Rusiyadan Paşinyana ÖLDÜRÜCÜ ZƏRBƏ - Koçaryan gedişi və FANTASTİK EHTİMAL - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Rusiyadan Paşinyana ÖLDÜRÜCÜ ZƏRBƏ - Koçaryan gedişi və FANTASTİK EHTİMAL - ŞƏRH

Ermənistanda cinayət məsuliyyətinə cəlb edilən keçmiş prezident Robert Koçaryanın siyasi məhbus olduğu bəyan edilib. Bu bəyanat Koçaryan ofisinin rəhbəri Viktor Soqomonyan tərəfindən verilib. Qeyd edilib ki, onun əsas tərəfdaşlarından olan Rusiya da bu bəyanatı dəstəkləyir.

Ermənistanın ekspert dairələri isə bildirir ki, Rusiya Koçaryanın həbsdə qalması təqdirində Ermənistanda gücünü sınaya bilər. Çünki bu şəxs Rusiyanın niyyətləri üçün əhəmiyyətli fiqurdur.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən siyasi şərhçi Fikrət Sadıqov qeyd edib ki, Robert Koçaryan təbii ki, siyasi məhbus deyil, cinayətkardır:

“O, ilk növbədə, Azərbaycan xalqına qarşı cinayətlər törədib. Lakin buna görə həbs edilməyib. Onun həbsinin səbəbi Nikol Paşinyanın ondan aldığı qısasdır. Vaxtilə prezident seçkilərində Paşinyana qarşı görülən tədbirlərin əvəzində Koçaryanın aldığı cavabdır. Rusiya, əlbəttə, Koçaryanı dəstəkləyir. Bunun bariz göstəricilərindən biri Paşinyanın Moskva səfəri zamanı prezident Vladimir Putinin həbsdə olan Koçaryanın doğum gününü təbrik etməsi və Yeni il münasibətilə ona məktub göndərməsidir. Düşünmürəm ki, Rusiya sadiq tərəfdaşı Koçaryana görə Ermənistana hərbi müdaxilə edə bilər. Amma Rusiyanın hərbi variantlardan başqa vasitələri var və bu təsir vasitələrindən istifadə etməsi mümkündür. Çünki Rusiyanın İrəvanda tərəfdarları az deyil. Müxtəlif ssenarilər çərçivəsində qalmaqal yaradıb təxribatlar törətmək olar. Eyni zamanda, paralel olaraq Rusiya informasiya-təbliğat təzyiqləri də göstərə bilər. Təbii ki, bu məsələlərdə böyük və zəngin təcrübə var. Artıq bəllidir ki, Rusiya Ermənistana təbii qaz satışı ilə bağlı güzəştə getmir və ona baha qiymətə satmaq niyyətindədir. Paşinyanın Moskva səfəri nəticəsində də heç bir şey əldə olunmadı. Bu da özlüyündə bir faktdır. Bu cür müxtəlif vasitələrlə təzyiq göstərmək siyasəti hələ uzun müddət davam edəcək.

Politoloq bildirib ki, Robert Koçaryanın həbsdən çıxıb Rusiyanın dəstəyi ilə Ermənistanda hakimiyyəti yenidən ələ alması yalnız ehtimal olaraq qalacaq: “Bu, ancaq ehtimal səviyyəsində irəli sürülən fikir ola bilər. Çünki hazırda Koçaryanın və Dağlıq Qarabağ klanının tərəfdarları olduqca zəifdir. Onlar parlament seçkilərində heç beş faiz belə səs toplaya bilmədilər. Xalq da onlardan doyub və bu şəxslərə nifrət edir. Çünki Ermənistanı dalana dirəyən elə Koçaryan olub. İnanmıram ki, Koçaryan və tərəfdarlarının gücü o qədər olsun ki, hazırkı hakimiyyəti devirib yenidən hakimiyyətə gəlsin. Bu, fantastik ehtimaldır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm