20 Yanvar günü “Böyük dayaq”a möhtac qalan telekanallarımız - AÇIQLAMA
Bizi izləyin

Nida Təhlil

20 Yanvar günü “Böyük dayaq”a möhtac qalan telekanallarımız - AÇIQLAMA

20 Yanvar Ümumxalq Hüzn Günü televiziya kanallarında nümayiş edilən materiallar sosial şəbəkə istifadəçiləri arasında müzakirə yaradaraq tənqid edilib.

Publika.az xəbər verir ki, müxtəlif televiziya kanallarında SSRİ dövründə istehsal edilmiş “Böyük dayaq”, “Bizim Cəbiş müəllim”, “7 oğul istərəm” kimi bolşevik ideyasına, sovet siyasətinə xidmət edən filmlərin verilməsi müzakirə obyekti olub.

Məsələ ilə bağlı media eksperti, “Barama Media” qurumunun rəhbəri Aynur Kərimova ilə əlaqə saxladıq.

A.Kərimova açıqlamasında bildirdi ki, hər bir televiziya kanalının özünün yayım siyasəti var:

“20 yanvar xüsusi kontent tələb edən bir olaydır. Hər kanal da öz yayım siyasətinə uyğun şəkildə materiallar verməyə çalışır. Hər bir media orqanı özünün yayım strategiyasına uyğun materiallar tərtib edir. Məsələn, kimisi düşünür ki, II Dünya Müharibəsi mövzusunda çəkilmiş “Bizim Cəbiş müəllim” bədii filmi bu kontetə uyğun ola bilər. Kontetin seçilməsində özəl kanallar sərbəstdirlər. Bu seçimə də müdaxilə edə bilmərik. Əgər bu mövzuda müasir bədii, sənədli filmlər varsa, onları da vermək olar. 20 yanvar bizim xalq üçün çox həssas mövzudur. Bu hadisələrə hər kəsin yanaşması fərqlidir. Kimisi hesab edir ki, 20 yanvar mübarizə tarixidir, kimisi isə bunu hüzn günü kimi yanaşır. Bu daxili kədəri də hər kəs öz temperametrindən asılı olaraq ifadə edir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm