Nida Təhlil
Zimbabve Azərbaycanın uğurlu təcrübəsini öyrənir
Zimbabve Prezidenti Emmerson Mnanqaqva xarici səfəri
çərçivəsində MDB ölkələri sırasında məhz Azərbaycan, Rusiya,
Belarus və Qazaxıstanı seçib.
Publika.az xəbər verir ki, buna səbəb bu ölkələrin MDB
məkanında ən yüksək inkişaf göstəricisinə malik olmasıdır. Bunu
nəzərə alan Zimbabve tərəfi bu ölkələri təcrübə mübadiləsinin
aparılması, yeni iqtisadi və ticarət əməkdaşlığı imkanlarının
araşdırılması və sərmayələr üçün seçib.
Səfərdən öncə Zimbabve Prezidentinin mətbuat katibi açıqlamasında
bildirmişdi ki, Azərbaycan və Qazaxıstan enerji resursları ilə
zəngin, ən sürətlə inkişaf edən ölkələrdən biridir. Bu ölkələr
həmçinin, mədən, enerji və turizm baxımdan da maraq kəsb edir.
Zimbabve təbii resurslarla, o cümlədən 60-dan artıq mineral növləri
ilə zəngin olsa da, inkişaf baxımdan bir sıra ciddi problemlərlə
üzləşibdir. Müstəmləkə siyasəti, xarici asılılıq, daxili işlərə
müdaxilə edilməsi və siyasi təzyiqlərin göstərilməsi Zimbabvenin
sosial-iqtisadi problemlərinin daha da dərinləşməsinə xidmət edib.
Bu baxımdan, Zimbabve tərəfi Azərbaycanın düzgün idarəçilik
təcrübəsinə, milli maraqları əsasında müstəqil siyasət yürütməsinə,
struktur xarakterli, həmçinin, iqtisadi və sosial islahatlar
praktikasına ciddi maraq göstərir.
Azərbaycanın mədən sənayesini effektiv şəkildə idarəetməsi,
neft-qaz sektorundan əldə edilən gəlirlərin şəffaflığını təmin
etməsi və iqtisadiyyatın digər sektorlarına düşünülmüş şəkildə
investisiyaların qoyulması, ölkəmizdə iqtisadiyyatın qeyri-neft
sektorunun, nəqliyyat infrastukturunun və kənd-təsərrüfatının
inkişafı, 100 faiz savadlılığa nail olunması və digər sahələrdə
olan nailiyyətlərimiz maraqlı nümunə kimi qəbul olunur. Bu xüsusda,
Zimbabve daxil olmaqla, əksər Afrika ölkələri tərəfindən
Azərbaycanın BMT tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf
Məqsədlərini həyata keçirməsi sahəsində əldə etdiyi nailiyyətləri
uğurlu təcrübə kimi nəzərdən keçirilir. Təsadüfi deyil ki, Afrika
İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın ASAN xidmət
təcrübəsinin Afrika İttifaqının mənzil qərargahında təqdimatı
keçirilib.
1960-1990-cı illərdə Afrika ölkələrindən olan 7000-8000 tələbə
Azərbaycanda təhsil alıb. Azərbaycan Respublikası Prezidentinin
sərəncamına uyğun olaraq, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq
Təşkilatı üzv dövlətləri, o cümlədən Afrika ölkələri üçün
Azərbaycanda təhsil almaq üçün təqaüdlər ayrılıbdır.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində
yaradılmış Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi Afrika
ölkələrində davamlı inkişafa xidmət edən layihələr həyata
keçiribdir.
Zimbabve Qoşulmama Hərəkatında fəal olan ölkədir. 2019-2022-ci
illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcəkdir və
2019-cu ilin oktyabr ayında Qoşulmama Hərəkatı üzv dövlətlərinin
zirvə toplantısı Azərbaycanda keçiriləcəkdir. Azərbaycan beynəlxalq
münasibətlərdə xoşməramla çıxış edir, davamlı inkişafa töhfə verir
və öz uğurlu idarəçilik təcrübəsini inkişaf etməkdə olan və ya az
inkişaf etmiş ölkələrlə bölüşməyə hazırdır. Etibarlı, ləyaqətli və
beynəlxalq münasibətlərin məsuliyyətli üzvü olaraq, Azərbaycanla
əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO