Azərbaycan bundan sonra da daim ön planda olacaq - Millət vəkili
Bizi izləyin

Nida Təhlil

Azərbaycan bundan sonra da daim ön planda olacaq - Millət vəkili

“Bakıda Rusiya və NATO-nun yüksək rütbəli rəsmilərinin görüşməsi Azərbaycana olan etimadın göstəricisidir”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin çox böyük əhəmiyyət daşıyan növbəti görüşünün dünyada BMT-yə üzv olan 200-ə yaxın ölkə arasında məhz Azərbaycanda keçirilməsi məsələsini dəyərləndirib:

“Bakıda Rusiya və NATO-nun yüksək rütbəli rəsmilərinin görüşməsi Azərbaycana olan etimadın göstəricisidir. Bu, Azərbaycanın diplomatik danışıqların keçirilməsi üçün bütün müvafiq şəraitə malik olduğunu, ən əsası, təhlükəsizliyi yüksək səviyyədə təmin etmək iqtidarında olduğunu göstərir. Bu da onu ortaya qoyur ki, Azərbaycan özünün inkişafı ilə, siyasətilə dünyanın aparıcı ölkələrinin etimadını qazanıb. Ölkəmiz bundan sonra da diplomatik görüşlərin keçirildiyi, ağır problemlərin həll edildiyi bir mərkəz kimi daim ön planda olacaq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm