Nida Təhlil
Paşinyanı gözləyən çətin günlər: Qarabağda müharibə və Ermənistanın parçalanması
“Ermənistanda parlament seçkiləri gözlənilən nəticəni
verdi. Nikol Paşinyanın bloku qalib gəldi. Ancaq Paşinyanın bloku
ilə birlikdə daha iki partiya parlamentdə təmsil olunmaq hüququ
qazandı. Bu da gələcəkdə Paşinyan və komandasının bir sıra
çətinliklərlə üzləşəcəyi mənasına gəlir. Bundan sonra deyərdim ki,
Ermənistanı çox qarışıq günlər gözləyir. Paşinyan çox güclü bir
müxalifətlə mübarizə aparmağa məcburdur artıq. Daha bir problem isə
Paşinyanın öz tərəfini seçə bilməməsidir. Amma deyərdim ki, bu da
müvəqqəti haldır. Ən yaxın zamanda Paşinyan öz tərəfinin Rusiya
olduğunu anlayacaq. İrəvan heç vaxt Moskvanın boyunduruğundan çıxa
bilməz. Bunu hazırkı baş nazir də yaxşı bilir. Ancaq Paşinyan Qərbə
meyilli şəxsdir. Onlarla da münasibətini yaxşı saxlamağa çalışacaq.
Düşəcəyi bu girdabdan isə necə çıxacağı qeyri-müəyyəndir”.
Publika.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar
Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Paşinyan artıq hakimiyyətə gəlmək üçün əhaliyə
söz verdiyi kimi sosial-iqtisadi məsələləri də həll etməlidir:
“Ancaq Ermənistanın hazırki dövlət büdcəsini nəzərə alsaq bu mümkün
deyil. Bundan əlavə həmin vədlərə əməl etmək üçün obyektiv
gerçəkliyi nəzərə alan, müdrik və müasir çağırışlara cavab verən
siyasi kurs müəyyənləşdirmək gərəkdir. Müşahidələr isə göstərir ki,
hazırki hakimiyyət bu mövqedən çox uzaqdır. Əksinə meydana çıxan
daxili problemlər hakimiyyəti daha mürəkkəb dairəyə sürükləyəcək.
Daha bir məsələ isə Paşinyanın əsirlərin dəyişdirilməsinə və
Qarabağ probleminə yanaşmasıdır. Bu günə qədər Paşinyan əsirləri
dəyişməyə ehtiyat edirdi. Düşünürdü ki, əhali arasında Ramil
Səfərov effekti yaranar. Və nəticədə reytinqi aşağı düşə bilərdi.
İndi isə vəziyyət fərqlidir. Artıq əsirləri qaytara bilər. Çünki
Azərbaycandakı erməni əsirlərin ailələri İrəvanda bir neçə küçəni
bağlayıb, övladlarının qaytarılması, əsirlərin dəyişdirilməsi üçün
etiraz aksiyası keçiriblər. Qarabağ probleminə gəldikdə isə
Paşinyanın müsbət yanaşması utopik bir xəyal kimi görünür.
Ermənilərin Qarabağı qaytarmamaq üçün bir neçə əsaslı səbəbləri
var.
1.Rusiya faktıdır. Rəsmi Moskva İrəvana Qarabağın qaytarılması üçün
icazə verməlidir.
2.Qarabağ erməniləri. Onsuz da ölkədə parçalanma var. Paşinyan sülh
danışıqları başladığı halda Qarabağ erməniləri ilə vəziyyətin daha
da gərginləşəcəyini, hətta silahlı üsyanların baş verə biləcəyini
nəzərə alaraq danışıqlardan yayınacaq.
3.Qarabağın təbii sərvətləri. Paşinyana bundan sonra daha çox pul
lazım olacaq. Təkcə Kəlbəcərdəki qızıl yataqları Ermənistanın
dövlət büdcəsinə milyonlarla dollar pul qazandırır. Paşinyan bu
puldan imtina edə bilməz. Qarabağ probleminin həlli üçün isə
Azərbaycana güc yolundan başqa yol qalmır. Cəbhədə yaxın günlərdə
gərginlik dəfələrlə artacaq. Və müharibə ehtimalı çox
yüksəkdir”.
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO