Xüsusi XƏRİTƏ, 2019-cu ildə DAĞLIQ QARABAĞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Xüsusi XƏRİTƏ, 2019-cu ildə DAĞLIQ QARABAĞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

ABŞ Dövlət Departamentinin keçmiş məsləhətçisi, Vaşinqton İnstitutunun professoru, məşhur politoloq Pol Qobl Ermənistan mediasına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivindən danışıb. ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton Ankaraya Suriya ilə bağlı ultimatum verib. İran Xarici İşlər Nazirliyinin ABŞ Prezidenti Donald Trampın “İran bizimlə masaya oturmaq istəyir” şəklində bəyanatına cavab verib. Rusiya “Bal” gəmi əleyhinə raket komplekslərindən sınaq atışları həyata keçirib.

“Moskva əvəzini Azərbaycandan ala biləcəyinə əmin olanda Ermənistanı satacaq”. Bu barədə ABŞ Dövlət Departamentinin keçmiş məsləhətçisi, Vaşinqton İnstitutunun professoru, məşhur politoloq Pol Qobl Ermənistan mediasına müsahibəsində deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

2018-ci ilin 1 yanvar tarixindən 10 noyabr tarixinə qədər Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşdirilmiş erməni hərbi birləşmələri qeyri-döyüş şəraitində böyük itkilər verib. “Tert.am” saytı rəsmi statistikalara əsaslanaraq, itkilərlə bağlı araşdırma aparıb. Erməni şərhçi Sarkis Artsruni bu statistikanın faciəli olduğunu qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Vaşinqtonla hər hansı razılaşma olmadan Ankaranın Suriyada əməliyyatlara başlamamasını tələb edirəm. Bu sözləri ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.

O vurğulayıb ki, Türkiyə Suriyanın şimalındakı kürdləri izləməyi dayandırmaqla bağlı zəmanət verməyənə qədər ABŞ qoşunları bu ölkədən çıxmayacaq.

“Qoşunların Suriyadan çıxarılması ABŞ-ın yerinə yetirməli olduğu siyasi qərarlardan asılıdır”, - deyə amerikalı rəsmi bildirib.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton, Baş Qərargah rəisi Cozef Danford və Suriya üzrə xüsusi nümayəndə Ceyms Cefrinin sabah Türkiyədə olması gözlənilir. Səfər zamanı ABŞ-ın Suriyadan çəkilmə qərarından sonra Suriyada qurulacaq yeni nizamla bağlı müzakirələr aparılacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi ABŞ prezidenti Donald Trampın “İran bizimlə masaya oturmaq istəyir” şəklində bəyanatına cavab verib. O, nüvə sazişindən çıxmasından sonra İranı yeni müzakirələrə məcbur etməyə çalışdığını, lakin Tehranın bundan imtina etdiyini bildirib.

İranın illərdir ABŞ-ın təzyiq və sanksiya siyasətinə qarşı dayandığını Trampın yaxşı bildiyini söyləyən Qasımi qeyd edib ki, Ağ Evin başçısı İran xalqının ABŞ-ın təzyiqlərinə boyun əyməyəcəyini bilməlidir.

Qeyd edək ki, ABŞ prezidenti bazar günü etdiyi şərhində nüvə razılaşmasından çəkildikdən sonra İrana tətbiq etdiyi sanksiyaları qiymətləndirmiş və İranın danışıqlar masasına oturmaq istədiyini bildirmişdi.

“Onların vəziyyəti çox yaxşı deyil. Bizimlə masaya oturmaq istəyirlər”, - o söyləmişdi.

Daha əvvəl isə İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib ki, ABŞ administrasiyasının nümayəndələri dəfələrlə İran tərəfinə danışıqları yeniləməyi təklif ediblər. Onun sözlərinə görə, Əfqanıstanda səfərdə olarkən Vaşinqton danışıqlara yenidən başlamaq üçün ona iki dəfə təklif edib.

ABŞ-ın Suriya strategiyası çöküb. Bunu İran Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Tehranda keçirilən Qərbi Asiya Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

O, İŞİD-in Suriyada məğlub edilməsində ABŞ-ın heç bir rolunun olmadığını söyləyib:

“ABŞ indi Fəratın şərqində ziddiyyətli bir vəziyyətlə qarşı-qarşıyadır. Mövcud şərtlər ABŞ-ın Suriyadan çıxmasını şərtləndirir. 2019-cu ildə ABŞ bölgədən çəkilməyə başlayacaq. Eyni zamanda bu formada Bəsrə körfəzindən də çəkilməyə məcbur qalacaq”.

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Skripal insidenti ilə əlaqədar Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) əməkdaşlarının Londondan çıxarılmasından sonra Britaniyada yeni casus şəbəkəsi yaratmağa cəhd edir. Bu məlumatı “Teleqraf” qəzeti yayıb. Məlumata görə, London SVR-i QRU-dan daha təhlükəli və peşəkar sayır və SVR-in ölkə ərazisini Rusiya kəşfiyyatı üçün plasdarm edəcəyindən narahatdır.

Rusiya “Bal” gəmi əleyhinə raket komplekslərindən sınaq atışları həyata keçirib. Komplekslərlə təlim Krımda baş tutub.

Qeyd edək ki, ötən gün ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Ford MakHenri" desant gəmisi 22-ci dəniz ekspedisiya qrupu ilə birgə Qara dənizə daxil olub.

Əgər prezident seçilməsəydim, Şimali Koreya ilə Asiyada böyük bir müharibənin içində olacaqdıq. Bunu Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Tramp bildirib.

Koreya yarımadası probleminin həlli ilə bağlı danışıqların dalana dirəndiyi barədə iddialarla razılaşmayan Tramp danışıqların çox yaxşı getdiyini deyib.

“Baxın, raketlər yoxdur, heç bir şey yoxdur, işlər çox yaxşı gedir”, - prezident vurğulayıb.

Pxenyana qarşı sanksiyaların davam edəcəyini söyləyən Tramp Şimali Koreya lideri Kim Çen Inla ikinci görüşü üçün ölkənin axtarıldığını söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm