Paşinyanın QARANLIQ GƏLƏCƏYİ: Putin, Nazarbayev və Lukaşenko anladı ki...
Bizi izləyin

Nida Təhlil

Paşinyanın QARANLIQ GƏLƏCƏYİ: Putin, Nazarbayev və Lukaşenko anladı ki...

2019-cu ildə KTMT-nin yeni baş katibliyinə kimin təyin olunmasından asılı olmayaraq, Nikol Paşinyanla bağlı Moskvada uyğunsuz tərəfdaş, hər şeyin gözlənilməsinin mümkün olduğu obrazı yaranıb. Rusiya mətbuatına danışan məmurlardan biri Paşinyanın sistem adamı və dövlət xadimi olmadığını deyib.

Bəs Paşinyanın təşkilat tərəfdaşlarında belə təəssürat yaratmasının səbəbi nədir?

Bu səbəbləri Publika.az-a politoloq Qabil Hüseynli açıqlayıb.

Politoloq bildirib ki, Nikol Paşinyanın beynəlxalq aləmdə nüfuz qazanmamasının səbəbləri odur ki, demokratik şüarlarla, “Məxməri inqilab”ın şüarları ilə hakimiyyətə gəlib, amma rejimin formasının dəyərlərini özündə əks etdirə bilmir:

“Yəni onun dediyi fikirlərlə praktik addımlar arasında həddən artıq böyük fərq var. Bu, bəlkə də, Ermənistan cəmiyyətinə aydın deyil. Amma müəyyən dövr keçəndən sonra şəxsiyyət, siyasi xadim kimi nə qədər cılız olduğu və davranışlarında nə qədər bəsitlik gizləndiyini görəcəklər. Rusiya, Belarus, Qazaxıstan prezidentləri çox təcrübəli insanlardır və onlar Nikolun hansı səviyyəyə, dünyagörüşünə, siyasi təcrübəyə malik olduğunu ilk görüşdən də anlayıblar. Qazaxıstan və Belarus üçün Paşinyanın əhəmiyyəti və dəyəri o qədər də böyük önəm kəsb eləmir. Amma Rusiyanı maraqlandırır. Hər zaman Ermənistanın dəstək verdiyi, arxasında durduğu və dövlət kimi formalaşmasında, dövlət formasının qorunub saxlanmasında böyük rolu olan Rusiya indi başqa proqnozlar üzərində düşünür. Rusiya hesab edir ki, onun müdafiə etdiyi bir ölkə naxələf çıxa bilər, öz böyük qardaşının üzünə ağ ola bilər. Öz xalqını da başqa istiqamətə çəkib gözlənilməz addımlara məruz qoya bilər. Bu mənada, Paşinyanın işinə birbaşa müdaxilə etməyi düşünməsə də, Rusiyada kifayət qədər həyəcan var.

İndi Rusiyanın da vəziyyəti kifayət qədər düşündürücüdür. Xüsusilə, son zamanlar prezident Vladimir Putinin reytinqinin kəskin şəkildə aşağı düşməsi onu narahat edir. Rus cəmiyyətinin xarakterini yaxşı bilən Putin isə müəyyən lokal müharibə, yaxud bəlli bir ölkəni udub öz içində əritmək haqqında düşünür ki, nüfuzunu bərpa etsin. Üzdə Belarusla yaxşı münasibətləri olduğu görünən Rusiyanın, əslində, bu ölkəni öz tərkibinə qatması haqqında mediada iddialar səsləndirilir. Hər halda, Putin yaxşı başa düşür ki, cəmiyyətin rifah halını birdən-birə yaxşılaşdıra bilməz. Kəskin islahatlara gedə bilməz. Bu nöqteyi-nəzərdən Putin militarist addımlarla rus xalqını məmnun etməyə çalışır. Əgər bu məsələ mətbuat səviyyəsində müzakirə edilirsə, demək bu məsələlər ətrafında cəmiyyəti də, siyasi elitanı da düşündürən məqamlar var. Putin bu eksperimentini Belarus və Ukrayna üzərində, həmçinin Ermənistan kimi cırtdan bir ölkə üzərində də həyata keçirə bilər. Rusiya bu missiyanı Ermənistana təhdid formasında istifadə edə bilər”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm