Fransanı ağuşuna alan aksiyalar və silkələnən Makron hökuməti - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Fransanı ağuşuna alan aksiyalar və silkələnən Makron hökuməti - ŞƏRH

"Bu etirazlar ABŞ-la Fransanın geosiyasi maraqlarının toqquşması kontekstində baş qaldırdı. Makron tam çılpaqlığı ilə açıqlamasa da, Avropa İttifaqının vahid ordusunun yaradılmasını geosiyasi maraqlar üçün istəyir. Geosiyasi maraqlara isə Fransanın Afrikada aktivləşməsi, eyni zamanda, söz sahibi olması daxildir. Məhz burada ABŞ-la Fransa üz-üzə dayanır”.

Bu fikirləri Publika.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Politoloq bildirib ki, Fransada baş qaldıran və Avropanı cənginə alan “Sarı jiletlilər” aksiyasının arxasında ABŞ və Donald Tramp hökuməti dayanır:

“Avropada, konkret olaraq, Fransada mühərrik yanacaqlarına qoyulan vergilərin artırılması qərarından sonra başlanan “Sarı jiletlilər”in aksiyasına etiraz kontekstində yanaşmaq doğru olmaz. Düşünürəm ki, bu, məsələnin yalnız görünən tərəfidir. Aysberqin görünməyən hissəsi isə suyun altındadır. Bu da Fransa və Avropa İttifaqı dövlətləri, xüsusilə, Fransa-ABŞ arasında baş verən anlaşmazlıqla bağlıdır. Fikir verdinizsə, “Sarı jiletlilər” aksiyası, demək olar ki, Fransa prezidenti Emmanuel Makronun “Avropa İttifaqının özünün vahid ordusu olmalıdır” təklifindən sonra spontan olaraq başladı. Bu aksiya başlamamışdan öncə ABŞ prezidenti Donald Trampın Makronun təklifinə ciddi reaksiyaları oldu. Tramp həm Fransanı, həm də Makronu sərt və təhqiramiz şəkildə tənqid etdi. Məsələ təkcə vahid Avropa ordusu təklifi ilə məhdudlaşmır. Bu gün artıq Afrikanın özündə də Fransa-ABŞ arasında ciddi qarşıdurmalar qeydə alınır. Ona görə də, düşünürəm ki, “Sarı jiletlilər”in baş qaldırması təkcə Fransanın daxili məsələləri ilə bağlı deyil. Bu etirazlar ABŞ-la Fransanın geosiyasi maraqlarının toqquşması kontekstində baş qaldırdı. Makron tam çılpaqlığı ilə açıqlamasa da, Avropa İttifaqının vahid ordusunun yaradılmasını geosiyasi maraqlar üçün istəyir. Geosiyasi maraqlara isə Fransanın Afrikada aktivləşməsi, eyni zamanda, söz sahibi olması daxildir. Məhz burada ABŞ-la Fransa üz-üzə dayanır”.

Natiq Miri bildirib ki, “Sarı jiletlilər”in aksiyası təşkilatlanmış, xaricdən maliyyələşmiş və düşünülmüş prosesdir:

“Bu prosesin başında ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Bannon dayanır. Guya Bannon vaxtilə hansısa səhvləri ucbatından istefaya göndərilmişdi. Ancaq kəşfiyyat informasiyaları ortaya çıxardı ki, “Sarı jiletlilər” aksiyası başlamamışdan bir neçə ay öncə Bannon Trampın xüsusi göstərişilə Fransaya, o cümlədən, Avropanın digər ölkələrinə səfər edib. Belə bir aksiyanın başlaması üçün də ciddi şəkildə fəaliyyət göstərib. Bu faktı ABŞ-ın bir çox rəsmi mənbələri də təsdiq edir.

Aksiyalarda ertirazçı gənclərin “Biz Trampı istəyirik” şüarlarının səsləndirməsi də təsadüfi olaraq ortaya çıxmayıb. Buna cavab olaraq Trampın tvitter səhifəsində “mən Fransanı və fransız xalqını sevirəm” yazması məhz hadisələrin pərdəarxasını gün üzünə çıxarır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm