Azərbaycan Şimal-Cənub dəhlizi layihəsində açar dövlət rolunu oynayır - POLİTOLOQ
Bizi izləyin

Nida Təhlil

Azərbaycan Şimal-Cənub dəhlizi layihəsində açar dövlət rolunu oynayır - POLİTOLOQ

“Şimal-Cənub dəhlizi genişmiqyaslı və gəlirli layihədir. Azərbaycan isə bu layihədə açar dövlət rolunu oynayır”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin əhəmiyyətindən danışan politoloq bildirib ki, iki ölkənin əməkdaşlığı sayəsində dəmiryolu dəhlizinin işləri uğurla yekunlaşıb:

“Azərbaycan layihənin ehtiva etdiyi dəmiryol şəbəkəsini cənub istiqamətində Astara şəhərindən İran Astarasına qədər təxminən, 40 kilometrlik hissəsini inşa edib istifadəyə verib. Astara çayının üzərindən həmin dəmiryolu ilə gediş-gəlişi təmin edəcək modern körpünün inşası da başa çatdırılıb. Yəni Şimal-Cənub dəmiryolu dəhlizinin işə düşməsi üçün Rusiya və Azərbaycan özündən asılı olan bütün işləri görüb başa çatdırıb. Ölkəmiz, üstəlik, İran ərazisində dəhlizin çəkilməsi üçün həmin ölkəyə 400 milyon dollar həcmində kredit verib. Astara-Rəşt dəmiryolunun çəkilməsindən sonra Şimal-Cənub dəmiryolu işə düşəcək”.

Politoloq dəmiryolunun bölgə üçün əhəmiyyətinə də diqqət çəkib:

“Bu layihə həm İrana, həm Azərbaycana, həm də Rusiyaya çox böyük mənfəət qazandıracaq. Çünki bu dəmiryolu layihəsində Fars körfəzinə daxil olan bütün ərəb dövlətləri, eləcə də, Hindistan və Pakistan kifayət qədər maraqlıdır. Onlar bu yol vasitəsilə yüklərini həm Rusiyaya, həm də dünyanın istənilən nöqtəsinə çatdırmaq imkanına sahiblənə biləcəklər. Bir şey təəssüf doğurur ki, dəmiryolunun işə düşməsi bu ilin sonuna qədər başa çatmalı idi. Yəni Astara-Rəşt hissəsi Azərbaycanın maliyyəsi hesabına tikilməli idi. Lakin İran tərəfindən müəyyən problemlər səbəbindən yolun inşası gecikir. Buna baxmayaraq, Şimal-Cənub dəhlizi yaxın zamanlarda istifadəyə veriləcək”.

Qeyd edək ki, Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində əldə olunan nəticələri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə müzakirə edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm