Əliyevin dostları Paşinyana YERİNİ GÖSTƏRDİ: İrəvana ÖLDÜRÜCÜ ZƏRBƏ
Bizi izləyin

Nida Təhlil

Əliyevin dostları Paşinyana YERİNİ GÖSTƏRDİ: İrəvana ÖLDÜRÜCÜ ZƏRBƏ

Belarus prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katib təyin edilməsi ilə bağlı qərar imzalayıb. Bu da aylardır təşkilatın baş katibi postuna öz namizədini göndərmək istəyən Ermənistanın, xüsusilə, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşniyanın istəklərinə tutarlı zərbə deməkdir.

Stanislav Zas isə Azərbaycan üçün tanış bir simadır. O, 1981-1985-ci illərdə Bakı hərbi məktəbində təhsil alıb.

Publika.az-ın məsələ ilə bağlı suallarını siyasi ekspert Fikrət Sadıqov cavablandırıb.

- Lukaşenkonun bu qərarını necə dəyərləndirirsiniz?

- Bu qərar Belarus və Qazaxıstanın birmənalı şəkildə Ermənistan üzərində qələbəsidir. Çünki Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Paşinyan çox istəyirdi ki, Yuri Xaçaturovun istefasından sonra yenə erməni nümayəndə baş katib seçilsin. Amma alınmadı. KTMT-nin digər üzvləri də Ermənistana öz yerini göstərdi. Əlifba sırası qaydasına əsasən, baş katiblik Belarus nümayəndəsinə keçməli idi. Müəyyən müddətdən sonra bu reallaşdı. Məsələni Nikol Paşinyanın qeyri-stabil mövqeyi ilə də bağlamaq olar. Çünki Paşinyan, faktiki olaraq, KTMT çərçivəsində qeyri-adekvat addımlar atdı. Əvvəl Xaçaturovu oradan geri çağırdı, daha sonra haqqında cinayət işi açdırdı. Daha sonra bəyan etdi ki, baş katiblik postunda yenə Ermənistanın nümayəndəsi olmalıdır. Eyni zamanda, İrəvandakı bir neçə açıqlamasında Qərbə yaxınlığını sərgiləyən mövqe ilə çıxış etdi. Əlbəttə ki, bu da KTMT üzvlərinin xoşuna gələ bilməzdi. Rusiya da Belarusun baş katiblik etməsinin tərəfdarı idi. Sadəcə olaraq mövqeyini açıq şəkildə dilə gətirmirdi. Son nəticədə, Lukaşenkonun bu qərarı Paşinyana və onun maraqlarına yaxşı bir zərbədir.

- Stanislav Zas Ermənistandan başqa, KTMT-yə üzv olan bütün ölkələrə səfər edib və onlarla məsləhətləşib. Zasın İrəvana getməməsi nə anlama gəlir?

- Hər bir yeni təyin olunmuş baş katib bütün təşkilat üzvlərinin razılığını almalıdır. Bu, formal protokol qaydasıdır. Ermənistan isə Belarusun qərarı qarşısında heç nə edə bilməyəcək. Məcbur olacaq ki, o da Belarus nümayəndəsinin posta gəlməsinə razılıq versin. Çünki təşkilatın bütün üzvləri artıq buna razıdır. Düşünürəm ki, Ermənistanın maraqlarını inkar etmək deməkdir. Yəni, Belarus və digər KTMT üzvləri hesab edir ki, Ermənistanın razılığı olmadan da məsələ həll oluna bilir.

- Belarus Azərbaycanla bir neçə platformada əməkdaşlıq edir. Ölkəmizin partnyorunun hərbi-siyasi təşkilata başçılıq etməsi Azərbaycanın maraqlarına nə kimi töhfələr verəcək?

- Azərbaycan Ermənistandan başqa, bütün KTMT üzvləri ilə yaxın dostluq və əməkdaşlıq münasibətlərindədir. Həmçinin də Belarusla. Bunu dövlət başçımızın Belarusa sonuncu səfəri də, orada imzalan bir sıra sənədlər də təsdiq etdi. Belarusun KTMT-də baş katib olması müvəqqətidir. Ancaq hər halda, əminəm ki, Belarus nümayəndəsi və KTMT-nin baş katibi olan heç zaman Azərbaycanın maraqlarına zidd və bu maraqları sual altında qoyan addım atmayacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm