Ermənistanı məhv edən 3 amil və konkret zamanı... - Politoloqdan DƏQİQ TƏSBİT
Bizi izləyin

Nida Təhlil

Ermənistanı məhv edən 3 amil və konkret zamanı... - Politoloqdan DƏQİQ TƏSBİT

Azərbaycanın ərazisinin 20 faizini işğalı altında saxlayan Ermənistanın regionda rəsmi Bakı vətərəfdaşları tərəfindən təcrid edilməsi onu ağır iqtisadi duruma salıb. Hətta bu məngənədən qurtulmaq üçün onun yeganə çıxış yolu kimi baxdığı Rusiya da kömək əli uzatmır. İrəvan yaxşı bilir ki, ağır iqtisadi, siyasi böhrandan onu yalnız işğalçılıq siyasətindən əl çəkmək qurtara bilər.

Bəs Ermənistan bu yolu nə zamana qədər gedə biləcək?

Bu sualın cavabını Publika.az-a siyasi şərhçi Fikrət Sadıqov açıqlayıb.

Politoloq bildirib ki, bunun konkret olaraq zamanını təyin etmək çətindir: “Lakin hər halda, İrəvan onillərdir bu siyasəti aparır. Belə vəziyyət o zamana qədər davam edə bilər ki, aparıcı ölkələr Ermənistana durumu izah etsin, təzyiq göstərsin. Ermənistan beynəlxalq hüquq normalarının yerinə yetirilməsinə məcbur edilsin. Ölkənin vəziyyəti o qədər çətin, mürəkkəb hal alsın ki, nəhayət, o, çıxış yolunun razılığa getmək olduğunu başa düşsün. Düşünürəm ki, Ermənistanda gec-tez sağlam düşüncəli hakimiyyət formalaşacaq. Münaqişənin həll olunması yolunda 3 amil var: sağlam düşüncəli gənc nəslin nümayəndələri hakimiyyətə keçməli, aparıcı ölkələrin Ermənistana birmənalı şəkildə təzyiqi olmalı, Azərbaycanın hərbi potensialı və hücum xarakterli diplomatik addımları artmalıdır. Azərbaycan Ermənistanın dünyadan təcrid olunması gücləndirilməlidir. Bu 3 amildən istifadə etmək lazımdır. Çünki Ermənistan başqa dildə danışmaqdan anlamır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm