Ərdoğanla Putinin Qarabağda gizli SAZİŞİ: İrəvan küncə sıxışdırılır
Bizi izləyin

Nida Təhlil

Ərdoğanla Putinin Qarabağda gizli SAZİŞİ: İrəvan küncə sıxışdırılır

Rusiya və Türkiyə əraziləri qaytarmaq üçün Ermənistana təzyiq edir.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın “168 jam” qəzeti yazıb.

Qəzet qeyd edir ki, Ərdoğan və Putin arasında bağlanan sazişə görə Qarabağ münaqişəsi ərazilərin Azərbaycana qaytarılması çərçivəsində həll olunmalıdır.

“Bu haqda məlumatlar dolaşır. Ərdoğanın sözçüsü İbrahim Kalının “Ermənistan əraziləri qaytarmalıdır, münaqişənin həllində Rusiya da məsuliyyət daşıyır” sözləri xüsusilə diqqət çəkir. Bəzi politoloqlar isə düşünür ki, söhbət erməni-türk protokollarından gedir”, - deyə qəzet yazıb.

“Karnegi” fondunun analitiki Pol Stronski hesab edir ki, Qarabağ münaqişəsi zonasında Rusiya-Türkiyə sazişinin olması mümkündür: “Hərçənd, bu Minsk qrupu formatından kənara çıxır. Onu qeyd edə bilərik ki, Rusiya-Türkiyə sazişi Qərbin regiona təsirinin azalması və Ermənistan-Rusiya münasibətlərinin pisləşməsi fonunda daha real görünür”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm