Karapetyan Ordumuzun önündə diz çökdü, Paşinyan... – İrəvanda qalmaqal davam edir
Bizi izləyin

Nida Təhlil

Karapetyan Ordumuzun önündə diz çökdü, Paşinyan... – İrəvanda qalmaqal davam edir

Ermənistanda Nikol Paşinyanın erməni hərbi birləşmələri baş qərargahının kəşfiyyat idarəsinin keçmiş rəhbəri, “aprel müharibəsi”ndə erməni ordusunun məğlubiyyətinə görə əsas günahkar olaraq təqdim olunan Arşak Karapetyanı özünə müşavir təyin etməsi işğalçı ölkədə ciddi müzakirələrə səbəb olub.

Publika.az
xəbər verir ki, erməni siyasətçilər və jurnalistlər A. Karapetyanın müharibədə məğlubiyyətin 1 nömrəli səbəbkarı olduğunu qeyd edirlər. Serj Sarkisyan da Karapetyanı günahkar kimi vəzifəsindən uzaqlaşdırmışdı. Hesab olunur ki, kəşfiyyatın rəhbəri Azərbaycan Ordusunun hərəkəti haqqında məlumat əldə edə bilmədiyi üçün ermənilər müharibəni uduzub. Hətta bu təyinata görə Nikol Paşinyan sərt şəkildə tənqid olundu. Lakin Paşinyan tənqidlərə cavabında Karapetyanın günahkar olmadığını, əsas günahkarın Serj Sarkisyan olduğunu deyir.

“Mən “aprel müharibəsi” ilə bağlı onlarla məxfi material oxudum. Bu materialların heç birində kəşfiyyat məlumatlarının çatışmazlığı haqqında heç bir detal yoxdur”, - deyə o bildirib.

Ermənistan Konstruktiv Partiyasının sədri Andreal Qukasyan hesab edir ki, “aprel müharibəsi”ndə baş verənlərlə bağlı əsl həqiqətlər ictimaiyyətə məlum deyil: “Gec-tez həqiqət açılacaq və günahkar məlum olacaq. Hesab edirəm ki, məğlubiyyətdə əsas məsuliyyəti Ser j Sarkisyan daşıyır. O ölkədə böhran yaratdı”.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm