Ermənistan xalqı Paşinyanın yalanlarına öyrəşməlidir - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Ermənistan xalqı Paşinyanın yalanlarına öyrəşməlidir - ŞƏRH

Dünən Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin başa çatmasına hələ bir neçə saat qalmış baş nazir vəzifəsini icra edən Nikol Paşinyan, nəhayət, etiraf etdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibliyi postuna kimin təyin ediləcəyi onun prioritet məsələsi deyil. Yəni, dolayısı ilə, açıqladı ki, bu vaxta qədər KTMT-nın baş katibi postuna 2020-ə qədər Ermənistan nümayəndəsinin keçib-keçməyəcəyi əslində onu maraqlandırmır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dekabrın 6-na təyin edilən KTMT-nin Sankt-Peterburq sammiti məhz Ermənistanın baş katib vəzifəsinə namizəd göndərmək üçün vahid qərar qəbul etməsinə görə 1 ay sonraya təxirə salındı. Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyan arasında qarşılıqlı razılaşma əsasında baş tutan bu təxirəsalma məsələsi sırf Paşinyanın komandasının parlament seçkilərində nüfuzunun aşağı düşməməsinə hesablanmışdı. Seçki günü Paşinyanın etiraf etməsi bir daha bu faktı təsdiqlədi.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən siyasi şərhçi İlqar Vəlizadə bildirib ki, Ermənistan xalqı Paşinyanın bu yalanlarına öyrəşməyə başlamalıdır:

“Bu açıqlama təsdiq edir ki, Ermənistanın baş naziri vəzifəsinin icraçısı səriştəsiz bir liderdir. Yaxşı, sən bunu indi etiraf edirsən. Deməli, sənə yalnız iki ay ərzində bu məsələnin üzərində bu qədər dayanmaq lazım imiş. Sənə lazım idimi təşkilatdakı müttəfiqlərlə münasibətlərini pozmaq? Bu açıqlama ilə növbəti dəfə öz sözünün ağası olmadığını göstərdi. Vaxtilə həmin bu Paşinyan Ermənistanı Avrasiya İttifaqından çıxarmaq istəyirdi. İndi isə ittifaqın daxilində Ermənistanın rolundan danışır. Eynilə KTMT-nin məsələsində də deyirdi ki, mütləq namizədlərini göndərməlidirlər. Bu da onu göstərir ki, Paşinyan ardıcıl siyasət aparmır və Ermənistanın xarici siyasi nüfuzunu xeyli aşağı salır.

Paşinyanla KTMT-nin sammitində ünsiyyət quran bir nəfər adam yox idi. Nə Nazarbayev, nə Lukaşenko onunla söhbət etdilər. Bircə Vladimir Putin dialoq qurub ki, bu dialoq da qarşılıqlı, bərabər münasibətlər çərçivəsində deyil, ağa-vassal münasibətləri çərçivəsində olub. Paşinyan seçiciləri təkcə bu məsələdə aldatmayıb. Müxalifətdə nələri deyir, tələb edir, vəd verirdisə, indi onun əksini edir. Ermənistan cəmiyyəti artıq buna alışmalıdır. Çünki Paşinyan fəaliyyətinə hələ təzə başlayıb. Belə yalanlar hələ çox olacaq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm