• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Paşinyandan HÜCUM ƏMRİ, 2019-cu ilin yazında QARABAĞDA... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Paşinyandan HÜCUM ƏMRİ, 2019-cu ilin yazında QARABAĞDA... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Elmar Məmmədyarov həmsədrlərlə görüşüb. Erməni siyasətçi 2019-cu ilin yazında Dağlıq Qarabağda müharibənin başlanacağını proqnozlaşdırıb. Ötən il Ermənistan ordusunun 63 hərbi qulluqçusu müxtəlif şəraitlərdə ölüb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin tarixi məlum olub. Yanvarın 14-də axşam saatlarında ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Şərqi Aralıq dənizi bölgəsində təbii qazı hasilatı, istehsalı və tranziti üzrə ölkələr qrupunu birləşdirən yeni birlik qurulur.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endryu Şofer - ABŞ) ilə görüşüb. Görüşdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü sabah Parisdə keçiriləcək.

2019-cu ilin yazında Dağlıq Qarabağda müharibənin başlanmasını gözləmək olar. Bu barədə “Ərik ölkəsi” partiyasının sədri Zarui Postandjyan deyib.

Onun sözlərinə görə, bu müharibə Ermənistan ordusunda görünməmiş korrupsiya və Nikol Paşinyanın fərasətsiz xarici siyasətinin nəticəsi olacaq.

“Bugünkü hakimiyyət Qərblə danışıqlar aparmır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) əsas müttəfiqlərlə ciddi ziddiyətlərə malikdir, Rusiya ilə münasibətləri korlayır, nəticədə qazın qiyməti artdı. Bizdə milli siyasət konsepsiyası yoxdur. Qəribədir ki, seçki kampaniyası dövründə heç bir siyasi partiya bu məsələyə toxunmadı. Sonuncu dəfə bu haqda 2007-ci ildə danışılırdı, lakin o vaxtdan vəziyyət çox dəyişib”, - deyə o bildirib.

Ermənistanın “Daşnaksütyun” partiyası qurultayını Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirəcək. 16-24 yanvar tarixində keçiriləcək qurultaya 30 ölkədən 100-dən çox qonaq dəvət olunub.

Qurultayda son 4 ildə partiyanın fəaliyyəti müzakirə olunacaq, həmçinin, büronun yeni tərkibi seçiləcək.

Daşnakların qurultayı Dağlıq Qarabağda keçirməsi onların parlamentə düşməsinə imkan verməyən Nikol Paşinyan hakimiyyətinə mesaj olaraq qiymətləndirilir.

Ermənistanın keçmiş müdafiə naziri, general-polkovnik Seyran Ohanyana qarşı 2008-ci il martın 1-2-də ölkədəki Konstisusiya quruluşunu devirmək və kütləvi iğtişaşlar törətməklə bağlı ittiham irəli sürülüb. Bu haqda ölkənin Baş prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Harevik Xaçatryan bildirib.

“Seyran Ohanyana Cinayət Məcəlləsinin 300.1 maddəsi (Konstisusiya quruluşunu devirmək) ilə ittiham təqdim edilib. Onun barəsində yayayış yerini tərk etməmək barədə ehtiyat tədbiri seçilib”, - Baş prokurorluqdan məlumat veriblər.

Qeyd edək ki, daha əvvəl analoji ittihamlar ölkənin keçmiş prezidenti Robert Koçaryana təqdim edilib. O, hazırda həbsdədir.

Xatırladaq ki, 2008-ci il fevralın 19-da prezident seçkilərindən sonra rəsmi nəticələrə etiraz olaraq aksiyalar keçirilib. Təhlükəsizlik güclərinin toqquşmalarında 8 nümayişçi və 2 polis həlak oldu, 33 polis, 230 nümayişçi yaralandı.

Qeyd edək ki, ötən gün Nikol Paşinyan Ermənistanın baş naziri təyin edilib, həmçinin parlamentin sədri seçilib.

Ötən il Ermənistan ordusunun 63 hərbi qulluqçusu müxtəlif şəraitlərdə ölüb. Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, ölənləri 27-si əsgər, 23-ü müqavilə ilə xidmət edən hərbiçi, 11-si zabit, 2-si gizirdir.

Ölüm hallarının 38-si xidmət zamanı, 25-si xidmətdənkənar baş verib. 11 intihar halı qeydə alınıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərinin tarixi məlum oldu. Ərdoğan yanvarın 23-də Rusiyaya gedəcək.

Türkiyə prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə Suriya məsələsi və “S-400” zenit-raket sistemlərinin alınması da daxil olmaqla, ikitərəfli məsələləri müzakirə edəcəyi gözlənilir.

Yanvarın 14-də axşam saatlarında ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Ərdoğan amerikalı həmkarı ilə telefon danışıqlarının detallarını açıqlayıb.

O, Ərdoğan telefon söhbətində tarixi əhəmiyyətə sahib bir razılaşmanın əldə edildiyinə inandığını deyib.

“Trampın sosial şəbəkədəki hesabından verdiyi bir sıra mesajlar məni və yoldaşlarımı üzdü. Dünən faydalı bir söhbət etdik. ABŞ prezidenti Amerika əsgərlərinin Suriyadan çəkilmə qərarını təsdiqlədi. 20 mil enində təhlükəsiz zonanın yaradılması məsələsi onun tərəfindən ifadə edildi. Bu da 30 kilometrdən bir qədər çox enində olan təhlükəsiz zonadır. Suriyadakı etnik və dini fərqləri nəzərə almadan bütün qruplara qucaq açdığımızı, PKK/YPG-nin ona tabe olmayan bütün qruplara zülm etdiyini bildirdik. Bunların sənədlərini də onun məsləhətçilərinə verdiyimizi söylədik”, - Türkiyə Prezidenti Ədalət və İnkişaf Partiyasının qrup toplantısında bildirib.

Prezident əlavə edib ki, ikitərəfli ticarət həcminin 75 milyard dollara çıxarılması hədəfinə daha sürətli addımlarla irəliləməsi mövzusunda razılaşıblar.

Trampın təhdidi tarixi ”Conson məktubu”nu yada saldı.

Hərbi baxımdan Türkiyənin qarşısına çıxa bilməyən ABŞ yenə dollar silahını sarılır. Buna qarşı Türkiyənin İncirlik kartını irəli sürməsi lazımdır. Bu, ABŞ-ın geri addım atması üçün kifayətdir. Bu sözləri ABŞ prezidenti Donald Trampın Suriyanın şimali-şərqində kürd qruplaşmalarının (PYD/YPG terror təşkilatı – red.) mövqelərinə hücüm edəcəkləri halda, Türkiyəni iqtisadi zərbə ilə təhdid etməsini şərh edən ekspertlər “Yeni Akit” nəşrinə bildiriblər.

Türkiyənin Qərb vilayətlərindən gələn SAT (Türkiyə Dəniz Qüvvələri komandanlığının ən elit dəstələri sayılır –red.) komandoları və hərbi vasitələrlə yüklənilən avtomobillər Kilis üzərindən keçərək Suriyanın Münbiç bölgəsinə göndərilir. Günorta saatlarında Gaziantepdən gələn SAT komandoları və avtomobillər təhlükəsizlik tədbirləri altında Kilisə gəlib.

Onlar buradan Münbiç bölgəsinə hərəkət edəcək.

Şərqi Aralıq dənizi bölgəsində təbii qazı hasilatı, istehsalı və tranziti üzrə ölkələr qrupunu birləşdirən yeni birlik qurulur. Şərqi Aralıq dənizi Qaz Forumu adlı birlik Qahirədə işinə başlayacaq.

Rusiyanın razılığı olmadan NATO gəmilərinin Azov dənizinə daxil olması mümkün deyil. Bu sözləri Rusiya Prezident Adminitrasiyasının Krımdakı daimi təmsilçisi Georgi Muradov deyib.

“2003-cü ildə Rusiya ilə Ukrayna arasında imzalanmış müqaviləyə görə xarici ölkələrin hərbi gəmiləri Azov dənizi akvatoriyasına yalnız hər iki ölkənin razılığı ilə daxil ola bilər”, - Muradov bildirib.

Muradovun sözlərinə görə, xarici ölkələrin hərbi gəmilərinin Azova daxil olması yolverilməzdir və Moskva buna razılıq verməyəcək.

Donbasdakı konfliktin uzun onilliklər boyunca dondurulmuş vəziyyətdə qalması Kiyevdən asılıdır. Bunu “Arqumenti i Faktı” qəzetinə müsahibəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Hər şey Kiyevdən asılıdr. Əgər burada müharibə partiyası hakimiyyətdə qalsa, o zaman konfliktin bitməsi şansı yoxdur. Hazırda Ukrayna siyasi arenasında problemin dialoq yolu ilə həllinə çağırış edən qüvvə yoxdur. İşlər həqiqətən pisdir”, – deyə o bildirib.

Ömər Dağlı

Loading...
Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR