• USD 1,7000 0,00% EUR 2,0331 0,00%
    • GBP 2,3391 0,00% RUB 0,0222 0,00%

İrəvanda küçə DÖYÜŞLƏRİ, düşmənin SƏRHƏD XƏTTİNƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

İrəvanda küçə DÖYÜŞLƏRİ, düşmənin SƏRHƏD XƏTTİNƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Münbiçi terrorçulardan təmizləmə hərəkatının hazırlıqları tamamlanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Moskvaya səfər etmək və Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir. ABŞ prezidenti Donald Trampın Türkiyəyə rəsmi səfəri ilə bağlı Ağ Ev informasiya yayıb. Belarus Polşa ərazisində ABŞ-ın hərbi bazasının yerləşdirilməsini hərbi təhlükənin mənbəyi kimi qəbul edir.

İrəvanda Rusiya səfirliyinin önündə aksiya keçirilib. Aksiya Ermənistandakı Rusiya ordusunun əleyhinə təşkil edilib.

Etirazçılar “Rusiya hərbiçilərinin davranışı Ermənistan vətəndaşlarının təhlükəsizliyini hədələyir” deyə bildiriblər. Onlar Rusiya ordusunun çıxarılmasını tələb ediblər.

Ermənistan kommunistləri rus ordusunun çıxarılmasını tələb edənlərin əleyhinə aksiya keçirməyə hazırlaşır. Onlar “Həmişəlik Rusiya ilə!”, “Ermənistanda anti-Rusiya təxribatına yer yoxdur” şüarları səsləndirəcəklər.

Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) Münbiçi terrorçulardan təmizləmə hərəkatının hazırlıqları tamamlanıb. Afrin, Azez, Cerablus, Əl Bab və Maredən gələn ASO savaşçılarının sayı 13 minə çatıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Moskvaya səfər etmək və Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir. Bu haqda ölkə prezidentinin özü bildirib.

“Bu gün-sabah mənim həmkarlarım Moskvaya baş çəkəcəklər və Suriyada baş verənləri müzakirə edəcəklər. Bundan dərhal sonra, güman edirəm ki, orada Putinlə danışıqlarım olacaq. Düşünürəm ki, bu görüş üzbəüz olacaq”, - Ərdoğan jurnalistlərə deyib.

Türkiyə Suriyaya girəcəyini deyibsə, girəcək. ABŞ-ın Suriyadan çıxamsı koordinasiyalı şəkildə icra ediləcək. Bunu ölkənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu deyib.

“Biz Fəratın şərqi üçün qərarlı olduğumuzu ifadə edirik. YPG-nin təcavüzü və təhdidləri artdıqdan sonra, Prezidentin müdaxilə edəcəyimizi açıqlamasından sonra ABŞ Suriyadan çəkilməyə qərar verdi. İndi bu çəkilmənin necə olacağını hərbi diplomatik səviyyədə müzakirələrlə müəyyənləşdiririk. ABŞ-ın bu qərarını məmnuniyyətlə qarşıladıq və ABŞ ilə sıx dialoq içində olacağıq”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı bildirib.

O əlavə edib ki, ABŞ-ın Suriyadan çəkilməsi ilə bağlı proseslərlər YPG-yə xidmət etməməlidir.

Türkiyə Suriyada İŞİD terror qruplaşmasını tək məhv edə bilər. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.

O əlavə edib ki, Türkiyə Rusiya, İranla və koalisiya üzrə partnyorlarla əməkdaşlıq etməyə hazırdır.

“Biz terror qruplaşmaları istisna olmaqla, İŞİD-ə qarşı mübarizədə hamı ilə əməkdaşlıq edəcəyik. Mən burada Suriya rejimi haqqında danışmıram. Rusiya, İran və koalisiya üzrə partnyorlarla əməkdaşlıq etməyə hazırıq. Amma Türkiyə Suriyada İŞİD terrorçularını təklikdə də məhv etməyi bacarar”, - o deyib.

Cavuşoğlu vurğulayıb ki, Ankara və Vaşinqton Amerika qoşunlarının Suriyadan çıxarılmasına qədər Münbic üzrə yol xəritəsinin reallaşdırılmasının tamamlanması haqqında razılaşıb.

Bəşər Əsəd rejiminə məxsus qüvvələr Münbicə girib. Türkiyə mətbuatının məlumatına görə, rejim qüvvələri Münbicin qərbindəki Arimah bölgəsinə daxil olub.

ABŞ prezidenti Donald Trampın Türkiyəyə rəsmi səfəri ilə bağlı Ağ Ev informasiya yayıb. Mətbuat Departamenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşə açıq olduğunu, lakin konkret tarixin təyin edilmədiyini bildirib.

Qeyd edək ki, Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın Ərdoğanın Trampla telefon danışığında onu Türkiyəyə dəvət etdiyini bildirmiş, Trampın da bu dəvətə isti münasibət bəsləyərək 2019-cu ildə mütləq Türkiyəyə gələcəyini demişdi.

İki lider rəsmi olaraq ən son 2017-ci ilin may ayında Ağ Evdə bir araya gəlib. Daha sonra bu ay Argentinada təşkil edilən G20 zirvəsində 50 dəqiqəlik görüş keçirmişdi.

Belarus Polşa ərazisində ABŞ-ın hərbi bazasının yerləşdirilməsini hərbi təhlükənin mənbəyi kimi qəbul edir. Bunu Belarusun müdafiə naziri Andrey Ravkov “RİA-Novosti” agentliyinə müsahibəsində bildirib.

“Həmsərhəd ərazilərdə xarici qoşunların istənilən yerləşdirilməsi bizim dövlətimiz üçün hərbi təhlükə mənbəyi kimi qəbul edilir. Bu baxımdan, Varşavanın bəyanatları Belarusda ciddi qəbul edilir”, - nazir deyib.

Daha əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Polşanın Xarici İşlər Nazirliyinin başçısına “artıq bazaları” yaratmamağı məsləhət görüb, əks halda Minsk və Moskva cavab verməyə məcbur olacaq.

Qeyd edək ki, Polşa ABŞ-a ərazisində daimi əsaslarla zirehli tank diviziyasını yerləşdirməyi təklif edib. Polşa bunun üçün təxminən 1,5-2 milyard dollar xərci də öz üzərinə götürməyə hazırdır. Təklif ikitərəfli münasibətlər çərçivəsində, NATO-dan kənar irəli sürülüb. Polşa prezidenti Ancey Duda hətta bu bazanı “Fort Trump” adlandırmağı təklif edib.

ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın silahsızlandırılması ilə bağlı məsələdə inkişaf meyillərinin olduğunu bəyan edib. Bu barədə o, Tvitter səhifəsində yazıb.

“Şimali Koreya ilə bağlı çalışan komandamın Milad ərəfəsi iclası baş tutdu. İrəliləyiş var. Kim Çen İnlə növbəti görüşümü gözləyirəm”, - deyə Ağ Ev rəhbəri bildirib.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR