Ermənistandan HÜCUMA HAZIRLIQ, 3 cəbhədə DÖYÜŞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Ermənistandan HÜCUMA HAZIRLIQ, 3 cəbhədə DÖYÜŞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhədin yaxınlığında artilleriya anbarlarının tikintisi haqqında görüntüləri dərc edib. ABŞ-ın Dövlət Departamenti vətəndaşlarına Türkiyəyə səyahət etməmələri barədə xəbərdarlıq edib. Ankara və Vaşinqton Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaradılması ilə bağlı danışıqları davam etdirir. ABŞ prezidenti Donald Trampın Suriyadakı qoşunları geri çəkməsinə dair qərarında hər hansı dəyişiklik yoxdur. İran Suriyadan öz silahlarını və qüvvələrini çıxarmayacaq.

Rusiya xarici işlər naziri Sergey Lavrov dünən Moskvada keçirdiyi mətbuat konfransında bəyan etdi ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində irəliləyiş gözləyirlər. Lavrov irəliləyişin konkret necə olacağını açıqlamasa da bildirdi ki, Azərbaycanın münaqişənin həll yollarını tapmaq hazırlığını dəstəkləmək lazımdır. O, İrəvan tərəfinin də həll prosesinə razılaşacağına ümid etdiyini qeyd etdi. Sual yaranır: Lavrovun gözləntiləri nə ilə bağlıdır? Burada bir neçə versiya var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması təkcə Cənubi Qafqaz regionu üçün yox, həm də bütün dünya üçün problemdir, çünki genişmiqyaslı hərbi hərəkətlərin riski daim yüksəlir”. Bu barədə “Vestnik Kavkaza” nəşrinə müsahibəsində almaniyalı politoloq Andreas Umland deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhədin yaxınlığında artilleriya anbarlarının tikintisi haqqında görüntüləri dərc edib. Süjetdə raket-artilleriya silahları üçün yeni anbarların təhlükəsizliyinin xüsusi sistemlərlə təchiz edildiyi qeyd edilir.

“Mənbə qeyd edir ki, anbarların mövcudluğu döyüşün aparılması üçün daha əlverişli şərait yaradaraq döyüş sursatlarının çatdırılması vaxtını azaltmağa imkan verir. Anbarların yerləşdiyi yeri və mühəndislik işlərinin seçimi onların təhlükəsizliyini və maskalanmanı tamamilə təmin edir”, - erməni KİV-i bildirib.

ABŞ-ın Dövlət Departamenti vətəndaşlarına Türkiyəyə səyahət etməmələri barədə xəbərdarlıq edib. Açıqlamada Suriya və İraqla sərhəd təhlükənin artdığı bildirilir.

Dövlət Departamenti Türkiyə daxilində səyahət riskini 3-cü, Suriya və İraqla sərhədyanı bölgələrdə isə ən yüksək - 4-cü səviyyə olaraq qiymətləndirib. Açıqlamada, terror qruplarının terror hücumları təşkil edə biləcəyi barədə xəbərdarlıq edilib.

Xüsusilə, vətəndaşlara turistik zonalar, nəqliyyat mərkəzləri, ticarət mərkəzləri, yerli hökumət binaları, otellər, əyləncə klubları, restoranlar, ibadət yerləri, mədəniyyət və idman mərkəzləri, təhsil müəssisələri, hava limanları və xalqa açıq digər məkanların hədəf ola biləcəyi qeyd edilib.

Batman, Bingöl, Bitlis, Diyarbəkr, Gaziantep, Hatay, Kilis, Mardin, Şanlıurfa, Şırnak, Tunceli və Van vilayətlərinə səyahət edən ABŞ vətəndaşlarına təcili tibbi yardımın gostərilməsində çətinliklərin olacağı ifadə edilib.

Ankara və Vaşinqton Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaradılması ilə bağlı danışıqları davam etdirir. Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.

“Hansı mövzularda fikirlərin üst-üstə düşmədiyi danışıqlardan sonra bəlli olacaq. İki ölkənin baş qərargah rəisləri artıq Brüsseldə danışıqlar aparıb. Onlar ABŞ qoşunlarının Suriyadan çıxarılmasını müzakirə edib. Xarici siyasət idarələrimiz də birgə iş aparır. Təhlükəsizlik bölgəsi dinc sakinlər və terrorla mübarizə üçün lazımdır”, - Çavuşğlu bildirib.

ABŞ prezidenti Donald Trampın Suriyadakı qoşunları geri çəkməsinə dair qərarında hər hansı dəyişiklik yoxdur. Bu barədə Ağ Evin adının gizli qalmasını istəyən rəsmisi CNN televiziyasına açıqlamasında deyib.

Bildirilib ki, proses yaxından izlənilir. Məsələnin yenidən gündəmə gəlməsinə səbəb isə Suriyanın Münbiç şəhərində amerikalı əsgərlərə qarşı bombalı hücumun hazırlanması hadisəsi olub. Qeyd edək ki, hadisə nəticəsində 14 nəfər həlak olub. Onlardan 4-ü amerikalı, 1-i PKK terrorçusu, qalanı isə dinc şəhər sakinidir.

İran Suriyadakı varlığını qorumağa davam edərsə, İsrail İrana girmək məcburiyyətində qalacaq. Bu iddia mərkəzi Təl-Əvivdə yerləşən İNSS düşüncə qurumundan gəlib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İran Suriyadan öz silahlarını və qüvvələrini çıxarmayacaq. Bunu jurnalistlərə açıqlamasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Məhəmməd Əli Cəfəri deyib.

“İran Suriyada bütün hərbçi və konsultantlarını, eləcə də silahlarını saxlayacaq. Biz bununla islami müqaviməti gücləndirəcəyik”, - o bildirib.

Mərkəzi Amerikadan ABŞ-a getmək üçün yola çıxan 700 nəfərlik qaçqın qrupu Quatemala sərhədinə çatıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Trampın bilərəkdən, ya da bilməyərəkdən Rusiyanın xeyrinə lazım olduğundan artıq hərəkət etdiyi barədə sübutlar var. Bu iddia ilə “The Boston Globe” nəşrinin müşahidəçisi Maykl Koen çıxış edib.

Material müəllifinin fikrincə, son iki il ərzində Birləşmiş Ştatların prezidenti “hər şeydə Rusiya hökumətinin de-fakto agenti” idi.

“Ola bilsin prezident Vladimir Putin onu şantaj edir. 2016-cı ildə prezident seçkisi kampaniyası zamanı ehtimal ki, Rusiyayla sözləşməsi olub. Amma biz yəqin bilirik: Donald Tramp Rusiya tərəfindən gözdən salınıb”, - siyasi müşahidəçi “The Boston Globe” üçün qələmə aldığı məqaləsində yazır.

Onun fikrincə, Tramp prezident postunda qaldığı hər gün Rusiyanın maraqlarını Birləşmiş Ştatların maraqlarından daha çox müdafiə edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Rusiyadan Cənubi Kuril adalarının qaytarılmasını tələb edən Tokioya novbəti dəfə sərt cavab verib. Siyasətçi adaların Yaponiyaya verilməyəcəyini bildirib.

“Tokio bu barədə susmalı və aydın anlamalıdır ki, Kuril adaları Rusiyanın ayrılmaz hissəsidir. Rusiya parlamentinin mövqeyi bu məsələdə olduqca dəqiqdir: Kuril Yaponiyaya verilməyəcək”, - partiya lideri Dövlət Dumasının iclasında deyib.

Öz növbəsində, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Jirinovskinin nitqinin yapon dilinə tərcümə edilməsi təklifiylə çıxış edib.

Jirinovski daha əvvəl “lenta.ru” saytına müsahibəsində Yaponiyanın Rusiya ilə sülh müqaviləsi üzrə danışıqları Tokionun “torpaqları ucuz almaq” cəhdi adlandırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm