Azərbaycan Prezidentinin vətəndaşlarına tövsiyəsi odur ki... - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Azərbaycan Prezidentinin vətəndaşlarına tövsiyəsi odur ki... - ŞƏRH

“Azərbaycan dünyanın nadir ölkələrindən biridir ki, dövlət vəsaiti hesabına vətəndaşlarını tibbi yoxlanışdan keçirir. Hazırda ölkəmizdə 5 milyondan çox insan bu xidmətdən yararlana bilir”.

Bu sözləri Publika.az-a açıqlamasında tibb elmləri namizədi, millət vəkili Musa Quliyev deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olarkən səhiyyənin inkişafı ilə bağlı etdiyi çıxışı şərh edən millət vəkili bildirib ki, Azərbaycanda əhalinin sağlamlığının qorunması dövlətimizin daxili siyasətinin prioritet istiqamətidir:

“Cənab prezident və birinci vitse-prezident bu məsələyə həmişə diqqət və qayğı ilə yanaşır. Əhalinin sağlamlığının qorunması ilə bağlı prezident sərəncamları, fərmanları olur, dövlət büdcəsi artırılır və yeni-yeni səhiyyə müəssisələri açılır. Cənab prezident Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olarkən söylədiyi kimi, son illərdə ölkə ərazisində 650-dən çox tibb müəssisəsi açılıb və yaxud tam təmirlə yenidən istifadəyə verilib. Ən müasir texnologiya ilə təchiz edilib. Prezident çıxışında çox doğru olaraq vurğuladı ki, bütün vətəndaşlar ildə bir dəfə tibbi müayinədən keçməlidir. Bu, həm də onun vətəndaşlarına tövsiyəsidir.

Azərbaycan dünyanın nadir ölkələrindən biridir ki, dövlət vəsaiti hesabına vətəndaşlarını tibbi yoxlanışdan keçirir. Hazırda ölkəmizdə 5 milyondan çox insan bu xidmətdən yararlana bilir. Və öz sağlamlıq vəziyyəti haqqında məlumat əldə edir. Vaxtında profilaktik müayinə və müalicələr edirlər. Bizim səhiyyə ilə bağlı kifayət qədər geniş hüquqi qanunvericilik bazamız var. Gələn ildən daha geniş şəkildə icbari-tibbi sığorta fəaliyyətə başlayacaq. Bu da əhalinin səhiyyə xidmətlərindən istifadəsinin daha da asanlaşdırılması deməkdir. Bu gün Azərbaycandan xaricə müayinə və müalicəyə getmək üçün lüzum yoxdur. Çünki dünyanın ən aparıcı tibb müəssisələrinin apardığı müayinə, müalicə və cərrahi əməliyyatlar bu gün ölkəmizdə aparılır. Bizim buna hər cür maddi-texniki imkanımız və kadrımız var. Bu mənada, cənab Prezidentin qayğısı və diqqəti nəticəsində Azərbaycanın dövlət büdcəsində gələn il üçün səhiyyəyə ayrılan xərclər müstəqillik dövründə ən yüksək həddinə çatıb və bir milyard manatı keçib. Bütün bunlar göstərir ki, Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması ölkənin prioriotet məsələlərindən biridir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm