Sarkisyanı hakimiyyətdən Bakı uzaqlaşdırdı, indi isə Paşinyan... - Ovannisyandan SENSASİYALI SÖZLƏR
Bizi izləyin

Nida Təhlil

Sarkisyanı hakimiyyətdən Bakı uzaqlaşdırdı, indi isə Paşinyan... - Ovannisyandan SENSASİYALI SÖZLƏR

“Azərbaycan cəbhədə yeni qüvvələr toplayır və zamanı gələndə bundan Qarabağda istifadə edəcək”.

Publika.az
xəbər verir ki, bu iddia ilə erməni ekspert Taron Ovannisyan çıxış edib.

Onun sözlərinə görə, Bakı Ermənistanın yeni hakimiyyətinə “aprel müharibəsi” mesajı verir.

“Azərbaycan bildirir ki, Serj Sarkisyan “aprel müharibəsi”ndə məğlubiyyətə görə hakimiyyətini itirdi. Əgər yeni hakimiyyət münaqişənin nizama salınması təklifi ilə razılaşmasa, “aprel müharibəsi” təkrarlanacaq. Bəzi postların Azərbaycan sərhəd qoşunlarına verilməsi yeni hazırlıqdan xəbər verir”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm