Vaxt Nikolu uçuruma aparır - Ermənilər ÇÖRƏK TƏLƏB EDİR
Bizi izləyin

Nida Təhlil

Vaxt Nikolu uçuruma aparır - Ermənilər ÇÖRƏK TƏLƏB EDİR

Vaxt Nikol Paşinyanın əleyhinə işləyir və bundan sonra o, vədlərin yerinə yetirilməsi vaxtının çatdığı faktı ilə üz-üzə qalacaq.

Publika.az
xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Sarqis Artsruni yazıb.

Son səkkiz ayda Paşinyanın iki dəfə baş nazir təyin edildiyini xatırladan erməni şərhçi qeyd edir ki, birinci təyinatla ikincinin arasında əhəmiyyətli fərq var: “Paşinyan ilk dəfə baş nazir olanda kriminal oliqarxiyanın öhdəsindən gəlməli, köhnə sistemi dağıtmalı, digər tərəfdən əvvəlki parlamenti dəyişdirməli idi. Baş nazirliyinin birinci dövründə vaxt Nikol Paşinyanın lehinə işləyirdi, çünki inqilab və köhnə sistem arasında qarşıdurma dövrü idi, xüsusilə “ağlar” və “qaralar” bölgüsü cəmiyyətin ona dəstəyini təmin edirdi. İnqilabın nəticələrinin təsis edilməsi mərhələsində cəmiyyət hökumətin qarşısına iqtisadi inkişaf, yaxud islahatlar qoymurdu. Cəmiyyət üçün korrupsiyanın və iyirmi illik hakimiyyət-kriminal oliqarxiyanın qanlı cinayətlərinin ifşası əsas meyar idi. Başqa sözlə, son 8 ayda cəmiyyətin dəstəyini almaq üçün kifayət qədər əsas var idi. Təsadüfi deyil ki, İrəvan Ağsaqqallar Şurası və parlament seçkilərində “ağlar” və “qaralar” seçimi Nikol Paşinyanın “Mənim addımım” blokunun qələbələrini təmin etdi”.

Erməni şərhçi qeyd edir ki, 9 dekabrda parlament seçkiləri siyasi səhnədə dönüş nöqtəsi oldu.

“Çünki köhnə sistem ləğv edilmişdi və bundan sonra vaxt Paşinyan və onun hökumətinə qarşı işləyir. Artıq “qaralar” siyasi amil deyillər və onlara qarşı mübarizə “inqilab komandasına” dividendlər gətirməyəcək. Bundan sonra cəmiyyəti səs-küylü həbslər, yaxud ifşalarla birləşdirmək mümkün olmayacaq. Bundan sonra cəmiyyətin çörəklə təminatı mərhələsi başlayır. Cəmiyyət hökumətdən konkret nəticələr gözəyir, həyat səviyyəsinin yüksəlməsini, iqtisadi inkişafı istəyir. Lakin buna nail olmaq mümkün olacaqmı?!”, - deyə erməni şərhçi qeyd edib.

S.Artsruni Paşinyanın indiyə qədər kadr siyasəti yürüdə bilmədiyini və bunun yeni hakimiyyət üçün “axilles dabanı” olduğunu diqqətə çatdırıb: “Ötən müddət ərzində Paşinyan effektiv sistem yarada bilmədi, ümumiyyətlə, hakimiyyətin gələcək planları aydın deyil. Parlament seçkiləri hakimiyyətə qanunauyğunluğu bəxş etdi, lakin siyasi keyfiyyət yoxdur. Dünəndən etibarən vaxt Paşinyanın əleyhinə işləyir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm