Nida Təhlil
Beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular? - ŞƏRH
Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev 2018-ci ili hərtərəfli dinamik inkişaf edən, dərin islahatlar və sabitlik ili kimi xarakterizə etdi. Bu qiymətləndirmə əslində 2015-2017-ci illərdə həyata keçirilən islahatlardan sonra ölkə iqtisadiyyatının yeni dinamizmə və inkişafa qədəm qoyması kimi səciyyələndirilməlidir. Çünki iqtisadiyyat ümummilli inkişafın əsas hərəkətverici qüvvəsi olmaqla digər bütün sektorların inkişafını da şərtləndirir. Lakin bu da məsələnin hamısı deyil. Müstəqil iqtisadi münasibətlər sisteminə malik ölkə həm də müstəqil xarici siyasət həyata keçirmək gücünə malik olur ki, bu da hazırkı mürəkkəb beynəlxalq münasibətlər sistemində milli maraqları qorumaq baxımından olduqca əhəmiyyətlidir. Ona görə də Prezident İlham Əliyev çıxışının əvvəlində diqqəti bu məsələyə çəkərək qeyd etdi ki, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycan hərtərəfli və dinamik inkişaf etməyə nail olub.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
"Bu fikirlər həm dünyada və regionda baş verən prosesləri düzgün qiymətləndirməyimiz baxımından, həm də bütün bunlara baxmayaraq, ölkəmizin bu şərtlər içərisində qazanılan nailiyyətləri necə əldə etməsi üçün olduqca qiymətlidir. Heç şübhəsiz ki, belə ağır şərtlər içərisində inkişafı təmin etmək üçün çox ciddi iqtisadi konsepsiyaya və xarici siyasətdə dərin siyasi strategiyaya malik olmaq lazımdır ki, iqtisadi və siyasi maraqlarımızı təmin edə bilək. Qısaca qeyd etmək lazımdır ki, Azərbaycan 2018-ci ildə öz milli maraqlarını tərəfdaş ölkələrin maraqları ilə uzlaşdırmağı bacararaq mühüm nailiyyətlər əldə edib", - o deyib.
Milli Məclisin deputatı qeyd edib ki, bu kontekstə Prezident İlham Əliyev, ilk növbədə, regionların inkişafı ilə bağlı həyata keçirdiyi dövlət proqramlarına toxunaraq növbəti ildə də belə bir proqramın qəbul ediləcəyini söylədi. Çünki iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin təmin olunması və iqtisadiyyatın coğrafi diferensiallaşdırılması baxımından bu, olduqca vacib komponentdir. Regionlarımızda ötən illər ərzində həyata keçirilən yol–nəqliyyat və digər kommunikasiya layihələri münbit sərmayə mühiti yaradıb ki, bu da investorların diqqətini cəlb edib. Ona görə də qeyri-neft sektorunun inkişafında regionlarımızda formalaşan aqrar və yüngül sənaye xüsusi iqtisadi çəkiyə sahib mühüm komponent kimi çıxış edir.
Əlbəttə, güclü iqtisadiyyat, hər şeydən əvvəl, qüdrətli ordu yaratmağımızı və onu ən müasir hərbi texnika və avadanlıqla təchiz etməyimizi təmin edib ki, bu da Günnüt döyüşlərində 11 min hektardan çox ərazimizi erməni işğalından azad etməyə və Ermənistanın regionlarını birləşdirən mühüm strateji yolu nəzarət altına almağımıza şərait yaradıb. Ali Baş Komandanımız bu məsələyə də toxunaraq bildirdi ki, Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Sadəcə, danışıqlara ümid olduğu üçün biz danışıqlar yolunu hələ ki, əsas vasitə kimi görürük. Ancaq, eyni zamanda, hərbi gücümüzü də artırırıq. Döyüş qabiliyyətimizlə bağlı keçən il aparılan işlər əlbəttə ki, çox yüksək qiymətə layiqdir.
H.Babaoğlu qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və işğalçı Ermənistanın hazırkı vəziyyətinə dair məsələləri diqqətə çatdıran Prezident İlham Əliyev bu məsələdə beynəlxalq təşkilatların fəaliyyətini qiymətləndirərkən onların fəaliyyətini haqlı olaraq tənqid etdi. Bildirdi ki, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürdü. Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər. Axı, son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməyib?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Bu fikirlər adıçəkilən təşkilatların yarıtmaz fəaliyyətinə verilən qiymət olmaqla həm də əslində onların, heç olmasa, bundan sonra ədalətli və obyektiv mövqe tutmaları üçün bir çağırışdır.
Azərbaycanın bundan sonra da prinsipial mövqeyində qalacağını bildirən Ali Baş Komandan, Prezident İlham Əliyev qeyd edib ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu sözlər işğalçı Ermənistana və onun havadarlarına verilən sərt ismarıc olmaqla Ermənistanın yalnız Azərbaycan torpaqlarını işğaldan azad etməsindən sonra inkişaf edə biləcəyi gerçəyinin ifadəsidir.
Deputat deyib ki, ümumilikdə 2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzunun artması, işğalçı ölkə istisna olmaqla bütün qonşu ölkələrlə olduqca mühüm əməkdaşlıq sazişlərinin imzalanması, Avropa İttifaqı, NATO və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıqda yeni bərabərhüquqlu tərəfdaşlıq imkanlarının yaradılması məsələlərini Prezident İlham Əliyev xarici siyasətimizin uğurları kimi dəyərləndirdi. Ölkəmizin həyata keçirdiyi qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallığa çevrilməsini və artıq milli iqtisadiyyatımıza real gəlirlər gətirdiyini yüksək qiymətləndirən Azərbaycan Prezidenti bu sırada Cənub Qaz Dəhlizi, Şərq-Qərb və Şimal– Cənub nəqliyyat dəhlizlərini və onların iqtisadi perspektivlərini xüsusi vurğulayaraq 2019-cu ildə daha böyük uğurlar əldə edəcəyimizi bildirdi.
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi