• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

Ramiz Yunus ermənilərin xilası üçün Azərbaycandan nə istəyir?

Ramiz Yunus ermənilərin xilası üçün Azərbaycandan nə istəyir?

ABŞ-da yaşayan Ramiz Yunus (Arif Yunusun qardaşı, Leyla Yunusun qaynı) Feysbuk səhifəsində Mehman Hüseynovun Prezident İlham Əliyevə müraciətini və dövlət başçısının tapşırığına əsasən açılan cinayət işinin araşdırılaraq, xitam verilməsini “özünəməxsus” formada şərh edib. O iddia edir ki, “hakimiyyət bu addımı Milli Şuranın kütləvi mitinqindən çəkindiyi üçün atdı”. Ardınca R. Yunus “Dağlıq Qarabağ da daxil olmaqla bir çox problemimiz Azərbaycanın demokratikləşməsindən keçir” deyə bildirib.

Milli Şuranın 2800 nəfərlik mitinqi fonunda R.Yunusun iddiasının nə qədər gülünc olduğu aydın görünür. Lakin bu şəxsin “Dağlıq Qarabağ da daxil olmaqla bir çox problemimiz Azərbaycanın demokratikləşməsindən keçir” iddiasında nə qədər səmimi olduğu, əslində “bir çox problemimiz” dedikdə nəyi, hansı ölkəni nəzərdə tutduğunu araşdırmaq zərurəti var.

Azərbaycan beynəlxalq cəmiyyətin subyekti kimi demokratik prinsiplərə əməl edən, bütün azadlıqların konstitusiya ilə qorunduğu ölkədir. Lakin zaman-zaman Qərbdən “demokratikləşmə” iddiaları irəli sürülür ki, bunun arxasında adətən erməni lobbisinin başı görünür. Azərbaycan hakimiyyətinə qarşı edilən bu hücumların bir məqsədi var: Qarabağda təslimçi sülhə məcbur etmək!

2016-cı il “aprel müharibəsi”ndə məğlubiyyətə uğrayan Ermənistanda edilən çağırışlar da bunu bir daha təsdiq etdi.

FAKT: “Armenianreport” saytı, 2016-cı il 19 aprel tarixi: “Zərbə arxasınca zərbə: indi də ABŞ-dan” adlı məqalə.

“Azərbaycan Rusiyadan, İsraildən və bir çox ölkədən rahat şəkildə silah alaraq ordusunu gücləndirdi. Amma bizim hakimiyyətimiz buna qarşı heç nə edə bilmədi, ən yaxşı halda susdular. Ermənistanda hakimiyyət artıq çoxdandır ölkənin təhlükəsizliyi məsələsini diasporun çiyinlərinə yükləyib. Hansı ki, diaspor Azərbaycana qarşı demokratiya çağırışları ilə dünyanın diqqətini bura cəlb edəcək və rəsmi Bakının qollarını qandallayacaqdılar. Bizə söz verdilər ki, Bakıya qarşı ən sərt sanksiyalar tətbiq olunacaq. Haradadır o sanksiyalar?! Onlar yoxdur”, – deyə sayt yazırdı.

Bu məqalədən bir müddət öncə Azərbaycana qarşı Kristofer Smitin irəli sürdüyü sanksiya kampaniyası da məhz “Qarabağda təslimçi sülhə məcbur etmək” planının bir parçası idi.

Azərbaycan hakimiyyətinə qarşı demokratiya üzərindən hücum etmək və təslim olmağa məcbur etmək. Təsadüfi deyil ki, erməni diasporu/lobbisi adətən dövlətin əsas marağı olan ərazi bütövlüyündə heç vaxt heç kimə güzəştə getməyən Azərbaycan Prezidenti İlham Əliyevi hədəfə alır.

Və Ramiz Yunusun da Azərbaycan hakimiyyətinə hücum etməsinə və “demokratikləşmə” çağırışlarına hansısa müxalifətçinin istəkləri kontekstində baxmaq doğru olmaz. Çünki o, məhz azərbaycanlı adı altında gizlənən erməni olaraq bu gün ABŞ-da erməni diasporunun aktiv üzvü kimi iştirak edir və onun “demokratikləşmə” çağırışı da ermənilərin “təslimçi sülh” xəyallarının məhsuludur.

Onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir”.

Ramiz Yunusun, ümumiyyətlə Yunusların Azərbaycana qarşı gizlin fəaliyyəti məşhur rus diplomat Qriboyedovun ermənilər haqda dediyi bu sözləri yada salır.

FAKTLAR: Leyla Yunusun həyat yoldaşı Arif Yunus və onun qardaşı Ramiz Yunusun anasının erməni olması haqda indiyə qədər bir sıra faktlar ortaya çıxıb. Söhbət Leyla Yunusun qaynanası və Yunusların anası olan Yunusova (Barseqyan) Arsalyus Arsenovadan gedir. Sosial şəbəkələrdə “Afig Huseynov” adlı profildə yayımlanan faktlar Yunusların erməni analarını necə azərbaycanlılaşdırdığını ortaya çıxarır. Profilin sahibi Afiq Hüseynov 1988-ci il hadisələri dövründə Ramiz Yunusla eyni idarədə çalışırmış.

Afiq Hüseynov yazır: Arif və Ramiz Yunusların atası Seyfulla Əbdüləhəd oğlu Yunusov 1931-ci ildə İsmayıllıda anadan olub. Atasını kiçik yaşlarında itirən Seyfulla Yunusov erməni ailəsində böyüyüb. 1952-ci ildə martın 24-də Arsalyus Barseqyanla ailə həyatı qurub. Bu qadın Dağlıq Qarabağda Cartaz kəndində doğulub. Daha sonra Bakıya köçüb və Nərimanov rayonunda yaşayıb. Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibəsi başlayanda Yunuslar analarının sənədlərini dəyişdirərək, Dağıstan sakini olaraq göstərdilər və Arsalyus Barseqyan Asiyət Əskərova oldu. Onlara bu işdə İrəvanda keçmiş DTK-nın polkovniki olan doğma dayıları kömək edib. Yunusların dayısının Rusiya əsilli olan arvadının dayısı isə Moskvada DTK-da yüksək vəzifə tuturmuş. Saxtalaşdırma işi də məhz Moskvadakı DTK zabitinin dəstəyi ilə baş tutur.

Yunusların yaxın qohumları indiyə qədər Ermənistanda, işğal altındakı Dağlıq Qarabağda və Rusiyada yaşayırlar. Onların çoxu 1990-cı illərdə müharibə zamanı Qarabağda məskunlaşıb. Məlumatlara görə, Arif və Ramiz Yunusun dayısı Suren Barseqyan ömrünün sonuna qədər erməni işğalındakı Şuşada yaşayıb. Suren Barseqyanın oğlanları Arsen, Erik, Armen, həmçinin, qızı və arvadı Kamella hazırda Şuşada yaşayırlar. Yunusların xalaları – Nadya Gevorkyan və Siran Barseqyan isə Rusiyanın Krasnodar vilayətində məskunlaşıb. Yunusların indiyə qədər də erməni qohumları ilə sıx əlaqə saxladığı deyilir.

Afiq Hüseynov deyir ki, 1988-ci illərdə azərbaycanlılar ermənilər tərəfindən doğma torpaqlarından qovulanda Yunuslar ermənilərə açıq dəstək verirdi.

O vaxt mən Geologiya Komitəsində (indiki Ekologiya və Təbii Sərvətlər Nazirliyi) Ramiz Yunus isə Hidrogeologiya idarəsində işləyirdi. Şahmat üzrə dünya çempionu Kasparov Bakıda yaşayarkən Ramiz Yunus özünü onun komandasına soxmağı bacarmışdı və hər yerdə onu müşayiət edirdi. 1988-ci il hadisələri başlayanda Ramiz Yunus Hidrogeologiya idarəsində erməni dilində danışaraq, azərbaycanlıları təhqir edirdi”, – deyə o xatırlayır.

1988-ci illərin hadisələrinin davamı olaraq Qarabağda müharibə başladı və ermənilər Azərbaycan torpaqlarını işğal etdi. Bu hadisələr SSRİ-nin dağılma ərəfəsində yaşanırdı, “qırmızıların imperiyası” dağılandan sonra Azərbaycan Xalq Cəbhəsi hökuməti quruldu. Və Yunuslar yüksək postlarda qərarlaşdı.

Arif Yunus: Azərbaycan Prezident Aparatının (indiki Prezident Administrasiyası-red) informasiya-analitik şöbəsinin müdiri (1992-93-cü illər).

Leyla Yunus: Azərbaycan Müdafiə Nazirliyinin informasiya-analitik şöbəsinin müdiri (1992-93-cü illər).

Ramiz Yunus: Nazirlər Kabinetinin işlər idarəsinin müdir müavini, daha sonra Milli Məclisin işlər idarəsinin müdiri (1992-93-cü illər).

Yunuslar AXC dövründə dövlətin ən mühüm sahəsi olan informasiya sektorunda əsas söz sahibi idi. Xüsusilə Prezident Aparatının və Müdafiə Nazirliyinin bütün informasiyaları onların əlindən keçirdi. Əslində Qarabağ müharibəsində Leyla Yunusun Müdafiə Nazirliyinin məxfi məlumatlarını ermənilərə sızdırdığına dair informasiyalar da mövcuddur.

Afiq Hüseynovun Ramiz Yunus haqda dedikləri bu kontekstdə diqqət çəkir: “Xalq Cəbhəsi hakimiyyətə gələn kimi Ramiz Yunus Nazirlər Kabinetinin işlər idarəsinin müdir müavini təyin edildi. Biz etiraz edəndən sonra onu vəzifəsindən azad etdilər. Lakin İsa Qəmbər onu Milli Məclisin işlər idarəsinin müdiri təyin etdi. Ramiz Yunusun Milli Məclisin stenoqramlarının İrəvandakı dayısına göndərdiyindən əmin idik. Yenidən etiraz etsək də, heç bir nəticəsi olmadı”.

… 1990-cı ilin 20 yanvarında sovet qoşunu Bakıya girdi və bu gün Şəhidlər Xiyabanında yatan insanları amansızlıqla qətlə yetirdi. Azərbaycan xalqı şəhidlərini torpağa verəndən sonra ölkədə matəm başladı. Matəm başa çatmamış – 1990-cı ilin sentyabrında Tofiq Bəhramov adına stadionda rus müğənnilərin böyük konserti təşkil olunur. Bütün etirazlara baxmayaraq, Ramiz Yunusun təşkilatçılığı ilə keçirilən konsert baş tutur. Və Ramiz Yunus konsertdən əldə etdiyi gəlirin 1 milyon rublunu müxalifət liderlərinə – AXC hökumətini quranlar nəzərdə tutulur – verir. Bu, həm də Yunusların AXC hökumətində informasiya kimi mühüm sektorları ələ keçirməsinin zəmanəti idi. AXC hökuməti tarixin arxivinə getdi, lakin bu, Yunusların hədəflərindən əl çəkdiyi demək deyildi.

Sonrakı dövrdə Ramiz Yunus ABŞ-a mühacirət etdi və onun “mən erməniyəm, Azərbaycanda yaşamaq həyatım üçün təhlükəlidir” iddiası ilə okeanın o tayından sığınacaq aldığı da şübhəsizdir. Arif və Leyla Yunus isə Azərbaycanda “insan haqları və demokratiya uğrunda mübarizə”yə başlayır. Onların bütün fəaliyyətini incələyəndə bu mübarizənin əsas mahiyyəti aydınlaşır: Azərbaycan hakimiyyətinə bütün cəbhələrdən təzyiq etmək və Qarabağda təslimçi sülhə məcbur etmək.

Buradan da aydın olur ki, Ramiz Yunus “Dağlıq Qarabağ da daxil olmaqla bir çox problemimiz Azərbaycanın demokratikləşməsindən keçir” dedikdə özünün erməni qohumlarının gələcəyini nəzərdə tutur.

Asif Nərimanlı

https://asifnerimanli.wordpress.com/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR