində maraqlıdır. Çünki həmin ölkə təbii ehtiyatlarla zəngindir. Və burada Azərbaycan tərəfindən keçirilən irimiqyaslı layihələr Türkmənistan üçün olduqca əhəmiyyətlidir”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan səfəri qarşı tərəfin xahişi ilə baş tutub. Səfərdən öncə Türkmənistan baş nazirinin müavini və xarici işlər naziri Azərbaycana səfər etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm