• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

İrəvanı təşvişə salan dostluq: Harada ki, erməni var... - ŞƏRH

İrəvanı təşvişə salan dostluq: Harada ki, erməni var... - ŞƏRH

“Dünya ictimaiyyəti bunu bilməlidir: regionda Ermənistan tərəfindən törədilən hadisələr onu göstərir ki, onlar haqqında ciddi düşünmək lazımdır”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov səsləndirib.

Qazaxıstan-Azərbaycan münasibətlərinin Ermənistanda yaratdığı təşviş və bu təşvişin səbəb olduğu təxribatlar haqqında danışan millət vəkili bildirib ki, ermənilər Azərbaycanı və onun dostlarını incitmək üçün fürsət axtarır:

“Qazaxıstanla Azərbaycan arasındakı iqtisadi və diplomatik münasibətlər, həm qazaxların, həm də Azərbaycan xalqının mənafeyini ifadə edən maraqların birgə qorunması və qarşılıqlı dəstək Ermənistanı qıcıqlandırır. Ona görə də erməni xalqı hər zaman Azərbaycanı və onun dostlarını incitmək üçün fürsət axtarır. Bu məqsədlə müxtəlif qarışıqlıq yaradıb təxribatlar törədirlər. Bununla kifayətlənməyib, özlərini yazıq millət kimi göstərməyə çalışırlar. Bununla nail olmaq istədikləri məqsəd isə özlərini etnosların hədəfi göstərmək cəhdləridir. Harada ki, erməni var, orada terror var, qan var, xaos var. Bunu biz illərdir ki, bilirik. Azərbaycan xalqı ermənilərin hər üzü ilə tanışdır. Azərbaycan ötən əsrin əvvəllərində ermənilərə yurd verdi, kömək etdi. Lakin bunun qarşılığında azərbaycanlılara qarşı kütləvi terror aktları törədilməyə başlandı. Eyni zamanda, Azərbaycanın yanında olan dövlətlərdə də bu kimi hadisələri təkrar etdilər.

Qazaxıstanın Karaqanda şəhərində baş verən qətl hadisəsi 1988-ci il Sumqayıt hadisələri ilə müqayisə edilir. Fikir verin, hadisə harada olub? Ermənilərin kafesində. Kim qətlə yetirib? Ermənilər. Məsələ isə burasındadır ki, bu cinayətin arxasında Ermənistan rəhbərliyi dayanıb. Onlar Qazaxıstanı gözdən salmaq, eyni zamanda isə öz törədiklərini digər xalqların üzərinə atmaq istəyirlər. Dünya ictimaiyyəti üçün də məsələ bəllidir. Sadəcə olaraq, Ermənistan öz pisliklə dolu xislətindən əl çəkə bilmir”.

Zümrüd

Xəbər lenti

DAHA ÇOX XƏBƏR