Bir neçə dəqiqəlik MÜHARİBƏ, 1995-ci il TAKTİKASI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Bir neçə dəqiqəlik MÜHARİBƏ, 1995-ci il TAKTİKASI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

BMT-nin Baş katibi Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında əldə olunmuş razılaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu fevralın 6-da ABŞ-a səfər edəcək. ABŞ builki Dünya İqtisadi Forumuna qatılmayacaq. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) kosmosa yeni sistemlər yerləşdirəcək. İŞİD terror təşkilatı Rusiyanın Maqnitorsk şəhərində baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

BMT-nin Baş katibi Antonio Quterreş əhalinin sülhə hazırlanmasına dair konkret tədbirlərin görülməsinin zəruriliyi barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında əldə olunmuş razılaşmanı alqışlayır. Bu haqda BMT-nin Baş katibinin adından yayılan bəyanatda deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu fevralın 6-da ABŞ-a səfər edəcək. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy deyib.

Çavuşoğlu ABŞ-da İŞİD-lə mübarizə koalisiyasının iclasında iştirak edəcək.

ABŞ YPG/PKK terrorçularına çox sayda tank əleyhinə raketlər verməklə Rusiya ordusunun 1995-ci ildə Qroznıda yaşadığı faciəni Münbiçdə türk ordusunun başına gətirməyi planlaşdırır. Bu barədə “Yeni Akit” nəşri informasiya yayıb. Məlumata görə, ABŞ gizli yollarla terrorçulara “Javelin” və “Tov” tipli raketlər göndərib. Münbiçin bir çox nöqtəsində bu raketlər türk ordusunun hücum ehtimalına qarşı gizlədilib.

Burada məqsəd isə 1995-ci ildə Qroznıya daxil olarkən Cövhər Dudayevin rəhbərlik etdiyi çeçen döyüşçülərinin etdiyi kimi, ağır texnikanı tamamilə məhv etməkdir. Belə ki, sözügedən döyüşdə rus texnikası (81-ci zirehli alay) və 131-ci Maykop briqadası çeçenlərin raket, minaatan və digər ağır silahlardan açdığı atəşin ortasında qalaraq məhv edilmişdi. Türkiyə ordusuna da Münbiçdə oxşar son hazırlanması üçün tələ qurulub.

Xəbərdə eyni zamanda türk kəşfiyyatının belə bir plana qarşı mübarizə aparmaq üçün hazırlıqlar gördüyü, Münbiçdə tank əleyhinə raketlərin gizlədildiyi anbarların axtarışında olduğu qeyd edilib.

Münbiç əməliyyatının ləngiməsinin əsas səbəbi kimi də elə məhz bu məqam göstərilir.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) kosmosa yeni sistemlər yerləşdirəcək. Bu sistemlər dünya miqyasında ballistik raketləri təsbit edəcək.

Pentaqon bunu prezident Donald Trampın vəzifəyə keçdikdən dərhal sonra verdiyi təlimat əsasında hazırlanan Raketdən Müdafiə Analizi Sənədinə əsasən tətbiq etdiyini bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ 2020-ci ilin sonuna qədər kosmosda raketdən müdafiə sistemlərinin yaradılışını bitirmək niyyətindədir. Bunu jurnalistlərə açıqlamasında ABŞ müdafiə nazirinin müavini Con Rud deyib.

“20-ci illərin əvvəllərində təcrübələr, ortalarında və sonunda isə sistemin hazırlığını görmək mümkün olacaq.

ABŞ builki Dünya İqtisadi Forumuna qatılmayacaq. Prezident Donald Tramp federal hökumətin qapalı olması səbəbilə İsveçrədə baş tutacaq foruma Amerikan heyətinin səfərini ləğv edib.

Bu barədə Ağ Evin mətbuat katibi Sarah Sanders yazılı açıqlama verib.

Rusiya ilə müharibə başlayacağı halda, Latviyada yerləşən hipotetik NATO bazaları bir neçə dəqiqə ərzində məhv ediləcək. Bu sözləri Latviya Silahlı Qüvvələrinin Baş Qərargahının Strateji Planlaşdırma Departamentinin keçmiş rəhbəri Raymond Rublovski deyib.

"Hazırda Latviyada sadəcə NATO-ya aid bir batalyon var. Qüvvələrin balansı cəhətdən bu, Moskva üçün heç bir təhlükə təşkil etmir. Ölkənin ərazisində NATO bazasının yerləşməsi isə onun təhlükəsizliyinə kömək etmir. Belə ki, istənilən halda Latviya NATO-Rusiya münaqişəsinin əsirinə çevriləcək və hətta müharibə aparmağa belə vaxtı olmayacaq", - Rublovski bildirib.

İŞİD terror təşkilatı Rusiyanın Maqnitorsk şəhərində baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Bu haqda məlumatı TRAC və “SITE Intellegence Group” monitorinq təşkilatlarının məlumatlarına əsasən “Al-Naba” portalı yayıb.

Qeyd edək ki, partlayış 2018-ci il dekabrın 31-də onmərtəbəli binada baş verib. Nəticədə, binanın bir bloku uçub və 39 nəfər həlak olub. Dağıntıların altından 18 nəfəri xilas etmək mümkün olub. İstintaq hesab edir ki, təbii qaz sızması partlayışın səbəbi olub.

Şimali Koreyanın raket əleyhinə müdafiə üzrə Rusiya texnologiyalarını alması haqqında Pentaqonun bəyanatları əsassızdır. Bu haqda Rusiyanın Pxenyandakı səfiri Aleksandr Maseqor bildirib.

“Vaşinqtonda artıq bilmirlər ki, Moskvanı daha nədə ittiham etmək olar, buna görə də növbəti yalanlar uydururlar. Eyni zamanda, belə şərəfsiz üsullarla beynəlxalq təhlükəsizlik sahəsində stabilliyi pozan siyasətinə bəraət qazandırmağa çalışırlar”, - səfirin bəyanatında deyilir.

Qeyd edək ki, ötən gün ABŞ-ın Müdafiə Nazirliyi raket əleyhinə müdafiə sahəsində ABŞ-ın siyasətinə dair məruzəni dərc edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm