İlham Əliyev - qloballaşan dünyanın müasir lider etalonu
Bizi izləyin

Nida Təhlil

İlham Əliyev - qloballaşan dünyanın müasir lider etalonu

“İlham Əliyev qloballaşan dünyanın müasir lider etalonudur”. Məşhur yazıçı Çingiz Aytmatov Azərbaycan Prezidenti İlham Əliyevi belə xarakterizə edir.

Publika.az
xəbər verir ki, “Moskva-baku” portalı Prezident İlham Əliyevin doğum gününə xüsusi məqalə həsr edib.

Aytmatovun sözləri ilə başlanan məqalədə bildirilir ki, İlham Əliyev lider etalonu əlbəttə birdən olmadı, burada illərin təcrübəsi, mümkünü və qeyri-mümkünü idarə etmək sənətinin itilənməsi və s. kimi amillər mövcuddur: “Bütün bu adi və siyasi aspektlər istedadla, intellektlə və yüksək mədəniyyətlə möhkəmləndi”.

Məqalədə Prezident İlham Əliyevin keçdiyi həyat yolundan bəhs olunur.

...İlham Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil oldu. O, MDBMİ-də əyani təhsil alırdı, sonra aspiranturada oxudu, daha sonra bu təhsil ocağında dərs dedi. O, bu illəri tez-tez yada salır, hər kəs kimi onun da gənclik illəri unudulmazdır.

Onun atasını – Azərbaycanın ümummilli lideri Heydər Əliyevi – 1987-ci ildə Siyasi Büro da daxil olmaqla bütün postlardan uzaqlaşdıraraq, təqaüdə göndərdilər. Bunun sovet vaxtlarında nə demək olduğunu təsəvvür etmək asandır. Heydər Əliyevin ailəsinin bütün üzvlərinə hər yerdən təzyiqlər edilməyə başlandı. Lakin İlham Əliyevin institutdakı kolleqalarına qarşı incikliyi qalmadı. İlham Əliyev Azərbaycanın prezidenti olanda – o, MDBMİ məzunları arasında prezident olan yeganə insandır – instituta baş çəkdi. Ona doktor rütbəsi verdilər, MDBMİ muzeyində stendini açdılar. Əliyevin cavabı zadəgan idi – o, MDBMİ məzunlarının ilk görüşünün iştirakçılarını Bakıya dəvət etdi.

Müasir lider

İlham Əliyev fəaliyyəti “Əsrin müqaviləsi”nin həyata keçirilməsində, Xəzərdə neft yataqlarının istismarı ilə bağlı digər müqavilələrdə xüsusi paya sahib oldu. “Əsrin müqaviləsi” 1994-cü ildə imzalanıb. Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu müqavilədə əsas rolu oynadı. 24 il sonra, 2017-ci ilin 14 sentyabrında Bakıda “Azəri-Çıraq-Günəşəli” yatağının istismarı ilə bağlı “Yeni əsrin müqaviləsi” imzalandı. Müqavilənin şərtlərinə əsasən Azərbaycanın fərdi payı 11,6 faizdən 25 faizə yüksəldi.

Yüksək peşəkarlıq, diplomatik duyğu, müasir liderin əsas keyfiyyətləri

Məhz bu xüsusiyyətlər İlham Əliyevin siyasi karyerasında fərqləndirici və cazibədar oldu. Prezidentliyinin ilk günündən o, neft amilindən müstəqil Azərbaycanın və xalqının maraqları istiqamətində istifadə etdi.

Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün bizim müstəqil ölkə kimi yaşamağımızda, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir”, - deyə Azərbaycan lideri bildirir.

Azərbaycan cəmiyyətinin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi İlham Əliyevin daim diqqət mərkəzindədir.

O, dəfələrlə bildirir ki, Qarabağ Azərbaycanındır. Bu münaqişənin nizama salınması Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları və prinsipləri əsasında olmalıdır, – bu, dövlət başçısının birmənalı mövqeyidir.

Nə 5 il, nə 10 il, nə 15 il, hətta 100 il sonra da Dağlıq Qarabağ Azərbaycandan ayrı olmayacaq. Mən nə qədər prezidentəm, buna icazə verməyəcəm”, – Azərbaycan lideri açıq şəkildə bəyan edir.

Yenilik və rasionalizm

İlham Əliyev hər şeydə novator və islahatçı yanaşmalarını ortaya qoyur. O, dünyada gedən proseslər və dəyişikliklərin məntiqinə söykənərək, Azərbaycanın inkişafını sürətləndirən əhəmiyyətli addımlar atır. Budur, İlham Əliyevin “prezident xronikasından” bəzi qeydlər:

- Brüsselə səfər Avropa İttifaqı ilə Azərbaycanın yeni razılaşması ilə bağlı danışıqlar prosesinə start verdi;

- Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında çıxış edərək, BMT-nin Dağlıq Qarabağ münaqişəsi üzrə öz qətnamələrini yerinə yetirmədiyini bəyan edir;

- Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim;

- Azərbaycan, İran və Rusiya prezidentinin üçtərəfli sammiti, energetika və nəqliyyat sferalarında genişmiqyaslı layihələrin müzakirəsi, həmçinin “Şimal-Cənub” dəhlizinin yaradılması ilə bağlı möhtəşəm plan;

İlham Əliyev müvəffəqiyyətli və özünəməxsus şəxsiyyətdir. Özündə insani dəyərləri, aristokratiyanı, rasional düşüncə tərzini, sarsılmaz vətənpərvərliyi, praqmatizmi və milli mentaliteti birləşdirərək, Azərbaycanın siyasətinə yeni nəfəs verir, müasirlik və intellektualizm əlavə edir.

Öz atasının oğlu

İlham Heydər Əliyevin – öz atasının ləyaqətli oğludur. O, ümummilli liderin siyasi kursuna tamamilə sadiqdir. O, atasından sədaqət, intellektuallıq, cəmiyyət üçün açıqlıq, tolerantlıq, səmimiyyət, humanizm kimi prinsipləri götürüb. Qətiyyət, enerji, əqli potensial və təşəbbüskarlıq Heydər Əliyev kimi ona da məxsusdur.

İdarəçilik keyfiyyətləri, bu və ya digər problemin müzakirəsində aktiv iştirak, imic, nüfuz Heydər Əliyev fenomeninin ən əsas amilləri idi. İndi həmin keyfiyyətlər İlham Əliyevdə xarakterizə olunur.

Ata və oğul xarakter üzrə səmimi insanlardır. Səmimiyyət xüsusilə adi vətəndaşlarla ünsiyyət zamanı daha qabarıq görünür. Bütün müdrik dövlət adamları kimi İlham Əliyev – atası kimi – hər kəslə ümumi dil tapa, adi vətəndaşla istənilən psixoloji baryeri aradan qaldıra bilir. Bu, Azərbaycan xalqının ona etibarı və dəstəyindən irəli gəlir.

Danışırlar ki, onun siyasi komandasının üzvləri ilə münasibətləri də qarşılıqlı hörmətə və səmimiyyətə söykənir. Lakin bütün bunlar onun prezident kimi sərt qərarlar verməsinə mane olmur. İctimai rəydə İlham Əliyev özünə nəzarətin və qanunun aliliyinin zamini kimi məşhurdur. Ciddi intizam və məsuliyyətin yüksək hissi dövlət başçısının bütün fəaliyyətinin meyarıdır.

Ailə

İlham Əliyev 1983-cü ildə xanımı Mehriban Paşayeva ilə ailə qurub. Onlar tələbəlik illərində tanış olublar. Mehriban xanım İ.Seçenov adına Tibb İnstitutunda təhsil alırdı. Onların qızı Leyla 1985-ci ildə doğuldu, 1989-cu ildə isə kiçik qızları Arzu dünyaya gəldi. 1997-ci ildə babasının şərəfin Heydər adını verdikləri oğulları dünyaya göz açdı.

Mehriban Əliyeva xatırlayır: “1987-ci ildən sonrakı dövr bizim ailəmiz üçün həqiqətən çox çətin idi. İlham özünü itirmədi, hər şeyi edirdi ki, ailəsi, övladları çətinlik hiss etməsinlər. Onda böyük problemlər var idi, demək olar ki, heç kim bizə kömək etmirdi. İlhamın enerjisi sayəsində biz ağırlıq hiss etmədik”.

İlham Əliyev bütün azərbaycanlıların prezidentidir. Prezident ana dilindən başqa ingilis, rus, türk və fransız dillərini də bilir. O, öz xalqının oğludur, eyni zamanda, ümumbəşəri dəyərlərin tərəfdarıdır. O, milli ənənələri qoruyur, dinlər arasında dözümlü münasibətləri təmin edir. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan kimi güclü dövləti ilə fəxr edir və hər bir azərbaycanlı öz prezidenti İlham Əliyevin dəstəyini hiss edir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm