Nida Təhlil
Kirayə verilən bakirə qızlar, çılpaq qadınlar, hovuzda öldürülən prezident və... - İranın QARANLIQ ÜZÜ
“Bir həftəlik siğənin məbləği bakirə qızlara hüdudən 70
min tümən və boşanmış, dul qadınların qiyməti onların yaşından
asılıdır”.
Bu elanla İran saytlarında tez-tez rastlaşa bilərsiniz. Siğə
məsələsinə, əslində “qadınların kirayələnməsinə” bu ölkədə nə qədər
“dini don” geyindirilsə də, ortada əxlaqsızlıqdan tutmuş, insan
alverinə qədər bir sıra amillər var. Ən maraqlısı isə bütün
bunların rəsmi qayada edilməsidir. İranda rəsmilərin, dini
liderlərin, o cümlədən, varlı şəxslərin övladlarının gündüz və gecə
həyatları arasındakı fərq bu ölkənin “qaranlıq üzünü”
aydınlaşdırır.
Zaman-zaman İrandan region ölkələrinə, xüsusilə Azərbaycana əxlaq
çağırışları edilir. Bu günlərdə İran Milli Televiziyası – İRİB-ə
bağlı “Parstoday” saytının Azərbaycanda geyim tərzindən bəhs
etməsi, rəsmi şəxslərin görüşlərdə geyindikləri paltarların İslama
uyğun olmaması və bunun ölkədə narazılıq yaratdığı haqqında
iddialar irəli sürməsi fonunda teokratik rejimin idarə etdiyi
İranın qaranlıq üzündə gizlədilən gecə həyatını gündəmə gətirdi.
Hərçənd, Azərbaycan dünyəvi idarəçiliyin olduğu ölkədir və hər kəs
həyat və geyim tərzində azaddır. Buna rəğmən, İranın görünməyən üzü
ilə müqayisədə Azərbaycanda insanlar İslama əsaslanan mental
dəyərlərə uyğun yaşayır.
Azərbaycanın həyat tərzinə dil uzadan “Parstoday” və onu
“danışdıranların” diqqətini bəzi xatırlatmalara çəkmək
lazımdır:
Rəfsəncani necə öldürüldü, Ruhani nə ilə təhdid
olunur?
2017-ci ilin 8 yanvar tarixində Əli Əkbər Haşimi Rəfsancani öldü.
Diaqnoz “ürək tutması” idi və o yaşda birisi üçün belə ölüm təbii
qarşılandı. Lakin bu ölümdən təxminən 1 il sonra Rəfsancaninin
köməkçisi Gülamali Recay keçmiş prezidentin sui-qəsd nəticəsində
öldürüldüyünü açıqladı, qızı Fatma Haşimi də atasının öldürüldüyü
iddiası üzərində dayandı. 1989-1997-ci illərdə İran prezidenti
olmuş Rəfsancaninin yoxluğu İranda böyük itki elan olunsa da, onun
öldürülməsinin arxasında nələrin olduğu hələ də müəmmalıdır. Əsas
versiyalar Rəfsancaninin İran daxilində dini qüvvələrin
mübarizəsinin qurbanı olduğu üzərində idi, lakin onun məhz hovuzda
boğularaq öldürülməsi iddiası başqa bir detalı ortaya çıxardı:
İranın teokratik rejiminin qaydalarının çeynənməsi və əxlaq
qaydalarının tapdanması.
Və versiyalar Rəfsancaninin öldürülməsində diqqəti İran
mollalarının üzərinə yönəltdi. Ayətullahlar islahatçı lideri əxlaq
məsələlərinə əməl etmədiyi üçün hovuzda boğdurublar. İran
prezidenti Həsən Ruhani də eyni taleyi yaşayacağına dair təhdid
olunub. Faktlar, İran hakimiyyətində təmsil olunanların İslam
rejimi qurduqlarını dedikləri halda islami həyat tərzi
keçirmədiklərini göstərir. Lakin təkcə gizli eyş-işrət
məclislərinin qurulması yox, rəsmi qaydada “qadınların
kirayələnməsi”nin həyata keçirilməsi də bu ölkədə islami həyat
tərzinin vəziyyətini göstərir.
“Seks turizmi” və kirayə qadınlar
İran hökumətinə bağlı saytlarda rast gəldiyimiz bir elan bu ölkədə
qadın alverinin qanuni şəkildə həyata keçirildiyini sübut edir.
Elanda deyilir: “İmam Rzanın ziyarətinə gələn
qardaşların rifahı və onların müqəddəs Məşhəddə olduqları zaman
ərzində halal yolla cinsi ləzzət aparmaq üçün Xorasan vilayəti
bakirə və ərindən boşanmış bacıların siğəsi üçün bir mərkəz
yaradıb. Bu mərkəzin əsl qərargahı İmam Rzanın hərəmində yerləşir.
Bu mərkəzin idarəçiliyi Hacı Ağa Kəriminin öhdəsindədir. Siğənin
müddəti ziyarətçinin Məşhəddə olduğu zamana bağlıdır. Ziyarətə
gələn qardaşlar bir günlük - bir həftəlik siğə üçün siğə mərkəzinin
icarə verdiyi yerlərdən istifadə edə bilərlər. Əgər siğənin müddəti
bir həftədən artıq olsa, yer tapmaq qardaşların öz öhdəsinədir. Bir
həftəlik siğənin məbləği bakirə qızlara hüdudən 70 min tümən və
boşanmış, dul qadınların qiyməti onların yaşından asılıdır. Bu
bildirişin sonunda, siğə ilə maraqlanan bacıların diqqətinə
çatdırılır ki, onlar bu işləri ilə mənəvi feyzdən əlavə, yəni
ziyarət edən qardaşlara uyğun şərait yaradırlar ki, harama düşmədən
rahat xəyalla ziyarət edələr və həmin qadınların həm də özlərini
təmini etmək üçün pul qazanalar. Qadınlardan tələb olunur ki,
özlərinə aid olan məlumatı, yəni yaş, bakirəlik haqqında və bir
ayaq üstə çəkilmiş şəkli siğə mərkəzinə göndərələr”.
Belə elanlara kifayət qədər rast gəlmək olar, xüsusilə Məşhəd
ziyarətləri zamanı bu elanlar kütləvi şəkildə yayımlanır. İran
mollalarının iddialarına baxmayaraq, İslamın müqəddəs kitabı
Quranda siğə haqqında heç bir məlumat yoxdur. İranda isə siğəyə
dini don geyindirilir və dini ziyarətlər zamanı müxtəlif ölkələrdən
gələn kişilərə qadın kirayələmək imkanı yaradılır. Buna dünya
təcrübəsində “seks turizmi” deyilir. İrana səyahət edənlər bu
ölkədə hökumət tərəfindən xüsusi şəhərciklər yaradıldığı və bu
şəhərciklərdə qadınların satıldığını görə bilərlər.
İranda sadə insanlaran şəriət qaydalarına uyğun yaşaması tələb
olunsa da, varlıların Mayami gecələrinə bənzər həyat tərzi də
diqqət çəkir.
“Rich Kids Of Tehran” (“Tehranın varlı uşaqları”):
İnstaqramda mövcud olan bu səhifə İranda piramidanın təpəsində yer
alan varlıların övladları tərəfindən yaradılıb. Onlar özlərinin
gündəlik həyatları haqqında fotolar çəkərək, bu səhifədə
paylaşırlar. Fotolardan İranın “varlı balaları”nın necə yaşadığı,
hansı geyimlərdən istifadə etdiyi və bütün bunların İslama nə qədər
uyğun olduğu aydın görünür.
Bütün bunların fonunda Azərbaycana əxlaq dərsi keçmək istəyən
“Parstoday” İranın qaralıq üzünü işıqlandırsa, bəlkə bu ölkə “ağ
günə” çıxar.
Asif Nərimanlı - https://asifnerimanli.wordpress.com/
Publika.az
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...