Kreativ İDEYALAR, Qarabağ məsələsində RAZILIQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Kreativ İDEYALAR, Qarabağ məsələsində RAZILIQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Ordusunun Naxçıvan istiqamətində 11000 hektar ərazini işğaldan aza etməsi ilə bağlı məsələ Ermənistanda yenidən gündəmə gəlib. Moskva Gürcüstanda yerləşən Luqara laboratoriyasında ABŞ-ın hərbi-bioloji fəallığından ciddi narahatdır. ABŞ Türkiyəyə “Patriot” havadan və raket müdafiə sistemi satmağa razılıq verib. ABŞ bütün qoşunlarını Suriyadan çıxarmağı düşünür. Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya tərəfindən təhlükələrə qarşı “soyuq müharibə” dövrünün strategiyasına qayıdır. BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Qəzza və Qərbi Şeriaya göstərilən qida yardımlarını azaldacaq.

Ekspertlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün kreativ ideyaların hazırlanması ilə məşğuldur. Bunu “Vestnik Kavkaza”nın müxbirinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı dediyi “Nizamlanma üçün əsas formalaşdıracaq kreativ ideyalar tapmağa çalışacağıq” sözləri ilə bağlı sualına cavab verərkən Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib: “Məsələ də ondadır ki, gələcəkdən söhbət gedirdi, yəni bu cür ideyalar hazırlanmallı və kreativ olmalıdır. Məhz bu cür kreativ ideyalar dəstəklənəcək. İndi ekspertlər bunun üzərində işləyir”.

Azərbaycan Ordusunun Naxçıvan istiqamətində 11000 hektar ərazini işğaldan aza etməsi ilə bağlı məsələ Ermənistanda yenidən gündəmə gəlib. Azərbaycan Prezidenti, Ali Baş Komandan bu günlərdə hərbiçilərə mənzillərin verilməsi mərasimində iştirakı zamanı ordumuzun Naxçıvan istiqamətində keçirdiyi uğurlu əməliyyatı xatırladıb və işğal altındakı ərazilərin 11000 hektar hissəsinin azad edildiyini vurğulayıb.

Ermənistan Respublika Partiyasının mətbuat xidməti Eduard Şarmazanov Nikol Paşinyan hakimiyyətini bu məsələyə görə ittiham edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Türkiyəyə “Patriot” havadan və raket müdafiə sistemi satmağa razılıq verib. ABŞ Xarici İşlər Nazirliyi 3,5 milyard dollar dəyərində havadan və raket müdafiə sisteminin Türkiyəyə satılmasını təsdiq edib.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nəzdindəki Müdafiə-Təhlükəsizlik Əməkdaşlığı Agentliyi yazılı açıqlama yayıb.

Açıqlamada 80 “MIM-104E” Patriot raketi, 60 yüksək qabiliyyətli “Patriot-3” (PAC-3) və təlimli komandanın Türkiyəyə göndərilməsinin qərara alındığı yazılıb. Sözügedən müdafiə sisteminə 4 ədəd “AN/MQP-65” radar dəsti, 4 ədəd kilidlənmə nəzarət sistemi, 20 ədəd “M903” raketatar stansiyası və s. daxildir.

Rusiyanın Türkiyəyə S-400 zenit-raket sistemləri çatdırması ilə Türkiyəyə “Patriot” havadan və raket müdafiə sistemlərinin mümknü satışı arasında bağlılıq yoxdur. Bu haqda Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Bunlar bir-birilə bağlı proseslər deyil. İndiki halda bizim türk həmkarlarımızla əldə etdiyimiz müqavilə reallaşdırma mərhələsindədir”, - Peskov deyib.

ABŞ prezidenti Donald Tramp Türkiyə Silahlı Qüvvələrinin Fərat çayının şərqində terrorçulara qarşı hərbi əməliyyat keçirməsinə razılıq verməyib. Bunu ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Robert Palladino deyib. Daha əvvəl isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Türkiyə Silahlı Qüvvələrinin Suriyada Fərat çayının şərqində əməliyyat keçirməsinə razılıq verdiyini bildirmişdi.

Suriyada bir çox hərbi bazaya malik olan ABŞ bütün qoşunlarını Suriyadan çıxarmağı düşünür. Bu haqda “Röyters” agentliyi amerikalı səlahiyyətlilərə istinadən bildirib. Agentlik Suriyanın İŞİD terror təşkilatından təmizlənmək üzrə olduğunu qeyd edib.

ABŞ-ın Suriyada Əsəd rejimini devirmək kimi bir istəyi yoxdur. Bu sözləri ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib.

Cefri Əsədin müharibədə qalib gəlmədiyini, ölkədə 100 minə yaxın müxalif döyüşçü olduğunu və Əsəd rejiminin müxaliflərlə razılaşmalı olduğunu bildirib.

“Biz tamamilə fərqli bir rejim görmək istəyirik. Bu rejim dəyişikliyi deyil, Əsəddən qurtulmağa çalışmırıq”, - Cefri bildirib.

Suriyanın yenidənqurulması prosesinə toxunan Cefri rejimin müxaliflərlə razılığa cəhd göstərməyəcəyi təqdirdə Qərb dövlətlərinin Suriyanın yenidən qurulmasına maddi dəstək verməyəcəyini qeyd edib.

Rusiya Suriyada olan İran hərbçilərinin İsraillə sərhəddən aparılmasına kömək etdi. Bu haqda “RİA-Novosti” agentliyinə Rusiya Təhlükəsizlik Şurasının katibinin köməkçisi Aleksandr Venediktov bildirib.

Onun sözlərinə görə, İran hərbçiləri məhz Moskvanın səyləri ilə cənub deeskalasiya zonası üzərində nəzarəti Suriya qoşunlarına verdi və sərhəd xəttindən 100 kilometr uzaqlaşdı. Venediktov hesab edir ki, bu, İran-İsrail münasibətlərinin sabitləşməsinə ciddi töhfədir.

Qeyd edək ki, İsrail və ABŞ İran güclərinin Suriyadan çıxmasını təkidlə tələb edirlər.

BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Qəzza və Qərbi Şeriaya göstərilən qida yardımlarını azaldacaq. Bu haqda təşkilatın açıqlamasında deyilir. Qərarın bu iki bölgədə yaşayan 190 min fələstinliyə təsir edəcəyi bildirilir.

Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya tərəfindən təhlükələrə qarşı “soyuq müharibə” dövrünün strategiyasına qayıdır. Bu haqda Böyük Britaniyanın Müdafiə Nazirliyinin başçısı Uilyamson Qevin bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Amerikanın “We are the mighty” internet nəşri “Borey” tipli sualtı kreyserindən nüvə döyüş başlıqlı raketlərlə ABŞ-a zərbənin modelini hazırlayıb. Jurnalistlərin hesablamalarına görə, bir sualtı gəmi, məsələn, “Yuri Dolqoruki” Amerika ordusu və donanmasına sarsıdıcı zərbə vurmaq üçün kifayət edir.

Nəşr fərz edib ki, raketlərin işə salınması üçün Rusiya sualtı qayığının ən yaxşı mövqeyi Meksika körfəzinin sularındadır. Uçuş məsafəsi 6000 mil olan “Bulava” raketləri ABŞ ərazisindəki bütün əhəmiyyətli hərbi və rabitə mərkəzlərini vura biləcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Moskva Gürcüstanda yerləşən Luqara laboratoriyasında ABŞ-ın hərbi-bioloji fəallığından ciddi narahatdır. Bu haqda “RİA-Novosti” agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin başçının müavini Qriqori Karasin bildirib.

“Riçard Luqara adına Səhiyyə üzrə İctimai Tədqiqat Mərkəzində Amerikanın hərbi-bioloji fəallığı ciddi əndişəyə səbəb olur”, - Karasin deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukraynanın Nazirlər Kabineti Rusiya tərəfindən ilhaq edilmiş Krımda fəaliyyətə görə hüquqi və fikizi şəxslərə bir sıra sanksiyaların tətbiqi üzrə Milli Təhlükəsizlik və Müdafiə Şurasının təkliflərini bəyənib. Bu haqda işğal edilmiş ərazilər üzrə Nazirliyin mətbuat xidməti bildirib.

Nazirlikdən qeyd ediblər ki, hüquqi və fikizi şəxslərə sanksiyaların tətbiqi Ukrayna ilə iqtisadi münasibətləri qeyri-mümkün edəcək, həmçinin Avropa İttifaqi və ABŞ-la iqtisadi münasibətlərə zərər verəcək və Ukraynanın işğal edilmiş ərazilərinin qayıdışına imkan yaradacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm