Qorxunc ehtimal REALLAŞIR, Rusiyaya qarşı HƏMLƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qorxunc ehtimal REALLAŞIR, Rusiyaya qarşı HƏMLƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistanda parlament seçkiləri keçirilib. Livanın “Hizbullah” təşkilatı İsraili hədələyib. ABŞ Konqresinin Nümayəndələr Palatasında Demokratlar Partiyasından olan üzvlər prezident Donald Trampın impiçmenti haqqında dinləmələrin keçirilməsi məsələsini qoya bilər. ABŞ-ın nüvə təhlükəsizliyi üzrə milli idarəsi “W78” istilik-nüvə döyüş başlığının müasirləşdirilməsi proqramını yeniləməyə hazırlaşır. Böyük Britaniyanın Baş naziri Tereza Mey Parlamentin İcmalar palatasında Avropa İttifaqının üzvlüyündən çıxmağın şərtlərinə dair səsverməni ləğv edib. Fransa “Sarı jiletlilər”in hökumətə qarşı 25 tələbini özündə əks etdirən manifestini yayımlanıb.

Ermənistan Mərkəzi Seçki Komissiyası elektron formada seçki məntəqələrindən daxil olmuş məlumatların hamısını emal edib. Nikol Paşinyanın “Mənim addımım” blokunun70,43 faiz səslə seçkilərin qalibi olduğu məlum olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qərb hüquq müdafiəçiləri və mətbuat Fransada və Türkiyədəki etiraz aksiyalarına fərqli yanaşaraq, dürüstlüyün yoxluğunu göstərirlər. Bu haqda Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə Ankarada çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İsraildə raketlərimizin çata bilməyəcəyi bir yer yoxdur. Bu sözləri Hizbullah qruplaşmasının liderinin yardımçısı Şeyx Naim Qasım deyib.

“Raketlərimiz Təl-Əviv daxil, İsrailin bütün bölgələrinə çatır”, - deyə Qasım bildirib.

O əlavə edib ki, Hizbullahın gücü səbəbindən İsrail 2006-cı ildən bəri Livana müdaxiləyə risk etmir:

“Hizbullah müharibəyə səbəb olacaq hər hansı addım atmayacaq. Lakin İsrail hücum edərsə, həmin an qarşılıq veriləcək”.

“Rusiya bu gün Qərb üçün beynəlxalq terrorizmdən daha böyük təhlükədir”. Bu haqda Belçikanın müdafiə əməliyyatları üzrə komandanı Karl Qillis “Paris Match” nəşrinə müsahibəsində bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Konqresinin Nümayəndələr Palatasında Demokratlar Partiyasından olan üzvlər prezident Donald Trampın impiçmenti haqqında dinləmələrin keçirilməsi məsələsini qoya bilər. Bu haqda Konqresin aşağı palatasının üzvü Cerald Nadler bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya vətəndaşları ABŞ prezidenti Donald Trampın seçkiqabağı kampaniyası və prezident müddətinin başlanğıcı zamanı onun ən azı 14 silahdaşı ilə əlaqədə olublar. Bu haqda “Vaşinqton Post” nəşri iddia edib.

Nəşrin məlumatına görə, onların arasında Rusiya səfiri, baş nazir müavini, ağır atletika idmançısı, vəkil və sovet ordusunun veteranı da olub. Qəzet yazır ki, rusiyalılar Trampın ailə üzvləri, onun dostları və yaxınları ilə daim əlaqə yaradırdılar.

Nəşr iddia edir ki, bəzi rusiyalılar Trampa seçki kampaniyanın keçirilməsində kömək təklif edirdilər, hətta Rusiya prezidenti Vladimir Putinlə görüşün keçirilməsi haqqında təkliflər var idi. Qəzet bildirir ki, çoxları belə aktiv qarşılıqlı münasibətləri son dərəcə qeyri-adi hesab edirdilər.

ABŞ-ın nüvə təhlükəsizliyi üzrə milli idarəsi “W78” istilik-nüvə döyüş başlığının müasirləşdirilməsi proqramını yeniləməyə hazırlaşır. Bu haqda ABŞ-ın Hesablama Palatasının hesabatında deyilir.

Layihə 2014-cü ildə, xüsusi halda, büdcə məhdudiyyətlərinə görə dayandırılmışdı. Ancaq hazırda onun yenilənməsi ABŞ-ın nüvə arsenalının təhlükəsizliyini təmin etmək ehtiyacı ilə izah edilir. Ekspertlərin sözlərinə görə, ABŞ bu yolla hərbi sferada Rusiyanı üstələməyə çalışır.

Qeyd edilir ki, proqramın dəyəri 2019-cu ildən 2041-ci ilə qədər 10-15 milyard dollar təşkil edəcək.

Qeyd edək ki, hazırda “W78” ABŞ-ın Hərbi Hava Qüvvələrinin arsenalında olan “Minuteman-III” qitələrarası ballistik raketlərin döyüş başlıqlarının iki tipindən biridir. ABŞ-ın Müdafiə Nazirliyi həmçinin, sualtı gəmilərin ballistik raketlərində “W78” nüvə partlayıcı komponentindən istifadəsi məsələsinə baxır.

Avropa Birliyinin Rusiya ilə bağlı siyasətinə baxmaq hələ tezdir. Bunu AB xarici işlər nazirlərinin görüşündən öncə jurnalistlərə verdiyi açıqlamada Belçika Xarici İşlər naziri Didye Reynders deyib.

“Hələlik Minsk razılaşmasında inkişaf yoxdur. Ona görə də Rusiya və AB münasibətlərinin dəyişilməsini nəzərdən keçirmək mümkün deyil. Biz həmçinin Azov dənizində gəmilərin sərbəst hərəkəti üçün Rusiyaya əlavə təzyiq imknaları ilə bağlı situasiyanı da analiz etməliyik”, – deyə o bildirib.

Fransa “Sarı jiletlilər”in hökumətə qarşı 25 tələbini özündə əks etdirən manifestini yayımlanıb. Manifest “La Libre Penseur” saytında yerləşdirilib. Manifestdə etirazçılar vergidə reformlar üçün ümumxalq məclisinin çağırılmasını, vətəndaşın vəziyyətindən asılı olaraq 25%-dən artıq verginin qadağan edilməsini, minimal əmək haqqının qaldırılmasını, təqaüdlərin 40% artırılmasını, dövlət infrastrukturunun mövcudluğu üçün yeni iş yerlərinin yaradılmasını, 5 milyon nəfərlik yeni yaşayış mənzillərinin tikilməsini, bank monopoliyasının azaldılmasını, daxili borcun ləğv edilməsini, xalq hakimiyyəti üçün Konstitusiyanın yenidən yazılmasını, həbs həyatı yaşamış şəxslərin seçkili orqanlara seçilməsinin ömürlük qadağan edilməsini tələb ediblər.

Bundan başqa, etirazçılar Fransanın AB və NATO-nun tərkibindən çıxmasını, böyük şirkətlərin vergidən yayınmasının qarşısının alınmasını, özəlləşdirilmənin dayandırılması və özəlləşdirilmiş mülklərin dövlətə geri qaytarılmasını, yollardan radar və kameraların götürülməsini, təhsildən ideologiyanın çıxarılmasını, KİV-dəki monopoliyanın ləğv edilməsini, vətəndaş azadlığına zəmanət verilməsini, ətraf mühiti çirkləndirən paketlərin dövriyyəsi və istehsalının, geni dəyişdirilmiş orqanizmlərin qadağan edilməsini, Afrika ölkələrinin siyasi işlərinə müdaxilədən imtina edilməsini, miqrant axınına son qoyulmasını istəyiblər.

Böyük Britaniyanın Baş naziri Tereza Mey Parlamentin İcmalar palatasında Avropa İttifaqının üzvlüyündən çıxmağın şərtlərinə dair səsverməni ləğv edib. Bu haqda “Bloomberg” agentliyi mənbəyə istinadən yazıb.

Mənbənin sözlərinə görə, siyasətçinin qərarı “dağıdıcı məğlubiyyət” riskləri ilə izah olunur.

Qeyd edək ki, daha əvvəl Lüksemburqda yerləşən Avropa Ədliyyə Məhkəməsi Böyük Britaniyaya Breksit haqqında fikrini dəyişməyə icazə verib.

“Birləşmiş Krallıq Avropa İttifaqı üzvlüyündən çıxmaq niyyəti barədə birtərəfli bildirişini (29 mart 2017-ci il tarixində Avropa İttifaqı Şurasına göndərilən sənəd – red.) geri götürməkdə sərbəstdir”, - məhkəmənin qətnaməsində deyilirdi.

Britaniya parlamentində səsvermənin dekabrın 11-də keçirilməsi nəzərdə tutulurdu.

Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya Rusiya ilə dostluq və əməkdaşlıq müqaviləsinin dayandırılması haqqında qanunu imzalayıb. Bu haqda dövlət başçısı Tvitter hesabında bildirib.

Qeyd edək ki, dekabrın 6-da Ali Rada Rusiya ilə dostluq müqaviləsinin dayandırılması haqqında qanunu qəbul edib. Qanun layihəsinin təşəbbüskarı Ukrayna prezidenti idi. Qanuna əsasən, 2019-cu ili 1 aprel tarixindən dostluq müqaviləsi qüvvədən düşür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm