Müxalifətin NÖVBƏTİ İFLASI: 25 ildir dəyişməyən mənzərə
Bizi izləyin

Nida Təhlil

Müxalifətin NÖVBƏTİ İFLASI: 25 ildir dəyişməyən mənzərə

Yanvarın 19-da bütün müxalifət partiyalarının, onların ətrafında olan müxtəlif təşkilatların birgə keçirdiyi mitinqdə 2800 nəfər iştirak edib.

Publika.az
xəbər verir ki, mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi.

25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı. 10-a yaxın adamın çıxış etməsinə baxmayaraq, heç bir real təklif səslənmədi, konstruktiv ideya irəli sürülmədi. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı.

Əli Kərimli digər partiyaların rəhbərlərinin aksiyaya qatılmamasından istifadə edərək özünü müxalifətin lideri kimi qələmə verdi, mitinqi təkbaşına təşkil etdiyini iddia etdi və kütləyə inanılmaz vədlər verdi.

Əvvəl də qeyd edildiyi kimi, müxalifətin mitinqi göstərdi ki, radikal qrupların sosial bazası yoxdur. 10-dan artıq siyasi qurumun iştirak etdiyi aksiyada Məhsul stadionu dolmadı. Bu amil bir daha vətəndaşların radikal qrupların çağırışlarına biganə qaldığını, bu qrupların heç bir sosial dayağının olmadığını açıq nümayiş etdirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm