“Oteldə bir gey mənə...” – Paşinyandan ŞOK ETİRAF və İrəvanda homoseksual İNQİLABI
Bizi izləyin

Nida Təhlil

“Oteldə bir gey mənə...” – Paşinyandan ŞOK ETİRAF və İrəvanda homoseksual İNQİLABI

Ermənistanda baş nazir əvəzi Nikol Paşinyanın homoseksuallara simpatiyası ətrafında qalmaqal böyüyür.

Publika.az
xəbər verir ki, küçədən hakimiyyətə gələn Paşinyanın cinsi azlıqlara loyal münasibəti əvvəldən mövcud idi. Məhz onun hakimiyyətə gəlməsindən sonra LGBT nümayəndələri “gün üzünə” çıxmağa başladılar.

Bu ilin 12-14 oktyabr tarixində İrəvanda IV beynəlxalq “Göyqurşağı” (“Rainbow”) forumu keçirildi. 64 nəfərin iştirak etdiyi forumda Ermənistanda homoseksuallara siyasi və ictimai təzyiqlər müzakirə olunub. Lakin forum ictimaiyyətdən gizli saxlanıldı, çünki erməni cəmiyyəti cinsi azlıqların leqallaşmasına qarşı çıxır.

Əslində qalmaqal da məhz 15-18 noyabr tarixində İrəvanda “LGBT-xaçpərəstlərin forumu”nun keçiriləcəyinə dair xəbərlərin yayılmasından sonra başlandı.

Ermənistan mediası yazır ki, LGBT-nin aktivləşməsinə birbaşa Paşinyanın özü dəstək verir. Paşinyan hələ jurnalist olaraq LGBT hərəkatının legitimləşdirilməsi ideyasını dəstəkləyirdi. Görünür, o, hakimiyyətə gəlməsindən istifadə edərək, keçmiş arzusunu həyata keçirir. Forumun əsas təşkilatçısı “LGBT Avropa forumu”dur. Bu təşkilatın mərkəzi ofisi Amsterdamda yerləşir. Bu platformanın layihələri ABŞ və Avropa fondları tərəfindən maliyyələşdirilir. Təşkilatın rəsmi saytında layihələrin Açıq Cəmiyyət İnstitutu (Soros Fondu) və “Arcus” tərəfindən maliyyələşdirildiyi qeyd olunur.

İrəvanda keçiriləcək “LGBT-xaçpərəstlərin forumu”nun maliyyə dəstəkçisi də məhz “Arcus” fondudur. Forumun yerli tərəfdaşı Ermənistanda “Yeni nəsil” qeyri-hökumət təşkilatıdır. “Yeni nəsil” əsasən Soros Fondu, Avropa Komissiyası, USAİD (Amerika Beynəlxalq İnkişaf Agentliyi) və digər Qərb təşkilatlarından qrant alır. “Arcus” fondu dünyada LGBT təşkilatlarının əsas himayədarıdır.

Erməni politoloq Arman Qukasyan Paşinyan hakimiyyətini bu məsələyə müdaxilə etməməkdə ittiham edib. Onun fikrincə, hakimiyyət yeni hakimiyyət LGBT hərəkatının Ermənistan cəmiyyətində aktivləşməsində maraqlıdır.

Sonradan edilən etirazlar bu forumun ləğv olunması ilə nəticələndi. LGBT forumu haqqında suala cavab verən Nikol Paşinyan konkret mövqe nümayiş etdirmədi və homoseksualizmin nə olduğunu izah etməyə cəhd etdi. Bu, onun siyasi fiqur kimi imicinə zərbə vurdu.

Rusiyalı jurnalist Sergey Dorenko da məhz bu faktı əsas tutaraq, Paşinyanı tənqid etdi.

Dorenko “Qovorit Moskva” radiosuna müsahibəsində bildirir ki, “Ermənistanda gey-paradın keçirilməsi ətrafında ehtiraslar qızışır. Xüsusilə 9 dekabrda keçiriləcək növbədənkənar seçkilərdən öncə bu məsələ ətrafında qalmaqal yaranıb. Baş nazir vəzifəsini əvəz edən Nikol Paşinyan isə homoseksualizmin anlaşılmaz izahını verdi və bununla öz siyasi imicini zərbə altına qoydu”.

Nikol Paşinyan homoseksualizm anlayışı izah etməyə cəhd göstərərkən, Parisdə mehmanxanada rastlaşdığı hadisəni danışıb.

Paşinyan deyib ki, Parisdə ona bir erməni oğlan qəhvə verirdi. “Qulaq as, sən niyə Ermənistana qayıtmırsan?” – Paşinyan oğlandan soruşur. O deyir: “Biz mənim məşuqumla birlikdə qaçdıq”. Yəni, bir-birini sevən iki erməni oğlan Fransaya qaçdılar, çünki onlar üçün həyat dözülməz imiş. Paşinyan danışır ki, o, bu oğlan haqqında çox düşünüb.

“Bu oğlanda gözəl gözlər var idi”, - deyən Paşinyan həmin homoseksual oğlanı unuda bilmədiyini qeyd edir.

Dorenko hesab edir ki, bu fikirlər Paşinyanın siyasi imicini alt-üst etdi.

“Mən homofob deyiləm, lakin sağlam cəmiyyətlərdə ailə institutu əhəmiyyətlidir. Bu mənada, nə Rusiya, nə də erməni cəmiyyəti istisnadır. Yəni, ermənilərin böyük hissəsi bu məsələdə mühafizəkardır. Paşinyanın Parisdəki erməni oğlan haqqında dedikləri isə siyasi imicinə ciddi zərbə vurur. Siyasətçi Paşinyan siyasi mövqe tutmalıdır. Lakin o, homoseksual oğlanın gözəl gözləri haqqında danışır. Belə olanda biz Paşinyan haqqında başqa cür düşünməyə başlayırıq. Yəni, o, anlamağa imkan verir ki, homoseksuallara simpatiya hiss edir”, - deyə rusiyalı jurnalist qeyd edir.

Doronekonun bu sözləri Ermənistanın Rusiyadakı səfirliyini qıcıqlandırıb. Səfirlik jurnalistin Ermənistan rəhbərliyi haqqında biabırçı fikirləri ilə efir normalarını pozduğunu iddia edib.

Lakin Dorenkonun cavabı özünü gecikdirmədi. Rusiyalı jurnalist özünün “Telegram” kanalında belə yazıb: “Hörmətli Ermənistan Səfirliyinə bildirmək istəyərdim ki, heç vaxt erməni xalqına pis münasibətim olmayıb. Mənim fikirlərim erməni xalqına yox, bu ölkədə siyasi prosesin iştirakçılarının zidd hərəkətlərinə aiddir. Güman edirəm ki, bununla bağlı fikrimi bildirmək mənim hüququmdur”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm