Rusiyadan Ermənistana BÖYÜK TƏZYİQ: 5 rayonun qaytarılması və Rusiya ordusunun...
Bizi izləyin

Nida Təhlil

Rusiyadan Ermənistana BÖYÜK TƏZYİQ: 5 rayonun qaytarılması və Rusiya ordusunun...

“ABŞ və Böyük Britaniya Ermənistanda yüksək fəallıq göstərir. Bu neqativ haldır. Çünki Rusiya ilə hərbi əməkdaşlığın itirilməsi avtomatik olaraq Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə nəticələnəcək. Ermənistanın indiki hakimiyyəti bunu anlamır”. Bu iddia ilə ermənipərəst mövqeyi ilə tanınan rusiyalı hərbi ekspert Vladimir Yevseyev çıxış edib.

Yevseyev bildirib ki, Dağlıq Qarabağda müharibənin alovlanması toqquşmaların Azərbaycan-Ermənistan sərhədinə də keçməsi ilə nəticələnə bilər.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən siyasi şərhçi Natiq Miri bildirib ki, bu cür açıqlamaları Rusiyanın Ermənistanın yeni hökumətinə təzyiq xarakteri kimi dəyərləndirmək daha doğru olar:

“Fikir verirsinizsə, bu tip açıqlama və analizlərdə təhdid və hədə xarakteri var. Politologiyanın işi hadisələri şərh etmək və konkret proqnozlar verməkdir. Əgər verilən proqnozlar hadisələrdə özünü doğrultmazsa, bunun, bilavasitə, yenə səbəblərini açıqlamaq lazımdır. Lakin bu cür açıqlamlarda hədə notları daha qabarıqdır. Mənə elə gəlir, bu da Kremlin siyasətinin davamıdır. Azərbaycan ictimaiyyəti isə belə açıqlamalara laqeyd yanaşmalıdır. Çünki hansısa ölkənin Azərbaycanın işğal olunmuş torpaqlarını nimçədə gətirib verəcəyi düşüncəsi xalqın başının altına yastıq qoymaq kimidir. Mən bunu heç də doğru hesab etmirəm. Çünki qanla verilmiş torpaqlar qanla alınır. Qanla verilmiş torpaqları siyasi yolla, ədalətli şəkildə kiminsə vasitəsilə almaq utopiyadır. Həqiqətən də, dünyanın nizamı Ermənistan kimi xristian dövlətlərinin əlindədirsə, bu gün dünya siyasətinin axarını xristian dövlətləri müəyyən edirsə, bu cür ədalətli yanaşmadan söhbət gedə bilməz.

Ola bilsin ki, hansısa məqamlarda Rusiya öz maraqları kontekstində çıxış etsin. Əgər Rusiyanın Azərbaycana təklif edəcəyi nəsə varsa, mütləq mənada bunun arxasında bizdən istəyəcəkləri də var. Bu məqama da diqqət etmək lazımdır. Çünki Rusiyanın istəkləri Azərbaycanın suveren hüquqlarını tapdaya bilər. Bu gün 5 rayonun Azərbaycana qaytarılmasından söhbət gedir. Lakin bu münaqişənin arxasında dayanan Rusiyanın ordusunun Qarabağda yerləşdirilməsini, nədənsə, görmək istəmirlər. Unutmaq lazım deyil ki, Dağlıq Qarabağda kimin ordusu yerləşəcəksə - hansı missiya ilə olur-olsun – Qarabağ da həmin dövlətin olacaq. Biz bunu praktiki olaraq, bütün təcrübələrdə görmüşük. Azərbaycanda da, Gürcüstanda da, Rusiyanın yaratdığı münaqişələrdə də müşahidə etmişik. Mənə elə gəlir ki, Azərbaycan bu məsələdə ən çox özünə güvənməlidir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm