Bu, Ermənistana ciddi mesajdır - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Bu, Ermənistana ciddi mesajdır - ŞƏRH

“Bəlli məsələdir ki, Azərbaycan regionda ən güclü orduya malikdir. Ordumuz günü-gündən daha da inkişaf edir, döyüş qabiliyyəti daha da yaxşılaşır. Sözsüz ki, Ali Baş Komandan İlham Əliyev Azərbaycan ordusunun həm döyüş qabiliyyətinə, həm hazırlığına hər zaman nəzarət edir və ordumuza qayğı göstərir. Ona görə də prezidentin Sabunçu rayonu ərazisində zabitlərə ev verməsi sevindirici haldır”.

Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli deyib.

Ü.Cəfərli bildirib ki, prezidentin bu addımı digər ölkələrə nümunədir:

“Bununla yanaşı, prezidentin bu qayğısı zabitlərin öz vəzifə borclarını daha məsuliyyətlə yerinə yetirməsinə səbəb olacaq. Ali Baş Komandanın bu diqqəti həm Müdafiə Nazirliyi, həm də digər güc strukturları tərəfindən gündəmdə saxlanılır. Belə tədbirlər, sözsüz ki, düşmənə ən yaxşı mesajdır. Ermənistan özü üçün bundan ciddi nəticə çıxarmalıdır. Azərbaycan Silahlı Qüvvələri hər bir cəhətdən təmin olunub və düşmənə hücum etməyə hər an hazırdır. Ali Baş Komandanın göstəriş və əmrlərini icra etmək üçün tam hazır vəziyyətdədir. Bu faktı Müdafiə Nazirliyinin rəhbərliyi də yerlərdə, döyüş bölgələrində həm zabitlərin, həm də əsgərlərin diqqətinə çatdırırlar. Örnək haldır ki, zabitlərimiz, onların ailələri, o cümlədən, vaxtilə vətənə xidmət borcunu ödəyən və hazırda ehtiyatda olan zabitlərimiz dövlətin qayğısını öz üzərilərində hiss edirlər”,

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm