Kəşfiyyatdan sensasiyalı İDDİA, Azərbaycan təkcə YEDDİ RAYONU... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Kəşfiyyatdan sensasiyalı İDDİA, Azərbaycan təkcə YEDDİ RAYONU... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

ABŞ Dövlət Departamentinin keçmiş məsləhətçisi Pol Qobl Ermənistan mediasına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivindən danışıb. ABŞ qoşunlarının Suriyadan çıxarılması başlanılıb. Suriya hakimiyyəti Türkiyənin müdaxiləsinə qarşı PKK/YPG terror təşkilatı ilə təmasa keçib. Türkiyənin Suriyanın şimalında həyata keçirməyi planlaşdırdığı əməliyyata hazırlıq davam edir. Avropa İttifaqı İran kəşfiyyatına qarşı sanksiyalar tətbiq etmək qərarı qəbul edib. İranın ali dini lideri Ayətullah Əli Xamenei Tehranda ABŞ-ı hədəfə alan çox sərt açıqlamalar verib. Balkanlarda Rusiya və Qərb arasında yeni münaqişə alışa bilər. Moskva və Minsk arasında münasibətlər pisləşməkdədir. Moskva yaxın zamanlarda ABŞ-la silahlanmaya nəzarətlə bağlı dialoqu yeniləmək istəyir.

Azərbaycan, Dağlıq Qarabağ

“Moskva əvəzini Azərbaycandan ala biləcəyinə əmin olanda Ermənistanı satacaq”. Bu barədə ABŞ Dövlət Departamentinin keçmiş məsləhətçisi, Vaşinqton İnstitutunun professoru, məşhur politoloq Pol Qobl Ermənistan mediasına müsahibəsində deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

2018-ci ilin 1 yanvar tarixindən 10 noyabr tarixinə qədər Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşdirilmiş erməni hərbi birləşmələri qeyri-döyüş şəraitində böyük itkilər verib. “Tert.am” saytı rəsmi statistikalara əsaslanaraq, itkilərlə bağlı araşdırma aparıb. Erməni şərhçi Sarkis Artsruni bu statistikanın faciəli olduğunu qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə edəcək. Bunu ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Vyanada brifinq zamanı deyib.

O qeyd edib ki, ATƏT regionunda və ümumiyyətlə, bütün dünyada əsas problemlər daha çox əməkdaşlıq və dialoq aparılmasını tələb edir:

“Slovakiya 2019-cu ildə ATƏT-də sədrliyi zamanı tərəfdaş və vasitəçi rolunda ədalətli olmaq istəyir. Biz diqqətimizi münaqişələrin həllində vasitəçilik və münaqişələrin qarşısının alınması, həmçinin onların insanlara təsiri məsələlərinə cəmləyəcəyik. Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə etmək istiqamətində işimizi davam etdirəcəyik”.

“ABŞ və Böyük Britaniya Ermənistanda yüksək fəallıq göstərir. Bu neqativ haldır. Çünki Rusiya ilə hərbi əməkdaşlığın itirilməsi avtomatik olaraq Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə nəticələnəcək. Ermənistanın indiki hakimiyyəti bunu anlamır”. Bu barədə ermənipərəst mövqeyi ilə tanınan rusiyalı hərbi ekspert Vladimir Yevseyev deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dünyada gərginliyin olduqca yüksək olmasına baxmayaraq, Moskvada və Nyu-Yorkda analitiklər 2019-cu ildə xoş sürprizlərin olacağını proqnozlaşdırırlar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasındakı ritorikada gərginliyin azalması müşahidə olunur və bu da sülh prosesinin yenidən başlanmasını mümkün edir”. Bunu Cənubi Qafqaz regionu üzrə ekspert, britaniyalı jurnalist Tomas de Vaal bildirib.

O, münaqişənin həlli ilə bağlı vəziyyətin inkişaf etdiyini deyib: “Münaqişə tərəfləri arasında kəskin ritorikanın müəyyən dərəcədə azalmasını görürəm. Ermənistanın yeni hökuməti münaqişənin həlli ilə bağlı düşüncələrini yeniləyə bilər. Tərəflər arasında təmaslar artıb. Lakin təəssüflər olsun ki, hər iki tərəfin mövqeyi dramatik dərəcədə bir-birinə əksdir. Mövqelər bir-birindən olduqca uzaqdır. Münaqişənin həllinə hələ böyük yol var”.

Tomas de Vaal Dağlıq Qarabağ münaqişəsinin mərhələli şəkildə həll olunmasının tərəfdarı olduğunu vurğulayıb.

Türkiyə, İran, Yaxın Şərq

Ankarada səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonla yanvarın 8-də danışıqların gedişatında ABŞ qoşunlarının Suriyadan çıxarılmasından sonra bu ölkədəki Amerika bazalarının gələcəyi müzakirə edilib. Bu haqda Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonla görüşməkdən imtina edib. Bolton Ərdoğanın sözçüsü İbrahim Kalınla görüşdükdən sonra ölkəsinə dönüb.

Xatırladaq ki, Bolton İsraildə olarkən ABŞ qoşunlarının Suriyadan çəkilməsi ilə bağlı Türkiyəyə ultimatum göndərib. Onun sözlərinə görə, amerikalı hərbçilər Suriyanı Suriya kürdlərinin təhlükəsizliyi müdafiə olunduqdan sonra tərk edəcəklər. Boltonun sözlərinə görə, ABŞ Türkiyədən zəmanət istəyir ki, ABŞ-ın müttəfiqi, kürdləri təhlükə gözləməyəcək.

O, həmçinin qeyd edib ki, Türkiyə Suriyada istənilən hərbi əməliyyatı Vaşinqton ilə razılaşdırılmalıdır.

Türkiyə prezidenti isə bu açıqlamalara sərt reaksiya verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Hərbi hərəkat üçün hazırlıqları tamamladıq. Çox yaxında Suriya torpaqlarındakı terrorçu qrupları zərərsizləşdirmək üçün hərəkətə keçəcəyik. Bu haqda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında bildirib.

Prezident PKK terror təşkilatının İŞİD-ə qa mübarizə apardığı barədə deyilənlərin böyük bir yalan olduğunu deyib.

Türkiyənin müdafiə naziri Hulusi Akar, Baş qərargah başçısı Yaşar Gülər və Quru Qüvvələrinin komandanı Ömər Dündar yanvarın 11-də Suriya sərhədində yerləşən Şanlıurfaya gediblər. Hərbi səlahiyyətlilər Suriyanın şimalında həyata keçirilməsi planlaşdırılan əməliyyata hazırlığın gedişatı ilə maraqlanıblar.

“Qarşımızda Münbiç, Fəratın şərqi var. Bununla əlaqədar olaraq lazımı planlar həyata keçirilib, hazırlıqlar geniş şəkildə davam edir”, - Hulusu Akar deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa ABŞ-ın Suriyadakı ortaqlarını qoruyacağına dair söz verib. Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

Qeyd edək ki, ABŞ Türkiyə Silahlı Qüvvələrinin Münbiç və Fərat çayının şərqində yerləşən terrorçulara qarşı hərbi əməliyyat keçirməsindən, oradakı müttəfiqi YPG təşkilatının taleyindən narahatdır.

Türkiyə Silahlı Qüvvələri böyük hərbi təlimə hazırlaşır. TSQ ilk dəfə Türkiyəni əhatə edən bütün dənizlərdə nəhəng təlimlərlə güc nümayişi edəcək.

27 fevral-3 mart tarixləri arasında 462 min km ərazidə baş tutacaq “Mavi vətən” təlimlərinə Hərbi-Dəniz Qüvvələri ilə yanaşı, Quru və Hava Qüvvələri də qatılacaq. Yunanıstanın türk ordusuna həqarətli sözlərinin cavabı olaraq aparılacaq təlimlər rəsmi Afinanın iddia etdiyi mübahisəli bölgələri də əhatə edir.

“Mavi vətən 2019” eyni zamanda, Aralıq dənizində bir müddətdir ki, təlimlər keçirən Misir, Yunanıstan, İsrail və Cənubi Kiprə göz dağı olacaq.

Türkiyə “S-400” zenit-raket komplekslərindən imtina barədə şərti irəli sürülərsə, ABŞ-dan “Patriot” sistemləri almayacaq. Bu haqda NTV telekanalının efirində Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.

“Türkiyə gələcəkdə “Patriot” sistemlərini əldə edə bilər, amma bunu “S-400”-lərdən imtina şərti irəli sürülməsi halında mümkün hesab etmir”, - Çavuşoğlu deyib.

ABŞ-ın çətiri altında Suriyaya hərbi birliklər göndərən, amma istədiklərini əldə edə bilməyən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir fətvadan istifadə etməyə başlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriya hakimiyyəti Türkiyənin müdaxiləsinə qarşı PKK/YPG terror təşkilatı ilə təmasa keçib. Bu haqda Suriya xarici işlər nazirinin müavini Faysal Mekdad bildirib.

İrana qarşı təzyiqləri ikiqat artıracağıq. Bunu İordaniyada jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Siz yaxın həftələrdə bizim İrana qarşı real təzyiqlər üçün diplomatik və kommersiya səylərimizi ikiqat artıracağımızı görəcəksiniz. Biz bununla qarşımıza qoyduğumuz hədəfə çatmağı planlayırıq”, - deyə o bildirib.

Suriyadakı kürd hərbi dəstələri Rusiyaya müraciət edərək Suriya hökumətiylə müqavilə imzalanmasına yardım etməsini istəyiblər. Bu məlumatı “Vaşinqton Post” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet kürdlərin bunun sayəsində Türkiyə tərəfindən olacaq hücumun qarşısını almağa çalışdıqlarını bildirib.

ABŞ-ın çətiri altında Suriyaya hərbi birliklər göndərən, amma istədiklərini əldə edə bilməyən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir fətvadan istifadə etməyə başlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yanvarın 11-də ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyadakı qüvvələrindən bəzilərinin geri çəkilməsinə başladığını açıqlayıb. “Anadolu” agentliyinin Suriyadakı müxbirinə açıqlama verən adının gizli qalmasını istəyən səlahiyyətli informasiyanı təsdiq edib. Lakin geri çəkilən qüvvələrinin hansı olduğu və hansı bölgələrdən göndəriləcəyi haqqında bilgi verilməyib.

Amerikanın CNN televiziyası isə ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) geri çəkilmək əməliyyatlarında istifadə olunacaq gəmi və təyyarələri müəyyənləşdirdiyini açıqlayıb.

Qeyd edək ki, Pentaqon qüvvələrinin Suriyadan çəkiləcəyini ABŞ prezidenti Donald Tramp 19 dekabr 2018-ci il tarixində açıqlamışdı.

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyənin Suriyada terror təşkilatlarına istiqamətli planlaşdırdığı əməliyyat öncəsi qalmaqal yaradacaq açıqlama verib. Zaxarova rəsmi Dəməşqlə YPG terror təşkilatı arasında dialoq qurulmasının əhəmiyyətli olduğunu bildirib.

“2018-ci ilin dekabrında ABŞ prezidenti Donald Tramp Suriyadan çəkiləcəklərini açıqladı. Bu baxımdan, YPG-nin Suriya hökuməti dialoq qurması xüsusi əhəmiyyət daşıyır. Çünki YPG, dəfələrlə qeyd etdiyimiz kimi, Suriya cəmiyyətinin əhəmiyyətli bir parçasıdır və kürdlərin olduğu bölgələrin yenidən Suriya hökumətinin nəzarətinə keçməsi Suriyanın qonşularına yönəlik təhlükəsizlik risklərini aradan qaldıracaq”, - Zaxarova brifinqdə deyib.

ABŞ-ın Suriyadan çəkilmə qərarını doğru adlandıran Zaxarova ABŞ əsgərlərinin boşaldacağı bölgələrin Suriya hökumətinin nəzarətinə verilməli olduğunun vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi ABŞ prezidenti Donald Trampın “İran bizimlə masaya oturmaq istəyir” şəklində bəyanatına cavab verib. O, nüvə sazişindən çıxmasından sonra İranı yeni müzakirələrə məcbur etməyə çalışdığını, lakin Tehranın bundan imtina etdiyini bildirib.

İranın illərdir ABŞ-ın təzyiq və sanksiya siyasətinə qarşı dayandığını Trampın yaxşı bildiyini söyləyən Qasımi qeyd edib ki, Ağ Evin başçısı İran xalqının ABŞ-ın təzyiqlərinə boyun əyməyəcəyini bilməlidir.

Qeyd edək ki, ABŞ prezidenti bazar günü etdiyi şərhində nüvə razılaşmasından çəkildikdən sonra İrana tətbiq etdiyi sanksiyaları qiymətləndirmiş və İranın danışıqlar masasına oturmaq istədiyini bildirmişdi.

“Onların vəziyyəti çox yaxşı deyil. Bizimlə masaya oturmaq istəyirlər”, - o söyləmişdi.

Daha əvvəl isə İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib ki, ABŞ administrasiyasının nümayəndələri dəfələrlə İran tərəfinə danışıqları yeniləməyi təklif ediblər. Onun sözlərinə görə, Əfqanıstanda səfərdə olarkən Vaşinqton danışıqlara yenidən başlamaq üçün ona iki dəfə təklif edib.

ABŞ-ın Suriya strategiyası çöküb. Bunu İran Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Tehranda keçirilən Qərbi Asiya Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

O, İŞİD-in Suriyada məğlub edilməsində ABŞ-ın heç bir rolunun olmadığını söyləyib:

“ABŞ indi Fəratın şərqində ziddiyyətli bir vəziyyətlə qarşı-qarşıyadır. Mövcud şərtlər ABŞ-ın Suriyadan çıxmasını şərtləndirir. 2019-cu ildə ABŞ bölgədən çəkilməyə başlayacaq. Eyni zamanda bu formada Bəsrə körfəzindən də çəkilməyə məcbur qalacaq”.

İranın ali dini lideri Ayətullah Əli Xamenei Tehranda ABŞ-ı hədəfə alan çox sərt açıqlamalar verib. Dini lider bəzi amerikalı səlahiyyətliləri “birinci sinif axmaqlar” adlandırıb.

Avropa İttifaq (Aİ) İran kəşfiyyatına qarşı sanksiyalar tətbiq etmək qərarı qəbul edib. Bu haqda Danimarkanın xarici işlər naziri Anders Samuelsen tvitter hesabından bildirib.

Onun sözlərinə görə, qərar İranın Avropadakı bəzi şəxslərə sui-qəsd planlaşdırması ilə bağlıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Tehran Avropa Birliyinin İran vətəndaşlarına qarşı sanksiyalarına cavab verəcək. Bunu Teleqram səhifəsində İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi paylaşıb. O, İrana qarşı iddiaların əsassız olduğunu deyib.

Qeyd edək ki, AB bundan öncə iki İran vətəndaşı və İran Kəşfiyyat Nazirliyinin strukturunu terrorçular siyahısına daxil edib. Onlar Avropa ərazisində terrora cəhddə ittiham edilib.

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Skripal insidenti ilə əlaqədar Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) əməkdaşlarının Londondan çıxarılmasından sonra Britaniyada yeni casus şəbəkəsi yaratmağa cəhd edir. Bu məlumatı “Teleqraf” qəzeti yayıb. Məlumata görə, London SVR-i QRU-dan daha təhlükəli və peşəkar sayır və SVR-in ölkə ərazisini Rusiya kəşfiyyatı üçün plasdarm edəcəyindən narahatdır.

Rusiya “Bal” gəmi əleyhinə raket komplekslərindən sınaq atışları həyata keçirib. Komplekslərlə təlim Krımda baş tutub.

Qeyd edək ki, ötən gün ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Ford MakHenri" desant gəmisi 22-ci dəniz ekspedisiya qrupu ilə birgə Qara dənizə daxil olub.

Yaponiya Rusiyayla sülh müqaviləsi haqqında danışıqlar prosesində Cənubi Kuril adaları ilə bağlı hər hansı kompensasiyalar tələb etmək hüquqlarından qarşılıqlı olaraq imtina etməyi təklif etmək niyyətindədir. Bu haqda “Yomiuri” qəzeti bildirib.

Yaponiya daha əvvəllər adaları tərk etməyə məcbur olan vətəndaşları üçün tələb edirdi. Onların sayı 6 mindən çoxdur. Bildirilir ki, Yaponiya hökuməti Moskva ilə danışıqları ağırlaşdırmamaq üçün kompensasiya tələbindən imtina etməyə hazırdır.

Moskva yaxın zamanlarda ABŞ-la silahlanmaya nəzarətlə bağlı dialoqu yenilmək istəyir. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Yaxın zamanlarda ABŞ-la silahlanmaya nəzarətlə bağlı dialoqu yenilmək istəyərdik. Biz bunun üzərində çalışırıq. Biz hələlik hansısa qrafik və ya razılaşdırılmış tədbir barədə məlumat verə bilmərik”, – deyə o bildirib.

Məhz Rusiya prezidenti Vladimir Putin “soyuq müharibə” bitdikdən sonra NATO-nun yaşamasına “yeni səbəb” verdi. Bu haqda Mərkəzi Kəşfiyyat idarəsinin sabiq başçısı, İstefaya çıxmış general Devid Petreus bildirib.

MKİ-nin keçmiş rəhbəri hesab edir ki, əslində Vladimir Putin “soyuq müharibə”dən sonra NATO üçün “ən böyük hədiyyədir”.

ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanaxan F-35 təyyarəsini sərt tənqid edib. Bu məlumatı “Politiko” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.

Məlumata görə, Pentaqonun yüksək vəzifəli rəsmiləri ilə görüşdə Şanaxan F-35 layihəsinin uğursuzluğa düçar olduğunu və “Lokhid Martin” şirkətinin bu proqramı artıq necə reallaşdıracağını bilmədiyini deyib. Şanaxan həmçinin proqramın gerçəkləşdirilməsi üçün nəzərdə tutulan maliyyənin ABŞ-ın təmin edə bilməyəcəyi səviyyədə olduğunu bildirib.

Rusiya ilə danışıqlarda söhbət iki dövlətin birləşməsindən getmir. Bu haqda Minskdə müşavirədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Qərb istiqamətində yeganə müttəfiqini itirə bilər. Bu haqda Minskdə müşavirədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Moskva Lukaşenkonun təhdidlərinə cavab verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ və Çin “dördölçülü” silahlara sahib olub. Bu haqda amerikalı istefada olan general-mayor Hovard Tompson “The Hill” üçün qələmə aldığı məqaləsində yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Balkanlarda Rusiya və Qərb arasında yeni münaqişə alışa bilər. Belə qənaətə “Business Insider Deutschland” nəşrində siyasi şərhçi Andreas Baumer gəlib.

Onun sözlərinə görə, 2018-ci ilin ikinci yarımilliyində Avropa İttifaqı Şurasına rəhbərlik edən Sebastyan Kurs Qərbi Balkanları Brüselə yaxınlaşdıra bilərdi, ancaq o, buna müvəffəq olmadı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dünyada üçüncü minilliyin əsas təhlükəsi – Putin Rusiyasının təcavüzünə qarşı silah var. Bunu “Apostrof” nəşrinə müsahibəsində Krım məsələləri üzrə ekspert, “BlackSeaNews” portalının baş redaktoru Andrey Klimenko bildirib. Ekspert hesab edir ki, bütün mədəni dünyada Putin Rusiyasının dayandırılmasının iki üsulu var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya böhranı

Əgər prezident seçilməsəydim, Şimali Koreya ilə Asiyada böyük bir müharibənin içində olacaqdıq. Bunu Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Tramp bildirib.

Koreya yarımadası probleminin həlli ilə bağlı danışıqların dalana dirəndiyi barədə iddialarla razılaşmayan Tramp danışıqların çox yaxşı getdiyini deyib.

“Baxın, raketlər yoxdur, heç bir şey yoxdur, işlər çox yaxşı gedir”, - prezident vurğulayıb.

Pxenyana qarşı sanksiyaların davam edəcəyini söyləyən Tramp Şimali Koreya lideri Kim Çen Inla ikinci görüşü üçün ölkənin axtarıldığını söyləyib.

Ukrayna

Ukrayna Avropa Birliyi və NATO-ya yaxın 5 ildə üzv olmayacaq. Bunu “1+1” televiziyasında çıxışı zamanı Ukrayna Xarici İşlər naziri Pavel Klimkin deyib. O, buna səbəb kimi ölkənin daxilindəki vəziyyəti göstərib:

“Əgər kimsə bizim AB və NATO-ya bir, ya da iki il sonra üzv olacağımızı desə, inanmayın. Bu, təmiz yalandır. Əgər kimsə 30 il sonra desə, ona da inanmayın. Ona görə ki, təcrübə hər şeyin əksini deyir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm