Qarabağla bağlı ŞOK PROQNOZ, “Qiyamət günü” PLANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağla bağlı ŞOK PROQNOZ, “Qiyamət günü” PLANI… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Bu il qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı layihə Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək. İran Atlantik okeanına döyüş gəmiləri göndərəcək. ABŞ-ın “The National Interest” nəşri 2024-cü ildə Rusiya və NATO arasında ehtimal edilən müharibənin ssenarisini və nəticələrini uydurub. Hakerlər yüzlərlə alman siyasətçiyə aid məlumatları internetdə paylaşıblar. Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-ın dövlət katibi Maykl Pompeonun Türkiyəni hədəf alan bəyanatına cavab verib.

2016-cı ildə “aprel müharibəsi”ni və 2018-ci ildə Ermənistanda “məxməri inqilabı” öncədən xəbər verən erməni münəccim Lyusa Akopyan 2019-cu ildə gözlənilənləri açıqlayıb. Erməni münəccim Paşinyanın baş nazir seçiləcəyini və daxili vəziyyətdə sabitlik olacağını açıqlayıb: “Keçmiş siyasətçilər hakimiyyətə qayıda bilməyəcəklər. Bu il xarici siyasətdə də vəziyyət dəyişəcək, Fransa ilə əməkdaşlıq möhkəmlənəcək və təkcə Avropa ölkələri ilə yox, Rusiya, Ukrayna və Belarusla da problemlər həll olunacaq”.

Onun proqnozuna görə, 2019-cu ildə Ermənistanda müflislik gözlənilir. Buna görə də cah-calaldan qaçmaq lazımdır: “Neft və yanacaqla bağlı bəzi problemlər gözlənilir. Elektrik sahəsində bir neçə qəza olacaq”.

Erməni münəccim qeyd edir ki, kilsə ilə sektalar arasında toqquşmalar gözlənilir.

Lyusa Akopyan 2019-cu ildə Qarabağda müharibənin olmayacağını, ərazilərin Azərbaycana qaytarılmacayağını da iddia edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu il qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı layihə Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcək. Bu iddia ilə Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey çıxış edib.

Onun sözlərinə görə, qondarma “erməni soyqırımının” ildönümü ərəfəsində HDP fraksiyası bu məsələsi TBMM-də qaldıracaq.

“HDP sonuncu parlament seçkilərində iqtidara gələcəkləri təqdirdə qondarma “erməni soyqırımı”nı qeyd-şərtsiz tanıyacaqlarını bildirmişdilər. Bu il HDP millət vəkili qrupu bu qondarma məsələsi qaldıracaqlar”, - deyə Göksel qeyd edib.

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ-ın dövlət katibi Maykl Pompeonun Türkiyəni hədəf alan bəyanatına cavab verib. Nazirliyin sözçüsü Hami Aksoy Pompeonun açıqlamasını rədd etdiklərini bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ öz ordusunu Suriyadan çıxarmağa başladı. Bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bütün Yaxın Şərqdə stabilliyin təmin edilməsi məsələsinə sadiq qalır.

Qeyd edək ki, Tramp bundan öncə Suriyadan ABŞ ordusunun çıxarılması haqqında qərar qəbul edib. Qoşunların 100 gün ərzində Suriyadan çıxarılması nəzərdə tutulub.

Amerikalıları mümkün qədər tez Suriyanı tərk etməlidir, çünki bundan sonra regionda güc balansı dəyişəcək və Rusiya öz müttəfiqləriylə dalaşacaq. Bu sözləri “Fox News” telekanalının efirində ABŞ ordusunun istefaya çıxmış polkovniki Duqlas Makqreqor deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azad Suriya Ordusuna (ASO) bağlı döyüşçülər PKK/YPG terror təşkilatının nəzarətində olan Suriyanın Münbiç şəhərini mühasirəyə alıblar. Türkiyə Silahlı Qüvvələrinin planlaşdırdığı əməliyyat öncəsi Münbiç ətrafında PKK/YPG döyüşçüləri ilə qarşıdurmalar yaşanır.

Əl Bab-Münbiç cəbhə xəttində yerləşən Boğaz kəndi yaxınlığında 2 gündür ASO və terrorçular arasında toqquşmalar baş verir. Əl Babın Arima qəsəbəsinə bağlı Boğaz kəndi PKK/YPG və ASA arasında sərhəd xəttini təşkil edir.

Suriya rejimi isə 400 terrorçunun Münbiçdən çəkildiyi xəbərini yayıb. Lakin yerli mənbələr terrorçuların Münbiçdən çəkildiyi xəbərini təkzib ediblər.

Münbiçdə və Fərat çayının şərqində keçirilməsi üçün planlaşdırılan hərəkat öncəsi Suriya sərhədi boyu yığılan hərbi texnika və şəxsi heyətin miqdarı “Fərat Qalxanı” və “Zeytun budağı” hərəkatlarında istifadə olunan texnika və şəxsi heyətin 5 qatına çatıb. Bu, Türkiyə Cümhuriyyəti tarixinin ən böyük hərəkatı olacaq. Bunu “Habertürk”ə təhlükəsizlik və terror üzrə mütəxəssis Abdullah Ağar bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İran Atlantik okeanına döyüş gəmiləri göndərəcək. Bu haqda İslam Respublikası Silahlı Qüvvələri dəniz qoşunlarının komandanı əvəzi, kontr-admiral Turac Həsəni-Müqəddəm bildirib.

Onun sözlərinə görə, İran donanması mart ayından etibarən beş ay ərzində Atlantik okeanında xidmət göstərəcək.

Qeyd edək ki, Atlantik okeanı Avropa və Afrika qitələri ilə Amerika qitəsi arasında yerləşməsi səbəbiylə strateji əhəmiyyət daşıyır. İranın Atlantik okeanına döyüş gəmiləri göndərməsi ABŞ-ın İran ətrafına təyyarədaşıyan gəmiləri göndərməsinə cavab kimi qiymətləndirilir.

ABŞ-ın 116-cı dönəm Konqresi rəsmən işinə başlayıb. Konqres üzvləri and içiblər. Demokratlar Partiyasından olan senator Nensi Pelosi Nümayəndələr Palatasının sədri seçilib.

Həmçinin, Demokratlar Partiyasının digər üzvü olan senator Bred Şerman ABŞ prezidenti Donald Trampın vəzifəsindən uzaqlaşdırılması üçün qanun layihəsi tərtib edəcəyini açıqlayıb.

“The Los Angeles Times” qəzetinin xəbərinə görə, Trampa qarşı sabiq FTB prezidenti Ceyms Kaminin vəzifəsindən qovulması da daxil olmaqla, bir çox ittiham irəli sürüləcək. Xəbərə görə, Donald Tramp hər gün Ağ Evdən ayrılmasının ABŞ üçün daha yaxşı qərar olacağını sübut edir.

ABŞ-ın “The National Interest” nəşri 2024-cü ildə Rusiya və NATO arasında ehtimal edilən müharibənin ssenarisini və nəticələrini uydurub. Rusların məxfi əməliyyatı “Molotov” adını almışdı.

“Molotov planı”nın Kalininqrad komponenti çox məhdudlaşdırılmış, amma çox sürətli əməliyyatları özünə daxil edirdi, xüsusilə Polşanın Qdansk limanına qarşı. Əsas hədəf bu liman vasitəsilə Birləşmiş Ştatlardan və NATO-dan istənilən hərbi materialların sürətli çatdırılmasının qarşısını kəsmək idi.

Ruslar əsas kimi 1973-cü ilin “Qiyamət günü” müharibəsinin gedişatında reallaşdırılmış Misirin planını götürmüşdülər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Hakerlər yüzlərlə alman siyasətçiyə aid məlumatları internetdə paylaşıblar. Bu barədə “Rbb İnforadio” radiostansiyası informasiya yayıb.

Məlumata görə, hakerlər Tvitterdə alman siyasətçilərə aid telefon nömrələri, ünvanlar, həmçinin partiyadaxili sənədləri yayıblar. Bundan əlavə hakerlər bir sıra siyasətçilərin şəxsiyyət vəsiqələrinin surətini, ailə üzvlərinin kredit kartlarına dair informasiya və yaxınları ilə yazışmalarını da internetə yükləyib.

Hücum Bundestaqda təmsil olunan bütün partiyaları əhatə edib.

Prezident Aleksandr Lukaşenko Belarusda hakimiyyətdə olduğu müddətdə bir sıra səhvlər etdi. Bu səhvlər indi Kremlə öz şərtlərini diktə etməyə və faktiki olaraq ölkəni Rusiyaya “birləşdirməyə” imkan verir. Bu sözləri Ukraynanın “Apostrof” nəşrinə Belarusun siyasi və ictimai xadimi, Xristian Demokratiyası Partiyasının həmsədri Vitali Rımaşevskiy bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm