“The Guardian”ın Azərbaycana qarşı hücumunun SİRRİ
Bizi izləyin

Nida Təhlil

“The Guardian”ın Azərbaycana qarşı hücumunun SİRRİ

Qərb mediasında qərəz və böhtan xarakterli materialları ilə seçilən Böyük Britaniyanın “The Guardian” qəzeti yenidən Azərbaycana qarşı hücuma keçib.

Publika.az
xəbər verir ki, bu qəzetin Azərbaycana qarşı hücumları təəccüblü deyil.

2015-ci ildə Azərbaycanda I Avropa Oyunları keçirilən zaman Qərb mediasında ölkəmizə qarşı aparılan “səlib yürüşü”ndə əsas “döyüşçülərdən” biri məhz “The Guardian” qəzeti idi.

Qəzetin anti-Azərbaycan mövqeyinin arxasında erməni lobbisinin başı aydın görünür. Qəzetin səhifəsində zaman-zaman Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizliyin edilməsi, işğal altındakı Dağlıq Qarabağı ayrıca respublika kimi təqdim etmək cəhdləri də bunu deməyə əsas verir.

Misal üçün, 2015-ci ildə “The Guardian” turistlər üçün gəzməli yerlərin siyahısını hazırlayarkən, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin də adını bura daxil edib. Siyahıda Dağlıq Qarabağdan Azərbaycan torpağı kimi yox, “müstəqil respublika” olaraq bəhs edilirdi.

Qəzet iddia edirdi: “1991-ci ildə müstəqilliyini elan edən Dağlıq Qarabağ Ermənistan və Azərbaycan sərhədində yerləşir”. Bu iddialar və qəzetin Ermənistana dəstək verən məqalələri Azərbaycana qarşı qərəzi aydın şəkildə göstərir.

Qəzet başqa bir məqaləsində Dağlıq Qarabağın Ermənistanın dəstəyi ilə “inkişafı”ndan bəhs edilir. İddia olunur ki, “Dağlıq Qarabağ Ermənistanın dəstəyi ilə özünün hərbi və maliyyə məsələlərini həll edir, Azərbaycanın 7 rayonuna nəzarətdə saxlayır”. Lakin məqalədə bu ərazilərin Azərbaycana məxsus olduğundan bəhs olunmur.

Belə bir qəzetin yenidən Azərbaycana qarşı hücuma keçməsi, xüsusilə Azərbaycan Prezidentinə və onun ailə üzvlərinə şər-böhtan atması qərəzli olduğu qədər də təəccüblü deyil. Çünki Qərb KİV-lərində zaman-zaman dərc olunan bəzi materiallar, o cümlədən “The Guardian” nəşrində verilən belə məqalələr müstəqil və prinsipial xarici siyasət yürüdən Azərbaycan Respublikasına, onun region dövlətləri, o cümlədən Rusiya və MDB ölkələri, Türkiyə, İran və s. ilə günü-gündən inkişaf edən, qarşılıqlı maraqlara və mehriban qonşuluq prinsipinə əsaslanan əlaqələrinə təzyiq xarakteri daşıyır.

Reallıq budur ki, “The Guardian” kimi bəzi Qərb mediası maraqlar olanda jurnalistika prinsiplərinə aşkar şəkildə tüpürürlər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm